Məhkəmə qərarları › İş №2(004)-1604/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1604/2023

13.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1604/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı X4 nümayəndəsi (atası) – X1 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər tutulan alimentin məbləği artırılaraq hər ay qazancının 1/3 hissəsi məbləğində aliment və ödənilmiş 100 manat mediasiya rüsumu cavabdehdən tutularaq X6 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2010-cu il rəsmi nikaha girərək ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü Məmmədzad|ə Miray Elnur qızı anadan olmuşdur. Binəqədi rayon məhkəməsinin 2(001)-5619/2022 saylı, 07.10.202-ci il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış 639 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı uşaqların onun yanında qalmaqları, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə 193 manat ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, eyni zamanda dövlət rüsumu əvəzi kimi ödənilmiş 50 manat, mediasiya xərci kimi 50 manat olmaql ümumilikdə 100 manat məbləğində pul vəsaiti Cavabdehıdan tutulalaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazanc və gəlirinin 1/3 hissəsi məbləğində alimentin tutulmasına etiraz etmir və məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 nümayəndəsi (atası) – X2 iddia tələbi ilə eyn məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-5619/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilərək X9 ilə Cavabdeh arasında 12 iyun 2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış 639 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları X4 yanında qalmaları və xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq 193 manat olmaqla, ümumilikdə 386 manat məbləğində alimentin tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya prosesində iştirak etmiş və mediasiya xərci olan 50 manat iddiaçı X9 tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Hesablama Palatasının 14 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Hesablama Palatasının böyük məsləhətçisi Cavabdeh aylıq vəzifə maaşı – 1305 manat, aylıq vəzifə maaşının 1,1 misli həcmində əlavə 1435,5 manat, staja görə əlavə - 391,5 manat, ixtisas dərəcəsinə görə əlavə 115 manat olmaqla, cəmi hesablanmış əmək haqqı 3247 manatdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat aliment hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan əlavə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 50 manat pul məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X6 verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay Cavabdeh qazanc və gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat pul və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X6 verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar