Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9640/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəkirzadə oğlu, Cavabdeh2 və üçüncü şəxs Bakı şəhər 43 saylı Notariat Ofisinin xüsusi notariusuna qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı 27.07.2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Bəkirzadə oğluna və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüquqlarına xitam verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun “bərpa edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 16 noyabr 2015-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 260.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflərin iştirakı olmadan işə baxılması, işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir . İddiaçılar 23.11.2020-ci il tarixdə məhkəmə aktını əldə edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 16 noyabr 2015-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Şikayətdə məlumatsiz olmalarına istinad edərək qərardadı rəsmi qaydada almadıqlarını qeyd etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 16 noyabr 2015-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət keçmişdır. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadına dair şikayətin təmin edilməsini və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 16 noyabr 2015-ci il tarixli qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. İddiaçılar 03.03.2021-ci il tarixində ərizə ilə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 16 noyabr 2015-ci il tarixli qərardadından şikayət verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2(004)-1607/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 əfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə baxılmamış saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9465/2015 saylı, 03 dekabr 2020-cı ıl tarixli qərardadından iddiaçılar tərəfindən şikayət qanunla müəyyən edilmiş müddətdə verildiyindən şikayət vermə müddətinin bərpası barədə ərizənin verilməsinə zərurət olmamışdır. İddiaçıların həmin qərardaddan şikayət verilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə 04 mart 2021cı il tarixli qərardad çıxarılmamışdır iddiaçılar şikayətdə qərardadın tarixini səhv göstərməklə apellyasiya şikayətinin məzmununa dair tələblərə əməl etməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.03.2021-ci ıl tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1607/2021 saylı 03 mart 2021 -ci il tarixli, qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14.04.2021-cı ıl tarixli, 2(103)- 86/2021 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal- Rayon Məhkəməsının 03 dekabr 2020- cı il tarixli 2(004)-9465/2015 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı ış üzrə 03 dekabr 2020-cı il tarixli qərardadı ləğv olunmuş və mülki iş 16 noyabr 2015-ci il tarixli qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi şikayətə Mülki Prosessual Məcəllənin 269cu maddəsinin tələblərinə uyğun qaydada baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.12.2020-ci il tarixli qərardadına dair şikayətin təmin edilməsini və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 16 noyabr 2015-ci il tarixli qərardadın ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16.05.2021 -ci ıl tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1607/2021 saylı 03 mart 2021 -ci il tarixli, qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14.06.2021-cı ıl tarixli, 2(103)- 5956/2021 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal- Rayon Məhkəməsının 03 dekabr 2020cı il tarixli 2(004)-9465/2015 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı ış üzrə 03 dekabr 2020-cı il tarixli qərardadı ləğv olunmuş və ərizə təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 2(004)-9465/2015 saylı işi üzrə 27 iyul 2021-ci il tarixli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 16 noyabr 2015-ci il tarixli qərardadından verilmiş şikayət geri qayatrılmışdır.Qərardadda məhkəmə, Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə istinadən işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsasların şikayətdə göstərilməməsi əsası ilə məzmun tələblərinə riayyət edilməməsini qeyd etmışdır. İddiaçılar apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)- 9465/2015 saylı qərardadı ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı 27 iyul 2021-ci il tarixli, qərardadından verilmiş şikayətə baxılaraq təmin edilməsi, mülki işə mahiyyəti üzrə baxılması, şikayət təmin edilmədiyi təqdirdə mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263.1, 267, 269-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-9465/2015 saylı qərardadı qətnamədən apellyasiya şikayətinin verilməsi məzmununa əsaslanmış və formal əsaslarla baxılmamış saxlanılmasna dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(004)-9465/2015 saylı qərardadının ləğv edilərək mülki işə mahiyyəti üzrə baxılmasına dair şikayəti geri qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadlarında göstərilənlərə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (haki Təhminə Xəlilova) əməl etməmiş və şikayətin geri qaytarılmasında Mülki-Prosessual Məcəlləsinin tələblərinə düzgün riayət etməyərək işin baxılmasına suni maneəçiliklər yaradaraq işə mahiyyəti üzrə baxılmasından əsassız qərardadlar qəbul edərək formal əsaslarla şikayəti geri qaytarmışdır.Bu səbəbdən də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(004)-9465/2015 saylı qərardadı ləğv edilməli iddiaçıların şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(004)-9465/2015 saylı qərardadından vermiş olduqları şikayətləri təmin edilməli və işə mahiyyəti üzrə baxılmalıdır (iş səh 240). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 25.08.2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (iş səh 244). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 Bəkirzadə oğlu, Cavabdeh2 və üçüncü şəxs Bakı şəhər 43 saylı Notariat Ofisinin xüsusi notariusunun iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 13, 14, 259, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş (səbəbləri düzgün əsaslandırılmamış) qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edir. Belə ki, ilk olaraq müddətin otürülməsinə istinad edən birinci instansiya məhkəməsi iş üzrə yeni əsaslar müəyyən etmiş və bunları əsaslandırmamışdır. Belə ki, məhkəmə Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə əsasən işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsasların şikayətdə göstərilmədiyini diqqətə çəkərək, məzmun tələblərinə riayyət edilməməsini qeyd etsədə, ərizəçi məlumatsiz olmalarına istinad edərək qərardadı rəsmi qaydada almadıqları ilə şikayətini əsaslandırmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398- 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı 27.07.2021-ci -ci il tarixli qərardadı ləğv edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9465/2015 saylı işi üzrə 16 noyabr 2015-ci il tarixli qərardadından verilmiş şikayətin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-9640/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9640/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver