Məhkəmə qərarları › İş №2(004)-1594/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1594/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1594/2021 04.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7224/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada bu günə olan sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, tərəflərin xx.xx.2008-cı il təvəllüdlü X4 adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2008-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsi qədər aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdehin hazırda hərbi quluqçu kimi təqaüd alır. Rəsmi iş yerinin harada olması ona məlum olmasa da, alimentin ödənilməsi ilə bağlı ona ********** nömrəli əlaqə telefonu ilə zənglər gəlir. Cavabdeh uşağın saxlanılmasında ona maddi köməklik etmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, iddiaçı məhkəmə iclasında gəlməmişdir. Ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, işə mahiyyəti üzrə baxılmasını tələb etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 7224/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay qazancının ¼ (dörddə bir) hissəsi qədər alimenti, yəni 175 manatı tam olaraq iddiaçıya ödəyir. Bu barədə kart hesabından çıxarışı məhkəməyə təqdim edir. O, X1 ilə evlidir və xx.xx.2001-ci il təvəllüdlü Tamella və xx.xx.2006-cı il təvəllüdlü Aişə adlı iki övladı var. X1 da ondan uşaqların saxlanması üçün aliment tutulması tələbinə dair iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. O, rəsmi olaraq N nömrəli hərbi hissədə işləyir və əmək haqqı alır, başqa qazancı yoxdur. Qətnamə ilə müəyyən edilmiş aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında alimenti ödəyir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7224/2019 nömrəli qətnaməsi ilə xx.xx.2008-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyildir. Çünki, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Hazırkı halda alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi və ya əmlak vəziyyətində yaxşılığa doğru hər hansı dəyişikliyin baş verməsini iddiaçı sübuta yetirə bilmədiyindən, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment sabit pul məbləğində tutulması qanuni və əsaslı hesab edilə bilməz. Çünki, cavabdeh rəsmi olaraq işləyir və qazancı stabildir, qətnamə üzrə ödədiyi qazancının ¼ hissəsi miqdarında alimentin aylıq məbləği 175 manat təşkil edir, bu isə uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumuna uyğundur. Bu səbəbdən, Bakı şəhəri Yasmal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 7224/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin hər ay aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. Odur ki, iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-7224/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında tutulan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada bu günə olan sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar