Məhkəmə qərarları › İş №2(004)-1587/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1587/2022

25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1587/2022 25.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 2969 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49.69 manat pulun, ümumilikdə 3018.69 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ** VK *** dövlət nömrə nişanlı avtomobilinə yol nəqliyyat hadisəsi nəticəsində ziyan dəymişdir. Hadisədən sonra cavabdehin əməkdaşları maşına baxış keçirmiş və dəymiş ziyanı 1860 manat məbləğində dəyərləndirərək, ***-***-**-**t elefon nömrəmə SMS göndərmişlər. Sığorta ödənişini almaq üçün SMS-də cavabdehin əməkdaşı Mahir Cəfərov qeyd olunmuşdur. Lakin həmin SMS-dən bir neçə gün sonra ona zəng vuraraq sığorta ödənişinin 1000 manat məbləğdə olacağını bildirmişlər. Halbu ki, o, heç 1860 maanatla da razı deyil. Çünki o, maşının təmirinin ancaq HYUNDAİ servisində olmasını istəyir. Başqa ustaların necə təmir etməsinə etibarı yoxdur. Hadisədən sonra maşınını dərhal HYUNDAİ servisə yerləşdirmiş və ona zərər aktı tərtib etmişlər. Həmin zərər aktına əsasən ona dəymiş ziyan 2969 manat qiymətləndirilmişdir. Ona veriləcək məbləği daha da dəqiqləşdirmək üçün 03 noyabr 2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə HYUNDAİ servisin zərər aktının surətini əlavə etmiş, həmin müraciətinə 09 dekabr 2021-ci il tarixdə xx/xx-2117 saylı məktubla cavab verilərək bildirilmişdir ki, zərər 1860(min səkkiz yüz altmış)manat müəyyən olunmuşdur. Ondan artıq pul verilə bilməz. İddia ərizəsinə əlavə olunmuş zərər aktından görünür ki, maşının real ziyan dəyəri 2969(iki min doqquz yüz altmış doqquz) manatdır. Belə olan halda "xxxx" ASC-nin əməkdaşlarının ziyanın 1860(min səkkiz yüz altmış) manat məbləğində qiymətləndirməsi əsassız və ədalətsizdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, sağlamlığı ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, sağlamlığında yaranmış problemlə əlaqədar hər hansı bir sübutunu ərizəyə əlavə etməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.5 və 185.1-ci maddəsinin tələblərinə əsasən, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan “HUNDAİ Abşeron Motors”-un xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, İddiaçı məxsus HUNDAİ ACCENT minik markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə təmir haqqı daxil olmaqla ehtiyat hissələri üçün 2969 manat zərər dəymişdir. İş materiallarında olan AutoBox automobile services-in xx.xx.2021-ci il tarixli zərər aktından görünür ki, İddiaçına məxsus HUNDAİ ACCENT minik markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə təmir haqqı daxil olmaqla ehtiyat hissələri üçün 1860 manat zərər dəymişdir. Xalq Sığorta” ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 05\01-2117 saylı məktubun surətindən görünür ki, iddiaçının sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Bakı şəhəri,Nəsimi rayonu ərazisində sığortalı “Mercedes Benz E200” markalı,**-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təqsiri nəticəsində avtomobilə vurulmuş zərər "xxxx" ASC tərəfindən qiymətləndirilmişdir. Qiymətləndirilmə zamanı HUNDAİ ACCENT minik markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1860(min səkkiz yüz altmış) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2483 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, «Auto Box» servisin xx.xx.2021-ci il tarixli və «Abşeron Motors» şirkətinin xx.xx.2021-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Accent" markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1860,0 manat müəyyən edilimişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2483 saylı rəyi nəzərə alınmaqla cavabdeh "xxxx" ASC-dən “Hyundai Accent" markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 1860 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 927.2.3-cü maddəsinə görə zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası yolu ilə həyata keçirilir (ödənilir). İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanunun 3.1 və 3.1.2-ci maddələrinə əsasən qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. Həmin Qanunun13.1-ci maddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsinin baş verməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.. Həmin Qanunun 24.1.4-cü maddəsinə görə zərərçəkənin müvafiq hallarda, o cümlədən sağlamlığa və (və ya) əmlaka dəyən zərərin sığortaçı tərəfindən müəyyənləşdirilmiş həcmi ilə razılaşmadıqda, bu məqsədlə müstəqil ekspertin təyin edilməsini tələb etmək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilmiş 49.69 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı, dövlət rüsumu qalan 19,69 manat hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı və 50 (əlli) manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən “Hyundai Accent" minik markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərə görə 1860(min səkkiz yüz altmış) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 49.69 (qırx doqquz manat altmış doqquz qəpik) manat dövlət rüsumunun 30 (otuz) manatı cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun, dövlət rüsumu qalan 19,69 (on doqquz manat altmış doqquz qəpik) manat hissədə iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı və 50 (əlli) manatı cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ013601**********3944, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar