Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1589/2022 12.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh X11 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə və X8rşı “dəymiş ziyanın və sığorta qalığının ödənilməsi” tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə və X8rşı “dəymiş ziyanın və sığorta qalığının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdelılər tərəfindən İddiaçı1 idarə etdiyi Toyota Prius minik markalı ** OM *** dövlət nömrəli nəqliyyat vasitəsinə 2020 manat, İddiaçı2 idarə etdiyi ** SC *** dövlət nömrə nişanlı Nissan Teana minik markalı nəqliyyat vasitəsinə 3595 manat maddi ziyanın ödənilməmiş hissəsinin müştərək qaydada tutularaq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı1 idarə etdiyi Toyota Prius minik markalı ** OM *** dövlət nömrəli nəqliyyat vasitəsinə vurulmuş ziyana görə ödənilməmiş 520 manat, İddiaçı2 idarə etdiyi ** SC *** dövlət nömrə nişanlı Nissan Teana minik markalı nəqliyyat vasitəsinə vurulmuş ziyana görə ödənilməmiş 938 olmaqla, cəmi 1458 manat pulun alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 oktyabr 2021-ci il tarixində təxminən 23:30 radələrində Babək prospekti ilə üzü Maşın bazarına doğru istiqamətdə hərəkət edən zaman "Mercedes Benz E-220’’ CDİ minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü,Türkiyə vətəndaşı X15 yol hərəkəti qaydasını pozaraq yol nəqliyyat hadisəsini törətmişdir. Nəticədə iddiaçıların idarə etdiyi nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdir. İddiaçı1 idarə etdiyi Toyota Prius minik markalı ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2020 manat, İddiaçı2 idarə etdiyi ** SC *** dövlət nömrə nişanlı Nissan Teana minik markalı nəqliyyat vasitəsinə 3595 manat maddi ziyan dəymişdir. "Xalq Sığorta“ ASC tərəfindən dəymiş ziyanın bir hissəsi ödənilsə də, dəymiş ziyan tam qarşılanmamışdır. Eyni zamanda, cavabdeh X15 tərəfindən çəkilmiş xərclərinin fərqi ödənilməmişdir. Hesab edirlər ki, əlavə xərclər yol nəqliyyat hadisəsi törətmiş şəxs tərəfindən də qarşılanmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X11 nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılar sığorta aktında razılaşıblar ki, heç bir əlavə ödəniş tələb etməyəcəklər. Sığorta aktı da mübahisələndirilməmişdir. Hazırda iddiaçıların cavabdehdən həmin məbləği tələb etməsi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, "xxxx" ASC “İcbari sığorta haqqında“ qanunda nəzərdə tutulmuş 5000 manat tam həcmdə zərər dəymiş şəxslərə mütənasib şəkildə ödənilmişdir. Ona görə də, "xxxx" ASC tərəfindən heç bir ödəniş həyata keçirilməli deyil. Bundan əlavə sığorta aktında əlavə ödənişlər tələb etməməsi barədə öhdəlikdə əlavə ödəniş olaraq kommisiya haqqı və s nəzərdə tutulur. Odur ki, "xxxx" ASCyə münasibətdə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi təqdim edilməklə məlumat verilmişdir, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 24.04.2018-ci il tarixli, AD№174704 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mercedes Benz E-220’’ CDİ minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 03.07.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X6 "Mercedes Benz E-220’’ CDİ minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X13 5 il müddətində etibarnamə vermişdir. İş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 02.12.2020-ci il tarixli, AD№902189 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Toyota Prius" markalı 99OM974 dövlət qeydiyyat nişanlı avtomobil X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 26.02.2021-cu il tarixli etibarnamənin surətindən görünür ki, X7 "Toyota Prius" markalı 99OM974 dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı1 1 il müddətində etibarnamə vermişdir. İş materiallarında olan AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 20.12.2018-ci il tarixli, AD№382911 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Nissan Teana" markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri DYPİ YNH-nin 30.10.2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X15 30.10.2021-ci il tarixdə, saat 23:30-da Bakı şəhəri, Xətai rayonu, Babək propektində "Mercedes Benz E-220’’ CDİ minik markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən araməsafəsi qaydalarını pozmuş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X15 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Mercedes Benz E-220’’ CDİ minik markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomobil hadisə zamanı "Toyota Prius" markalı ** OM *** dövlət qeydiyyat nişanlı, "Nissan Teana" markalı ** SC *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elantra" markalı ** XJ *** dövlət qeydiyyat nişanlı və "Toyota Prius" markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. İş materiallarında olan PXA98171 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən hadisə nəticəsində "Nissan Teana" markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə 3595 manat maddi ziyan dəymiş və İddiaçı2 2657,06 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan PXA98172 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən hadisə nəticəsində "Toyota Prius" markalı 99OM974 dövlət qeydiyyat nişanlı avtomobilə 2020 manat maddi ziyan dəymiş və İddiaçı1 1492,98 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan PXA98173 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən hadisə nəticəsində "Hyundai Elantra" markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1000 manat maddi ziyan dəymiş və X4 739,10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan PXA98174 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, "xxxx" MMC tərəfindən təqdim olunan akta əsasən hadisə nəticəsində "Toyota Prius" markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat maddi ziyan dəymiş və "xxxx" BOKT MMC-yə 110,86 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh X11 idarə etdiyi "Mercedes Benz E-220’’ CDİ minik markalı, **-TK-*** dövlət nömrə nişanlı avtomaşın 30.10.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi “Toyota Prius" markalı ** OM *** dövlət qeydiyyat nişanlı, "Nissan Teana" markalı ** SC *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elantra" markalı ** XJ *** dövlət qeydiyyat nişanlı və "Toyota Prius" markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillərə ziyan dəymişdir. Bakı şəhər DYPİ YNH tərəfindən tərtib edilmiş 30.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş X15 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli blinərək 40 manat cərimə edilmişdir. "xxxx" ASC tərəfindən Toyota Prius" markalı ** OM *** dövlət qeydiyyat nişanlı, "Nissan Teana" markalı ** SC *** dövlət qeydiyyat nişanlı, "Hyundai Elantra" markalı ** XJ *** dövlət qeydiyyat nişanlı və "Toyota Prius" markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillərə görə ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Bundan başqa, "Nissan Teana" markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə 3595 manat və "Toyota Prius" markalı 99OM974 dövlət qeydiyyat nişanlı avtomobilə 2020 manat maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən "Nissan Teana" markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 2657,06 manat məbləğində və "Toyota Prius" markalı 99OM974 dövlət qeydiyyat nişanlı avtomobilə 1492,98 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Hazırda iddiaçılar onlara dəymiş zərərin ödənilməmiş hissəsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə görə sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdehin baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati xəta haqqında qərarla sübuta yetirildiyindən, həmin hadisə nəticəsində iddiaçıların əmlakına vurulmuş zərərə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. İşin hallarından göründüyü kimi, "xxxx" ASC-yə tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanla bağlı 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçılarının tələb etdiyi məbləğ “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsində göstərilən 5000 manat məbləğini keçdiyindən iddiaçı bu məbləği cavabdeh "xxxx" ASC-dən deyil, yalnız cavabdeh X12 tələb etməli idi. Hazırki halda sığorta hadisəsi nəticəsində qiymətləndirmə aktına əsasən "Nissan Teana" markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 3595 manat və "Toyota Prius" markalı 99OM974 dövlət qeydiyyat nişanlı avtomobilə isə 2020 manat həcmində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə cavabdeh X12 vurulmuş zərərin ödənilməmiş hissəsinin tutulmasını ədalətli hesab edir. Məhkəmə həmçinin iddianın digər cavabdeh "xxxx" ASC-yə qarşı hissədə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinin maddi ziyanla bağlı hissəsi ona aid hissədə (5000) tam icra edildiyindən və qanunun tələbinə əsasən məsuliyyət 5000 manatla əhatələndiyindən digər artıq məbləğin Sığorta Şirkətindən tələb edilməsi əsassız olduşdur. Odur ki, iddia cavabdeh "xxxx" ASC-yə qarşı hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X12 520 (beş yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı1 xeyrinə ödənilməli, cavabdeh X12 938 (doqquz yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı2 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı2 aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X12 520 (beş yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Cavabdeh X12 938 (doqquz yüz otuz səkkiz) manat məbləğində pul tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1589/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1589/2022
12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver