Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1607/2021 16.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X24 oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh4 vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 15 saylı Dövlət Notariat Kontoruna, 43 saylı Dövlət Notariat Kontoruna, 09 saylı Dövlət Notariat Kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi və ididaçıların daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhər 43 saylı Notariat Kontorunun xüsusi notariusu X9 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 adından iştirak edən Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli, AN –İ № ******* nömrəli, Bakı şəhər 43 saylı notariat kontorunun xüsusi notariusu X16 tərəfindən reyestrdə 4Ə-451 nömrə ilə qeydə alınmış, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzilin satılmasına dair “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzilinə Cavabdeh2 mülkiyyət hüququna xitam verilməsi və Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzilinə İddiaçı1 mülkiyyət hüququnun bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandıırlmışdır ki, İddiaçı1 Mazahir oğlu və İddiaçı2 12 may 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə Bakı şəhəri Nərimanov rayon VVADQ Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitablnda 2006-cı ilin 05 ayının 12 günündə 258 nömrə ilə qeyd edilmişdir. Birgə nikah dövründə iddiaçılar Bakı şəhəri Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahasi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzilə mülkiyyət hüquqlarını əldə etmişlər. Həmin daşınmaz əmlak üzərində İddiaçı1 oglunun hüququ daşınmaz əmlakın dövlət reyestrində 1513 nömrəli reyestr kitabının 138175 nömrəli vərəqində qeydiyyata alınmışdır. (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26.01.2013). 2014-cü ilin sonunda İddiaçı1 pul ehtiyacı olmuş, Cavabdeh1 borc pul istamişdir. Cavabdeh1 İddiaçı1 verəcəyi 25000 manat borc pulun təminatı olaraq daşınmaz əmlakdan ibarət girov istəmişdir. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzili borc müqaviləsinin təminatı olaraq Cavabdeh1 girov verməyə razılaşmışdır. 06 dekabr 2014-cü il tarixdə İddiaçı1 ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsi 09 saylı notariat kontorunda 3-M-12/3621 nömrə ilə reyestrdə qeydə alınmışdır. İddiaçı1 həmin vaxt Cavabdeh1 mübahisəli mənzilə dair baş etibarnamə verməklə mənzilini borc müqaviləsinin təminatı kimi girov qoymuşdur. Bundan iki gün sonra, yəni 08.12.2014-cü il tarixdə Cavabdeh1 etibarnamədən istifadə edərək girov kimi götürdüyü İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzilə dair "Turan” MTK-dan Forma 2 arayışı alaraq, İddiaçı1 14.08.2014-cü il tarixdə Yasamal RPİ tərəfindən verilən AZE seriyalı, ******** nömrali şəxsiyyat vasiqəsinin suratində "Ailə vəziyyəti” qrafasında "Subay” sözünü saxtalaşdırmaqla, İddiaçı2 rəsmi razılığını almadan, 09 dekabr 2014-cü il tarixdə qeyd olunan mənzili 40000 manat qiyməti ilə cavabdeh X1. Cavabdehlərin təsdiq etdikləri, "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” 09 dekabr 2014cü il tarixdə, AN-İ № ******* nömrə ilə üçüncü şəxs Bakı şəhər 43 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən reyestrdə 4Ə-451 nömrə ilə qeydə alınmışdır. Daha sonra iddiaçılar iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh2 ilə Cavabdeh3 arasında 43 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 09 dekabr 2014-cü il tarixli, 4Ə-236 saylı alqı-satqı müqaviləsini və Cavabdeh3 ilə Cavabdeh4 arasında 15 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər qismində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 15 saylı Dövlət Notariat Kontorunu, 43 saylı Dövlət Notariat Kontorunu, 09 saylı Dövlət Notariat Kontorunu qeyd etmiş və Cavabdeh1 etibarnamə ilə Cavabdeh2 arasında 43 saylı Notariat Kontorunda bağlanmış 09 dekabr 2014-cü il tarixli, 4Ə-451 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh2 ilə Cavabdeh3 arasında 09 saylı Notariat Kontorunda bağlanılmış 04 aprel 2015-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh3 ilə Cavabdeh4 arasında 15 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 saylı reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1, X17, Cavabdeh3, Cavabdeh4, 15 saylı Dövlət Notariat kontoru, 09 saylı Dövlət Notariat kontoru və 43 saylı Dövlət Notariat kontoruna qarşı iddia ərizəsi verərək 43 saylı Dövlət Notariat kontorunda bağlanmış 09 dekabr 2014-cü il tarixli, 4Ə-451 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 09 saylı Dövlət Notariat kontorunda bağlanmış 04 aprel 2015-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alqı-satqı müqaviləsinin və 15 saylı Dövlət Notariat kontorunda bağlanmış 05 iyul 2015-ci il tarixli 4Ə-313 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının etibarsız hesab edilməsini mübahisələndirdiyi Cavabdeh3 və Cavabdeh4 arasında 15 saylı Dövlət Notarius kontorunda bağlanmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə iddia müddəti ötürülmüşdür. Beləki, İddiaçı1 digər cavabdehlərə ilkin iddia tələbi qaldırdıqda yəni 2015-ci ildə sorğu əsasında alınmış cavabdan və dəfələrlə onlara evdən çıxaraq mənzilin təhvil verilməsini bildirdikləri andan artıq bilirdi ki, mənzil 15 saylı Dövlət Notariat kontorunda bağlanmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 reyestr nömrəli alqısatqı müqaviləsi üzrə ona satılmışdır və adına mülkiyyət hüququ qeydə alınaraq çıxarış verilmişdir. Lakin iddiaçı buna baxmayaraq Cavabdeh4 qarşı iddianı və 15 saylı Dövlət Notariat kontorunda bağlanmış 05 iyul 2015-ci il tarixli. 4Ə-313 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığını 2021-ci ildə qaldırmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı1 cavabdehlər Cavabdeh1, X17, Cavabdeh3, Cavabdeh4, 15 saylı Dövlət Notariat kontoru, 09 saylı Dövlət Notariat kontoru və 43 saylı Dövlət Notariat kontoruna qarşı iddia ərizəsi verərək 43 saylı Dövlət Notariat kontorunda bağlanmış 09 dekabr 2014-cü il tarixli, 4Ə-451 reyestr nömrəli alqı-satqı müqaviləsinin, 09 saylı Dövlət Notariat kontorunda bağlanmış 04 aprel 2015-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alqı-satqı müqaviləsinin və 15 saylı Dövlət Notariat kontorunda bağlanmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uğyun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mənzil onların razılığı olmadan satılmışdır. Cavabdehləri tanımırlar. Elçin borc müqabilində təminat olaraq mənzilə dair Cavabdeh1 etibarnamə vermişdir, o da dərhal mənzili özgəninkiləşdirmişdir. Mənzil özgəninkiləşdirilərkən, evli olmasına baxmayaraq, subay kimi göstərilmiş, əmlak birgə nikah dövründə əldə edilməsinə baxmayaraq həyat yoldaşının razılığı alınmamışdır. İddiaçı1 ilə yoldaşı 2015-ci ildən həmin evdə yaşayırlar. Cavabdeh4 onlar evdə olarkən 2020-ci ildə qapıya açar salıb evə girmək istəyərkən tanımışdırlar. Mənzildə 2015-ci ildən bu yana qala-qala necə onların razılığı olmadan mənzil özgəninkiləşdirilə bilər. 40000 manat pul məbləği iddiaçılara verilməmişdir. Cavabdeh2 evi baxmadan almışdır. Cavabdehlər bir-birilərini tanıyırlar və onlar birləşib cinayət yolu ilə mənzili onların adından çıxardıblar. Cavabdehləri vicdansız sahib hesab edir. Qeyd edilən müddət probleminə belə aydınlıq gətirir ki, 2015-ci ildən onlar məhkəməyə müraciət ediblər. İddiaçı1 şəxsiyyət vəsiqəsi subay qeyd olunmaqla saxtalaşdırılmışdır və bu saxtlaşdırılmış sənəd ilə alqısatqı müqaviləsi bağlanmışdır. İddiaçı 2015-ci ildə bu məsələnin bitmiş olduğunu zənn edirdi, o mülki işin baxılmamış saxlanmasından xəbəri olmayıb. Ona görə də burda müddətin keçməsindən söbət belə gedə bilməz. İddia tələbinin təmin olunması və xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı1 onlara evdən çıxmaqları üçün pul təklif etmişdir. Sözügedən 40000 manat pul məbləğini onlar almayıblar. Evə baxmadan alınması məsələsinə belə aydınlıq gətirir ki, elektron dövrdə yaşadığımız üçün bu normaldır. Cavabdeh2 imkanlı adamdır, onun bu mənzilə ehtiyacı yoxdur, mənzillə bağlı problem yarananda etibarnamə verərək mənzilin özgəninkiləşdirilməsini və problemin həll olunmasını xahiş etmişdir. Müqavilənin formal olduğunu qəbul etmirlər. İddiaya münasibəti belədir ki, iddia müddəti keçmişdir və sənədlər saxta ola bilər. Onlar iddianı qəbul etmir. İddia əsassızdır. Faktiki iş materiallarında da göründüyü kimi alqı-satqı müqaviləsindən həyat yoldaşının da, mülkiyyətçinin də xəbəri olub. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 vəkili Vəkil3 iddia ərizəsində iddiaçının etibarsız hesab edilməsini mübahisələndirdiyi Cavabdeh3 və Cavabdeh4 arasında 15 saylı Dövlət Notariat kontorunda bağlanmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, İddiaçı1 digər cavabdehlərə ilkin iddia tələbi qaldırdıqda yəni 2015-ci ildə sorğu əsasında alınmış cavabdan və dəfələrlə onlara evdən çıxaraq mənzilin təhvil verilməsini bildirdiyi andan artıq bilirdi ki, mənzil 15 saylı Dövlət Notariat kontorunda bağlanmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh4 satılmışdır və onun adına mülkiyyət hüququ qeydə alınaraq çıxarış verilmişdir. Lakin iddiaçı buna baxmayaraq Cavabdeh4 qarşı iddianı və 15 saylı Dövlət Notariat kontorunda bağlanmış 05 iyul 2015-ci il tarixli, 4Ə- 313 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığını 2021-ci ildə qaldırmışdır. Qeyd edilən müddət problemi ilə bağlı bildirmişdir ki, 2015-ci ildə Cavabdeh4 bir neçə gün həmin mənzildə yaşamışdır. 2016-cı ildə evi kirayə vermək istəyərkən bu problemlər üzə çıxmışdır. Cavabdeh4 İddiaçı1 ilə qarşılaşanda iddiaçının ondan vaxt istəməsi səbəbi ilə gözləmişlər. İddiaçını 2015-ci ildə o evdə yaşamağını qəbul edirlər, lakin kommunal onların adınadır. Kommunal xərcləri ödədikləri boş durmadıqlarını göstərir. İddia əsassızdır. İş materiallarındakı sənədlərin və halları nəzərə almağını və iddia tələbini rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, 15 saylı Dövlət Notariat Kontoruna, 43 saylı Dövlət Notariat Kontoruna, 09 saylı Dövlət Notariat Kontoruna rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İ № 214076 seriya nömrəli “Nikah haqqında şəhadətnamə”nin notariusda təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, İddiaçı1 ilə X13 arasında 12.05.2006-cı il tarixdə 258№-li akt qeydi ilə nikah bağlanmışdır. Arvada Süleymanova soyadı verilmişdir. Elektron məhkəmə sistemindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı1 məxsus AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsi 16.08.2014-cü il tarixdə verilmiş və ailə vəziyyəti evli kimi qeyd olunmuşdur. İş materiallarında olan borc verən Cavabdeh1 (AZE ********, Bakı Səbail RPİ, 08.09.2014) ilə borc alan İddiaçı1 (AZE********,Bakı-Yasamal RPİ, 14.08.2014) arasında bağlanmış 06.12.2014-cü il tarixli borc müqaviləsinə əsasən müəyyən olunur ki, borc verən borcalanın mülkiyyətinə 25000 manat məbləğində borc pul verməyi, borc alan isə həmin pul məbləğini 06.01.2015-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinə əlavə edilmiş İddiaçı1 məxsus 14.08.2014-cü il tarixdə verilmiş AZE******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqədə İddiaçı1 ailə vəziyyəti evli kimi qeyd olunmuşdur. İş materiallarında olan 06.12.2014-cü il tarixli 366524 №-li etibarnamənin surətindən görünür ki, İddiaçı1 (AZE********,Bakı-Yasamal RPİ, 14.08.2014) Cavabdeh1 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri ərazi İdarəsi tərəfindən 26.01.2013-cü ildə verilmiş, reyestr nömrəsi **********73-05301-093132, qeydiyyat nömrəsi ********** “Çıxarış”a əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX müvafiq ərazi idarəsində, notariat kontorlarında, banklarda, o cümlədən digər idarə və təşkilatlarda nümayəndə olmağı, forma 1, forma 2 almaqla sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. İş materiallarında olan Turan MTK üzvlərinin 28.06.2011-ci il tarixli T6№-li protokolundan çıxarışdan görünür ki, X2 MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın ünvan 2 koorperativ yaşayış binasında 2 giriş, 12 mərtəbə, yaşayış sahəsi 80 kv m, ümumi sahəsi 142,3 kv m, olan 3 otaqlı 88 saylı mənzilin ona verilməsi qərara alınmışdır. İş materiallarında olan 19.09.2011-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2 giriş, 12 mərtəbəsində ümumi sahəsi 142,3 kv m, yaşayış sahəsi 80 kv m olan 3 otaqlı 88 saylı mənzilin pay dəyəri 11500 (on bir min beş yüz) manat məbləğ payçı X5 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MA0282143 seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi ev 7, 88 saylı mənzil 20.10.2011-ci il tarixdə X2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan 16.01.2013-cü il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, X5 ona məxsus olan ünvan 2 saylı binada yerləşən, ümumi sahəsi 129,6 kv m, yaşayış sahəsi 80 kv m, yardımçı sahəsi 49,6 kv m olan, 3 otaqdan ibarət 88 saylı mənzili 100.000 (yüz min) manata İddiaçı1 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən RX ******* seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzil 26.01.2013-cu il tarixdə İddiaçı1 tam mülkiyyəti kimi qeydiyyatda alınmışdır. İş materiallarında olan Turan MTK tərəfindən verilmiş 08 dekabr 2014-cü il tarixli arayışdan (Forma 2) görünür ki, İddiaçı1 Yasamal r., Ə.Salamzadə küçəsi 7, 16 mərtəbəli evin 12-ci mərtəbəsindəki 80 kv metr sahəsi olan 3 otaqlı 88 saylı mənzildə yaşayır. İş materiallarında olan 09.12.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 onun adına mənzil almağı, bununla bağlı lazımi sənədləri toplayıb müvafiq dövlət və qeyri-dövlət orqanında qeydiyyatdan keçirməyi və s. hərəkətlər etməyi X6 etibar etmişdir. Eibarnamənin qüvvədə olma müddəti 09.12.2016-cı il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoru tərəfindən göndərilmiş 422/451 saylı notariat işində olan İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış 09.12.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzili Cavabdeh2 40000 manata satmışdır. Müqaviləni İddiaçı1 adından Cavabdeh1, Cavabdeh2 adından isə X14 imzalamışdır. 09.12.2014-cü il tarixli ərizədən görünür ki, X14 notariat mənzil alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 40000 manat pul vəsaitinin müqavilə təsdiq edildikdən sonra Cavabdeh1 verilməsi üçün bankda olan depozit hesabına qəbul olunması barədə müraciət etmişdir. 09.12.2014-cü il tarixli qəbzdən görünür ki, həmin məbləğ X14 tərəfindən notarius X7 hesabına ödənilmişdir. Müqaviləyə əlavə edilmiş İddiaçı1 məxsus 14.08.2014-cü il tarixdə verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 ailə vəziyyəti subay kimi qeyd olunmuşdur. İş materiallarında olan 09.12.2014-cü il tarixli Cavabdeh1 tərəfindən İddiaçı1 adından verilmiş və Cavabdeh1 tərəfindən imzalanmış ərizədən görünür ki, həmin ərizədə İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7, 88 nömrəli mənzili əldə etdiyi vaxtdan subay olduğunu və heç kimlə rəsmi nikah qeydiyyatının olmadığını bildirmiş, gələcəkdə hər hansı mübahisə olarsa məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX0570967 seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Ə.Salamzadə küçəsi, ev 7, mənzil 88 04.02.2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçimişdir. İş materiallarında olan 04.04.2015-ci il tarixli AN-İ №0489267 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 129,6 olan, 3 otaqlı 88 nömrəli mənzili Cavabdeh3 80000 (səksən min) manata satmışdır. Tərəflər alıcının əvvəlcə 50.000 manat ödəməsi, daha sonra isə 30.000 manat məbləğində pulun 11.04.2015-ci ilədək satıcıya ödəməsi barədə razılığa gəlmişlər. Müqaviləni Cavabdeh2 adından X14 imzalamışdır. İş materiallarında olan X8 tərəfindən Bank Technique ASC-nin Kapital filialına ünvanlanmış məktublardan görünür ki, o, 50.000 manat və 30.000 manat məbləğində pulun depozit hesbına qəbul edilməsi üçün müraciət etmişdir. İş materiallarında olan 04.06.2015-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh3 50.000 manat məbləğində pul ödəmişdir. İş materiallarında 04.06.2015-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh3 30.000 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX0633585 seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Ə.Salamzadə küçəsi, ev 7, mənzil 88 15.04.2015-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 05.07.2015-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Əbdülvahab Salamzadə küçəsi ev 7-də yerləşən, ümumi sahəsi 134,1 olan, 3 otaqlı 88 nömrəli mənzili Cavabdeh4 80.000 manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX0700547seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 1055, Ə.Salamzadə küçəsi, ev 7, mənzil 88 14.07.2015-ci il tarixdə X22 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 05.07.2015-ci il tarixli Bakı şəhəri 15 saylı Notariat Kontorunun notariusu X20 tərəfindən Bank Technique ASC-nin Nizami filialına ünvanlanmış məktubdan görünür ki, X3 Əli Əsgər oğlu tərəfindən ödənilməli olan 80.000 manat məbləğində pulun müvafiq müqavilə ilə təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh3 ödənilməsi üçün bankda olan depozit hesabına qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən müəyyən olunur ki, Cavabdeh4 80.000 manat məbləğində pulu X10 hesabına ödəmişdir. İş materiallarında olan 17.06.2015-ci il tarixli Turan MTK tərəfindən verilmiş arayışdan görünür ki, Turan MTK Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə, 7 saylı yaşayış binasının 1 blok 12 mərtəbə 88 saylı mənzilində yaşadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 20.10.2015-ci il tarixli sorğuya cavab məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi ev 7, 3 otaqlı, ümumi sahəsi (keçmiş 129,6kv m) 134,10 kv m(eyvan daxil olmaqla), yaşayış sahəsi 80 kv m olan 88 saylı mənzil 20.10.2011-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhərinin Notariusu İ.A.Məmmədov tərəfindən təsdiq edilmiş 16.01.2013-cü il tarixli 4Ə-01-10 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 adına qeydiyyatdan keçmişdir. 43 saylı DNK-nın 09.12.2014-cü il tarixli 4Ə-451 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. 09 saylı DNK-nın 04.04.2015-ci il tarixli 4Ə-236 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 adına qeydiyyatdan keçmişdir. 15 saylı DNK-nın 05.07.2015-ci il tarixli 4Ə-313 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. İş materiallarında olan 11.11.2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi ev 7, mənzil 88-də qeydiyyatda olan İddiaçı1 Azərbaycan Respublikası DİN-nə və Nəsimi RPİ-yə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 ilə aralarında 06.12.2014-cü il tarixdə 25.000 manat pulu bir ay müddətində, yəni 06.01.2015-ci il tarixədək qaytarmaq şərti ilə borc müqaviləsi bağlayaraq etibarnamə vermiş, lakin borc müqaviləsi bağlandıqdan 3 gün sonra ona məxsus şəxsiyyət vəsiqəsini saxtalaşdıraraq ona məxsus mənzili dəyərindən ucuz qiymətə yəni 40.000 manata Cavabdeh2 adaına satmışdır. Bundan əlavə həmin mənzil qısa müddət ərzində Cavabdeh3 və Cavabdeh4 adlı şəxslərə satılmışdır. Ona görə də həmin şəxlərin barəsində qanuni tədbir görülməsini xahiş etimişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında 06.12.2014-cü il tarixdə Bakı şəhər 9 saylı notariat kontorunda 01 ay ərzində qaytarmaq şərti ilə 25.000 manat borc müqaviləsi bağlanmış və bu müqavilə Reytsrdə 3-M-12/3621 nömrə ilə qeyd olunmuşdur. 09 saylı notariat kontorundan daxil olmuş sənədlərdən görünür ki, borc müqaviləsi bağlanan zaman İddiaçı1 məxsus 14.08.2014-cü il tarixdə Yasamal RPİ tərəfindən verilmiş AZE ******** seriya nömrə şəxsiyyət vəsiqəsində onun ail vəziyyəti «evli» kimi göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı1 özünə məxsus Yasamal rayonu, Salamzadə küçəsi məhəllə 1055 ev 7, 88 nömrəli mənzilə dair 06.12.2014-cü tarixdə 09 saylı notariat kontorunda Cavabdeh1 baş etibarnamə vermiş, bu etibarnamə Reyestrdə 7E-35626 nömrə ilə qeyd olunmuşdur. 09 saylı notariat kontorundan daxil olmuş sənədlərdən görünür ki, etibarnamə verilən zaman İddiaçı1 məxsus 14.08.2014-cü il tarixdə Yasamal RPİ tərəfindən verilmiş AZE ******** seriya nömrə şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti «evli» kimi göstərilmişdir. Bundan başqa araşdırma zamanı müəyyən edilmişdir ki, baş etibarnamə əsasında Cavabdeh1 (İddiaçı1 nümayəndəsi) Yasamal rayonı Salamzadə küçəsi məhəllə 1055 ev 7, 88 nömrəli mənzili 43 saylı Notariat Kontorunda 09 dekabr 2014-cü il tarixdə 40.000 manata Cavabdeh2 satmış, müqavilə reystrdə 4Ə-451 nömrə altında qeydə alınmışdır. 43 saylı notariat kontorundan daxil olmuş sənədlərdən görünür ki, qeyd olunan alqı-satqı zamanı Cavabdeh1 43 saylı notariı kontoruna təqdim etdiyi Yasamal RPİ tərəfindən verilmiş AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsində onun ailə vəziyyəti «subay» kimi göstərilmişdir. Həmçinin Cavabdeh1 İddiaçı1 adından ərizə yazaraq onu ərizədə subay kimi qeyd etmişdir. Göründüyi kimi, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 320.1-maddəsinin tərkib əlamətləri olduğundan toplanmış material üzrə fakta görə həmin maddə ilə cinayət işi başlanıb ibtidai istintaq aparılmalıdır. Qeyd edilən qərarla toplanmış material üzrə faktına görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilməsi, başlanılmış cinayət işinə ********* nömrəsinin verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh1 etibarnamə ilə Cavabdeh2 arasında 43 saylı Notariat Kontorunda bağlanmış 09 dekabr 2014-cü il tarixli, 4Ə-451 reyestr nömrəli alqısatqı müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 09 saylı Notariat Kontorunda bağlanılmış 04 aprel 2015-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alqı-satqı müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında 15 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 saylı reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh4 ünvan 4 ünvanında yerləşən 88 saylı mənzilə mülkiyyət hüququna xitam verilməli, ünvan 4 ünvanında yerləşən 88 saylı mənzilə iddiaçılar İddiaçı1, İddiaçı2 mülkiyyət hüququ bərpa edilməli iddia tələbi qalan hissədə rədd edilməlidir. Belə ki, iş materialları ilə İddiaçı1 Cavabdeh1 06.12.2014-cü il tarixdə 25000 manat məbləğində borc pul almasına dair müqavilə bağlaması və həmin borc pulun müqaviləsinin təminatı olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə bağlı Cavabdeh1 əmlaka sərəncam verməyə dair etibarnamə verməsi və həmin etibarnəmə verildikdən 3 gün sonra 09.12.2014-cü il tarixdə Cavabdeh1 qeyd edilən mənzili Cavabdeh2 40.000 manata satması, daha sonra həmin mənzilin qısa müddət ərzində bir neçə şəxsə satılması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçıların mənzili özgəninkiləşdirmə iradəsi mövcud olmamışdır. Cavabdeh1 İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən mənzili satarkən mülkiyyətçi İddiaçı1 evli olmasına baxmayaraq subay kimi qeyd edilmiş, birgə nikahda olan İddiaçı2 razılığı alınmamışdır. Mənzilin özgəninkiləşdirilmə qiymətindən də göründüyü kimi, mənzil borc müqaviləsi bağlanıldıqdan 3 gün sonra alındığı qiymətdən çox aşağı qiymətə özgəninkiləşdirilmişdir. Məhkəmə dəfələrlə məhkəmə iclasını təxirə salaraq cavabdehlərə müvafiq sübutların təqdim edilməsi, əqdlər bağlanarkən əqdin motivinin nə olması, əsl iradə ifadəsinin nədən ibarət olması barədə sübutlar təqdim etməyə şərait yaratmış, lakin Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, həmçinin, Cavabdeh2 və Cavabdeh4 vəkilləri bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Cavabdeh2 nümayəndəsi, iddiaçıların evdə yaşamasına baxmayaraq, müasir alğı-satqı üsulundan istifadə edərək, mənzilə baxış keçirilmədən mənzili əldə etdiyini bildirmişdir. Cavabdeh4 vəkili isə mənzili əldə edərkən orda heç kimin yaşamadığını və 2015-ci ildən bu günə qədər 3 gün həmin mənzildə yaşadığını bildirsə də, bu halı məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı1 ilk alğı-satqı bağlanılarkən subay kimi qeyd edilməsi, həyat yoldaşının birgə mülkiyyətə dair razılığının alınmaması, borc müqaviləsi bağlanıldıqdan 3 gün sonra mənzilin dərhal satılması, iddiaçıların bugünə qədər də həmin mənzildə yaşaması, mənzilin bazar dəyərindən qat-qat aşağı qiymətə 3 dəfə özgəninkiləşdirilməsi, cavabdehlərin əqdlərin motivi və iradə ifadəsi ilə bağlı əsaslı mövqe bildirə bilməməsi həmin əqdlərin uydurma xarakterli olmalarına dair qənaətə gəlməyə əsas verir. Müqavilələrin ləğv edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, etibarsız əqdlər bağlandığı andan etibarsız hesab edildiyindən və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə Cavabdeh4 vəkili Vəkil3 iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı qeyd edir ki, əqdlər əhəmiyyətsiz əqdlər olduğundan və iddianin predmeti daşınmaz əmlakın qaytarılması ilə bağlı olduğundan iddiaçılar tərəfindən müddətinin ötürülməsi halı müəyyən edilməmişdir və bu səbəbdən də ərizə əsasız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 etibarnamə ilə Cavabdeh2 arasında 43 saylı Notariat Kontorunda bağlanmış 09 dekabr 2014-cü il tarixli, 4Ə-451 reyestr nömrəli alğı-satqı müqaviləsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında 09 saylı Notariat Kontorunda bağlanılmış 04 aprel 2015-ci il tarixli, 4Ə-236 reyestr nömrəli alğ-satqı müqaviləsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında 15 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 05 iyul 2015-ci il tarixli, 4Ə-313 saylı reyestr nömrəli alğ-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh4 ünvan 4 ünvanında yerləşən 88 saylı mənzilə mülkiyyət hüququna xitam verilsin, ünvan 4 ünvanında yerləşən 88 saylı mənzilə iddiaçılar İddiaçı1, İddiaçı2 mülkiyyət hüququ bərpa edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1607/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1607/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver