Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(004)-161/2025 11.03.2026 BAKI ŞƏHƏRI YASAMAL RAYON MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər (LP) cavabdeh2 ASC-yə və cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: kompensasiya tələbi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, İddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdeh (LP) cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Əlizadə Faiq İlyas oğlunun, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-nın nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər (LP) cavabdeh2 ASC-yə və cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı İddiaçı cavabdehlər (LP)cavabdeh2 ASC-yə və cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrə və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “qeyri-yaşayış sahəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan ticarət obyekti kimi istifadə olunmuş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində, ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin sahənin 1/3 hissəsi üzərində mülkiyyət hüququ olan qızı İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq cavabdeh cavabdeh2 ASC tərəfindən hazırda həmin ərazidə inşa edilən dördmərtəbəli yaşayış binasından 35 m2 sahəyə malik olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi öhdəliyinin cavabdeh cavabdeh2 ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin sahənin 1/3 hissəsi (yəni 35 m2 sahəsi) üzərində mülkiyyət hüququ olan İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 387730 manat məbləğində kompensasiyanın və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 678 manat məbləğində pulun iş üzrə cavabdehlər cavabdeh2 ASC-dən və “xxxx” MMC-dən müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan ticarət obyekti kimi istifadə olunan qeyri-yaşayış sahəsi vərəsəlik qaydasında (##.##.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə) 1/3 hissədə paylı mülkiyyət hüququ ilə qızı İddiaçı vəfat etmiş atası X3. Sözügedən ticarət məqsədli qeyri-yaşayış sahəsinə baxmaq üçün əraziya daxil olmaq istədikdə həmin ərazidə quraşdırılmış “Məlumat lövhəsi”ndən məlum oldu ki, həmin ərazi cavabdeh2 ASC-yə aiddir və cavabdeh2 ASCnin sifarişi əsasında hazırlanıb, bu səbəbdən əraziyə daxil olmaq mümkün olmadı. cavabdeh2 ASC-yə bu barədə rəsmi qaydada müraciət etdikdə cavab olaraq bildirildi ki, bu ərazi “xxxx” ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş cavabdeh1 MMC-nin əsas vəsaitləri “xxxx” QSC BOKT tərəfindən cavabdeh2 ASC-yə təhvil verilmişdir. Daha sonra digər yazılı müraciətlərinə cavab verildi ki, iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinin yerini dəqiq müəyyən etmək məqsədi ilə Dövlət reyestrinin arxivindən ərazinin tikinti planı təqdim olunmalıdır və bununla əlaqədar edilən müraciətə cavab olaraq cavabdeh2 ASC sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin yerinin və sərhədlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsini tövsiyə olundu. Buna əsasən də iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən, ümumi sahəsi 105 m2 olan qeyri-yaşayış sahəsinin texniki pasportunun təsdiq olunmuş surəti böyük çətinliklə əldə edildi və cavabdeh2 ASC-yə təqdim olundu. Bundan sonra cavabdeh2 ASC-nin nümayəndələri ilə əraziyə baxış keçirilərkən məlum oldu ki, vərəsəlik qaydasında 1/3 hissədə paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan qeyri-yaşayış sahəsi qanunsuz olaraq sökülmüşdür. Bu hal isə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Eləcə də, iddiaçının atası və Azərbaycan Respublikasının vətəndaşı ##.##.1962-ci il təvəllüdlü X7 ##.##.2021-ci il tarixində xəstəlikdən vəfat edib. İddiaçı miras qalmış qeyri-yaşayış sahəsini problemli aktiv olaraq dəyənləndirmək mümkün deyil, belə olduğu halda qeyriyaşayış sahəsi ipoteka ilə yüklü olardı və qeyri-yaşayış sahəsi nəinki vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçə bilməz, hətta Dövlət reyestrindən çıxarış belə verilməzdi, verildiyi halda isə əmlakın ipoteka ilə yüklü olduğu bildirilərdi. Sözügedən qeyriyaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşir. Əmlaka dair qızının mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2023-cü il tarixində, ********** qeydiyyat və 0080110007587-05101-****** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
4. Cavabdeh cavabdeh2 ASC iddia ərizəsinə etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, “xxxx” ASC-yə məxsus problemli aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi qərara alınmışdır. Sözügedən Fərmanın icrası ilə əlaqədar, “xxxx” ASC-yə məxsus problemli aktivlər üzrə tələb hüququ “xxxx” QSC-yə keçmiş, o cümlədən cavabdeh1 MMC-nin problemli kredit öhdəlikləri ilə bağlı sonuncuya qarşı iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2017-ci il tarixli *-*(**)-***/**** nömrəli qətnaməsinə əsasən “xxxx” QSC-nin iddiası təmin edilmiş, “xxxx” MMC-dən 54.284.832,52 Azərbaycan manatı və 20.405.843,10 ABŞ dolları kredit borcunun tutulması, borc tələbinin “xxxx” MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı, 345-ci məhəllədə 0,6387 ha torpaq sahəsi üzərində yerləşən tikintisi başa çatmamış yaşayış kompleksinə yönəldilməsi, həmin əmlak üzərində cavabdeh1 MMC-nin mülkiyyət hüququna xitam verilməsi və “xxxx” QSC-nin mülkiyyətinə verilməsi qət edilmişdir. Daha sonra, cavabdeh2 fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanına əsasən, “xxxx” QSC BOKTnın ”xxxx” ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən həmin Fərmanın əlavəsində göstərilən hüquqi şəxs cavabdeh1 MMC-yə vaxtilə məxsus olmuş, dövlət əmlakı “xxxx” ASC-nin mülkiyyətinə (balansına) verilmişdir. Fərmanın icrası ilə əlaqədar “xxxx” QSC və “xxxx” ASC-nin nümayəndələrin ibarət tərkibdə yaradılmış Təhvil-Təslim Komissiyasının ## ### 2018-ci il tarixli ** nömrəli protokolu ilə, RX № ******* nömrəli çıxarışa əsasən “xxxx” QSC-nin xüsusi mülkiyyətində olan ünvan 5 175,179 ünvanları arasında 0,2576 ha və 0,0052 ha torpaq sahələri və onun üzərində tikintisi başa çatmamış yaşayış binası, o cümlədən həmin ünvanda yerləşən 0,0404 ha və 0,3354 ha torpaq sahələri üzərində icarə hüququ “xxxx” ASC-nin mülkiyyətində (balansına) verilmişdir. O cümlədən, tərəflər arasında əsas vəsaitlərin təhviltəsliminə dair ## ### 2018-ci il tarixli akt imzalanmışdır. Bundan sonra, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin RX seriyalı, ******* nömrəli, # ### 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, o cümlədən RX seriyalı, ******* nömrəli, ## ### 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlarına əsasən “xxxx” ASC-nin müvafiq olaraq 0,0052 ha və 0,2576 ha torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, icarə hüququ ötürülmüş 0,0404 ha və 0,33549 ha torpaq sahələrinə dair “xxxx” ASC ilə Bakı şəhər İcra Hakimiyyəti arasında müvafiq olaraq # ######## 2019-cu il tarixli 1547 və **** nömrəli icarə müqavilələri bağlanılmış, icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirir ki, etiraz ərizəsinə əlavə olunmuş, “Google Earth” proqram təminatından əldə olunmuş 1, 2 və * nömrəli foto çıxarışlarından göründüyü kimi, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi qəbul olunan tarixdə və həmin tarixdən əvvəlki dövrlərdə, yəni 2016-cı ilin aprel, 2015-ci ilin mart aylarında qeyd olunan ünvanda iddiaçının iddia etdiyi Rəsul Rza küçəsi tərəfdən hər hansı istifadəyə yararlı qeyri-yaşayış sahəsi, bina müşahidə olunmur. Eyni zamanda, etiraz ərizəsinə əlavə olunan yuxarı qeyd olunan torpaq sahələrinin və tikintisi tamamlanmayan yaşayış binaları “xxxx” QSC tərəfindən “xxxx” ASC-yə təhvil verilərkən, həmin dövrü əhatə edən 4 və * nömrəli foto çıxarışlardan müəyyən olunur ki, sözügedən ünvanda iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi təsbit edilməmişdir. Beləliklə, təqdim olunmuş sənədlərdən və sadalanan fatklardan müəyyən olunur ki, Azərbaycan Respublikasının Prezidentinin məlum **** nömrəli Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-yə boş torpaq sahələri və inşası yarımçıq qalmış tikili təhvil verilmişdir. Daha sonra yarımçıq tikili “xxxx” ASC-nin sifarişi əsasında sökülərək sözügedən torpaq sahələri üzərində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun “5+mansard” tipli yaşayış binasının tikintisi həyata keçirilir. Bundan başqa, iddiaçı iddia ərizəsində onun sorğularına “xxxx” ASC tərəfindən göndərilən cavab məktublarının məzmununda müəyyən təhriflərə yol verərək, yanlış məlumat verməklə məhkəməni yanlış istiqamətə yönəltmək istəmişdir. Belə ki, iddia ərizəsində “xxxx” ASC tərəfindən qeyri-yaşayış sahəsinin yerinin müəyyən olunması məqsədilə dövlət reyestri arxivindən ərazinin tikinti planının təqdim edilməli olduğu yanlış olaraq qeyd edilmiş, həqiqətdə isə iddiaçının səlahiyyətli nümayəndəsi Elmar Hüseynzadəyə ünvanlanan ## #### 2023-cü il tarixli **-*/*-****/**** nömrəli məktubda, müraciətin araşdırılması məqsədilə “xxxx” ASC-nin nümayəndəsinin və iddiaçı tərəfin iştirakı ilə həmin ünvana baxış keçirildiyi, qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazini müəyyən etmək mümkün olmadığı, həmin sahənin yerinin və sərhədlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Xidmətə müraciət edilməsi tövsiyə olunmuşdur. Daha sonra, iddiaçının eyni məzmunlu təkrar müraciətinə cavab olaraq, “xxxx” ASC-nin ## ####### 2023-cü il tarixli **-*/*-****/**** nömrəli məktubunda bildirilmişdir ki, yuxarıda qeyd olunan əsaslarla “xxxx” QSC tərəfindən “xxxx” ASC-yə təhvil verilən cavabdeh1 MMC-yə məxsus əmlaklar arasında iddiaçının iddia etdiyi əmlak müəyyən olunmamış, eyni zamanda qeyriyaşayış sahəsinin naturada yerlərinin və sarhədlərinin müəyyənləşdirilməsi üçün Xidmətin nümayəndəsinin iştirakı ilə baxış keçirilməsinin zəruriliyi bir daha vurğulanmışdır. Belə ki, etiraz ərizəsinə əlavə olunan “xxxx” ASC-nin mülkiyyət və icarə hüququnun dövlət qeydiyyatına alındığı çıxarışların tarixi və foto çıxarışlarla iddiaçının məhkəməyə təqdim etdiyi çıxarış arasında müqayisə aparılarkən müəyyən olunur ki, iddiaçı İddiaçı adına çıxarış ## ### 2023- cü ildə dövlət qeydiyyatına alınmışdır. “xxxx” ASC-nin mülkiyyət və icarə hüquqları isə hüquqları müvafiq olaraq 2018-ci və 2019-cu illərdə dövlət qeydiyyatında alınmış və qeydə alınarkən foto çıxarışlardan görünür ki, həmin torpaq sahələri üzərində istifadəyə yararlı qeyri-yaşayış sahəsi yoxdur. Odur ki, həmin ünvanda qeyri-yaşayış sahəsi, ümumiyyətlə istismara yararlı tikili olmadığı halda iddiaçıya hansı əsasla mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış təqdim olunması anlaşılmaz olaraq qalır. Bununla əlaqədar, sözügedən iddia ərizəsi araşdırılarkən Xidmətin iş üzrə üçüncü şəxs qismində cəlb olunmasına zərurət vardır. Beləliklə, iddia ərizəsində qeyd olunan qeyri-yaşayış sahəsinin, onun sökülməsinin və bunun nəticəsində iddiaçıya hər hansı ziyanın dəyməsinin “xxxx” ASC ilə heç bir hüquqi bağlılığı olmadığı sübut olunur.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili iddiaya etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-nın nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, həmin ərazidə tikinti hazırda onlar tərəfindən həyata keçirilir. İddianın təmin olunmamasını məhkəmədən xahiş edir.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, əmlakın ilkin qeydiyyatı zamanı tərəflərindəndən texniki baxış keçirilir. İlkin qeydiyyatı olmuş əmlaka münasibətdə isə baxış keçirilmir. Yəni ki, əmlak digər şəxsin mülkiyyətinə keçdikdə və bununla bağlı onlara çıxarış almaq üçün müraciət olunduqda onlar əmlakın ilkin qeydiyyatının olubolmamasına baxırlar. İlkin qeydiyyat olduğu təqdirdə, tərəflərindən əmlaka yenidən baxış keçirilməyərək çıxarış verilir. Həmin əmlakla bağlı ilkin sənəd 2013-cü il # ####### tarixində verilmişdir. Əmlak “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi” əsasında iddiaçının atasına verilmişdir. Əmlaka həm texniki pasport, həm də çıxarış verilmişdir.
11. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, o, 2022-ci ildən cavabdeh1 MMC-nin direktorudur. cavabdeh1 MMC-nin fəaliyyəti 2022-ci ildən 20 illik dayandırılmışdır. cavabdeh1 MMC-nin əmlakları 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “xxxx” QSC-yə keçmişdir. cavabdeh1 MMC-nin fəaliyyəti dayandırılana qədər həmin qurum söküntü-tikinti işləri ilə məşğul olmuşdur.
12. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
13. Məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X4 vərəsələri İddiaçı, X5, X8r və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2013 tarixdə X4 verilmiş 008011000587-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 105 kv.m. olan qeyri-yaşayış sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2022-ci il tarixli qeydiyyat nömrəsi 2210051505QJ70401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək həmin qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.
16. * saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ##.##.2017-ci il tarixdə verilmiş AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, İddiaçı ##.##.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası X4, anası Qanuni nümayəndədır.
17. Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş AZ- II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, X4 ##.##.2021-ci il tarixdə ölmüşdür.
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən qeyriyaşayış sahəsinin 1/3 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir.
19. Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza küçəsi 18 ünvcanında yerləşən ümumi sahəsi 105 kv.m olan qeyri-yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, pasport ##.##.2013-cü il tarixdə olan vəziyyətə əsasənn tərtib olunmuşdur.
20. cavabdeh2 ASC-nin ##.##.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin yerinin və sərhədlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur.
21. cavabdeh2 ASC-nin ##.##.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “xxxx” ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış Təhvil-Təslim Komissiyasının ## ### 2018-ci il tarixli ** nömrəli protokoluna əsasən “xxxx” ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş cavabdeh1 MMC-nin əsas vəsaitləri “xxxx” QSC BOKT tərəfindən “xxxx” ASC-yə müvafiq qaydada təhvil verilmişdir. Sözügedən təhvil-təslim aktında Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “xxxx” ASC-yə təhvil verilməsi öz əksini tapmamışdır.
22. cavabdeh2 ASC-nin ##.##.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, cavabdeh2 ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar müvafiq qaydada təhvil verilmiş əmlaklar üzərində qanunvericiliyə uyğun olaraq “xxxx” ASC-nin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Odur ki üçüncü şəxslərin mülkiyyətində olan hər hansı bir əsasla yüklü edilmiş əmlakın “xxxx” ASC-nin mülkiyyətinə verilməsi qeyri-mümkündür. Eyni zamanda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında “xxxx” ASC tərəfindən hər hansı yaşayış və qeyri-yaşayış sahəsinin söküntüsü işləri həyata keçirilməmişdir.
23. Azərbaycan Respublikası * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)- ***/**** nömrəli, ## #### 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh cavabdeh1 MMCdən iddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 37999138 manat əsas borc, 16285694,52 manat faiz borcu, cəmi 54284832,52 manat və 13543069 ABŞ dolları əsas, 6862774,10 ABŞ dolları faiz, 20405843,10 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Asalanov küçələrinin arasındakı, 354-ci məhəllədə 0,6387 ha torpaq sahəsi üzərində yerləşən, bazar dəyəri 36055760 manat olan yaşayış kompleksinə (ümumi sahəsi 9047,3 kv.m. olan 54 ədəd mənzil, ümumi sahəsi 2004,0 kv.m.olan qeyriyaşayış sahələri və 24 ədəd yeraltı dayanaca) və “Toyota Camry minik” markalı, **-AA- *** qeydiyyat dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, cavabdeh1 MMC-nin yuxarıda qeyd edilən əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və həmin əmlakların “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsi, həmin əmlakların dəyəri borcun tam ödənilməsi üçün kifayət etməzsə qalıq borc məbləğinin cavabdeh1 MMC-dən tutulması qət edilmişdir.
24. cavabdeh2 fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 0# ###### 2017-ci il tarixli Fərmanına əsasən cavabdeh2 Nizamnaməsi”nin təsdiq edilməsi, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının “xxxx” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ “xxxx” Açıq Səhmdar Cəmiyyətindən “xxxx” QSC-yə ötürülmüş X17 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “xxxx” müəssisəsinin maşın və avadanlıqları cavabdeh2 mülkiyyətinə (balansına) verilməsi qərara alınmışdır.
25. Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il # ###### tarixli **** nömrəli Fərmanına əlavəyə əsasən müəyyən olunur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin əvəzində mülkiyyət hüququ əldə edilmiş, onun mülkiyyətində olan dövlət əmlakının siyahısına cavabdeh1 MMC daxildir.
26. cavabdeh2 fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında 0# ###### 2017-ci il tarixli **** saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “xxxx” ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədilə “xxxx” ASC-nin və “xxxx” QSC-nin nümayəndələri ilə birgə yaradılmış Təhvil-Təslim Komissiyasının ## ### 2018-ci il tarixli, ** nömrəli iclas protokoluna əsasən “xxxx” QSC BOKT-un, RX №******* saylı çıxarışla xüsusi mülkiyyətində olan, ümumi 6299306 manat bazar dəyərində olan ünvan 3 ünvanında yerləşən 0,2576 ha torpaq sahəsinin, ünvan 8 ünvanında yerləşən 0,0052 ha torpaq sahəsinin, cavabdeh1 MMC-nin mülkiyyətində olan, tikintisi başa çatmamış obyekt kimi, 2782780 manat dəyərində yaşayış binasının 1-ci və 2-ci bloku, 1488144 manat dəyərində 8-ci bloku, cəmi 10570230 manat dəyərində əmlakın, cavabdeh2 ASC-nin balansına verilməsinin təsdiq edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzili, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzilinin əmlak kimi Bakı şəhəri, Nəsimi rayonu, M.Tolstoy və H.Aslanov küçələrinin kəsişməsindəki *** saylı məhəllədə ayrılmış 3354,9 kv.m. torpaq sahəsi üzərində icarə hüququ qeyri-maddi aktiv kimi, əlavə olaraq qiymətləndirici “xxxx” MMC tərəfindən qiymətləndirilərək “xxxx” ASC-nin balansına verilməsinin təmin edilməsi qərara alınmışdır.
27. cavabdeh2 ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “xxxx” ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış Təhvil-Təslim Komissiyasının ## ### 2018-ci il tarixli ** nömrəli protokoluna əsasən “xxxx” ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş cavabdeh1 MMC-nin əsas vəsaitlərinin “xxxx” QSC tərəfindən cavabdeh2 ASC-yə təhvil verilməsi barədə ## ### 2018-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh1 MMC-yə məxsus olmuş ünvan 9 ünvanında yerləşən tikintisi başa çatmamış obyekt kimi yaşayış binasının 1-ci və 2-ci bloku 2.782.780 manat, 8-ci bloku 1.488.144 manat dəyərində “xxxx” QSC BOKT tərəfindən xxxx” ASC-yə təhvil verilməsi həyata keçirilmişdir.
28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 345-ci məhəllə, Tolstoy və H.Aslanov küçələrinin kəsişməsi ünvanında yerləşən torpaq sahəsi 49 il müddətinə icarə müqaviləsinə əsasən cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmişdir.
29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən torpaq sahəsi cavabdeh2 ASC-nin xüsusi mülkiyyətindədir.
30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 5 175, 179 ünvanında yerləşən torpaq sahəsi cavabdeh2 ASC-nin xüsusi mülkiyyətindədir.
31. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzimovla cavabdeh2 ASC arasında ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə ayrılmış torpaq sahəsinə **** nömrəli icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarə əsasında sahəsi 3354,9 kv.m. olan torpaq sahəsi 49 il müddətinə cavabdeh2 ASC-nin istifadəsinə verilmişdir.
32. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 14 məhəllə ünvanında yerləşən torpaq sahəsi cavabdeh2 ASC-nin xeyrinə yüklü edilmişdir.
33. Bakı şəhəri İcra Hakimiyyəti ilə cavabdeh2 ASC arasında bağlanmış 0# ######## 2019-cu il tarixli **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu. Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 404 kv.m torpaq sahəsi 49 il müddətinə sonuncuya icarəyə verilmişdir.
34. Bakı şəhəri İcra Hakimiyyəti ilə cavabdeh2 ASC arasında bağlanmış 0# ######## 2019-cu il tarixli **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu. Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 3354,9 kv.m torpaq sahəsi 49 il müddətinə sonuncuya icarəyə verilmişdir.
35. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ## ###### 2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, qeyd edilən ünvan ilə bağlı Baş İdarə tərəfindən söküntü və ya tikinti işlərinə icazə verilməmişdir.
36. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin ##.##.2019-cu il tarixli məktubuna əsasən müəyyən olunur ki, Şəhərsalma və Tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq yeni tikinti obyektinin inşası üçün onun tikinti sahəsində mövcud digər tikinti obyektinin sökülməsi nəzərdə tutulduğu hallarda, sökülmə yalnız tikinti obyektinin inşası ilə bağlı tikintiyə icazə alındıqdan sonra həyata keçirilə bilər. Belə icazə alınanadək mövcud tikinti obyektinin sökülməsini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmış layihə sənədləri əsasında yalız sökülmə ilə bağlı ayrıca tikintiyə icazə alındıqdan sonra həyata keçirilməsini məqsədəuyğun hesab edir.
37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, arxiv qovluğunda aşkar edilən 2013-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”nda mühəndis tərəfindən qeyri-yaşayış sahəsinin 4 mərtəbəli binanın zirzəmisində yerləşməsi və anbar kimi istifadə olunması göstərilmişdir. ##.##.2022-ci il tarixli, 2210051505QJ70401 qeydiyyat nömrəli arayış haqqında məlumat arxiv əsaslarında aşkar edilməmişdir.
38. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyətindədir.
39. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış ##.##.2013-cü il tarixli, **** nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 13 ünvanında yerləşən 105 kv.m. qeyri-yaşayış sahəsini 3885 manata X4.
40. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli ** nömrəli biznes və yaşayış binasının layihələndirilməsi haqqında sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin ##.##.2005-ci il tarixli, **-**/*** saylı, Xüsusi Dövlət Mühafizə Xidmətinin ##.##.2005-ci il tarixli, **** saylı rəyi, Mədəniyyət və Turizm Nazirliyinin ##.##.2006-cı il tarixli, 29/09 sayı razılıq məktubları, cavabdeh1 MMC-nin ##.##.2005-ci il tarixli, ** saylı müraciəti, İqtisadi İnkişaf Nazirliyinin ##.##.2005-ci il tarixli, 006233;006234; ****** saylı şəhadətnamələri, “Azərdövlətlayihə” institutunun ##.##.2005-ci il tarixli, ***-***A/** saylı rəyi nəzərə alınaraq, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə özəlləşdirilmiş 2628,1 kv.m. torpaq sahəsində biznes və yaşayış binasının tikintisinin layihələndirilməsinə həmin cəmiyyətə icazə verilmişdir.
41. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2007-ci il tarixli *** nömrəli Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.2006-cı il tarixli, ** saylı sərəncamına əlavələr edilməsi haqqında sərəncamına əsasən cavabdeh1 MMC-nin ##.##.2007-ci il tarixli, ***/**/CD saylı məktubunu nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli, ** saylı sərəncamında “2628,1 ha” ifadəsi “0,3758 ha” kimi oxunmalı, cavabdeh1 MMC-yə qeyri-yaşayış tikililərinin tutduğu 0,0404 ha torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarə müqaviləsi bağlanması tapşırılmalıdır.
42. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2019-cu il tarixli *** nömrəli Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı Sərəncamlarının addan ada keçirilməsi haqqında sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə biznes və yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının cavabdeh1 MMC-yə dair ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı Sərəncamları, ***** saylı İnşaat Pasportu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adına keçirilməsi və aparılmış sənədləşmə işlərinin həmin cəmiyyətə aid edilməsi qərara alınmışdır.
43. Azərbaycan Respuvlikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən cavabdeh2 ASC-yə ünvanlanmış ## ######## 2019-cu il tarixli ##/## **** nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən sökülməsi nəzərdə tutulan 3 ədəd yarımçıq inşa edilmiş yaşayış binalarına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir.
44. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X18 X24 Ekspertiza Baş İdarəsinin ##.##.2019-cu il tarixli, ***** nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 11 mərtəbəli yaşayış binalarının söküntüsü barədə rəyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 11 mərtəbəli yaşayış binalarının söküntüsü” üzrə, 1991-ci ilin bazis qiymətləri ilə lokal smeta üzrə cəmi – 14113 min manat, o cümlədən TQİ – 14113 min manat, o cümlədən TQİ – 14113 min manat dəyərində olan tikinti layihəsi razılaşdırılır.
45. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubuna əsasən müəyyən olunur ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ünvan 13 ünvanında yerləşən 008011000587-05101-****** reyestr nömrəli qeyri-yaşayış sahəsinin yerləşdiyi bina faktiki olaraq sökülmüşdür.
46. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025ci il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsi (sənəd üzrə qeyri-yaşayış sahəsi 105 kv.m.) iddiaçının şifahi məlumatına əsasən göstərilən faktiki ümumi ərazi daxilində yerləşib (torpaq sahəsində söküntü işləri aparıldığından sərhədlərini dəqiq bilmir) və hazırda ümumi torpaq sahəsi üzərində digər şəxslər (ASB ASC) tərəfindən yeni inşa olunmuş 5 mərtəbəli + mansardlı, zirzəmili tikililər və transformator daş tikilisi mövcuddur. Qeyri-yaşayış sahəsinin arxiv texniki pasportunda qeyd olunan perimetrik ölçülər və istinad planında qeyd olunmuş küçə adlarına əsasən koordinatlar əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi 008011005125 reyestr nömrəsi ilə cavabdeh2 ASCnin adına icarə hüququ üzrə dövlət qeydiyyatından keçmiş 0,3759 ha torpaq sahəsi ilə üst-üstə düşür. Hazırda torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binalarının inşası aparılır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi 008011005125 reyestr nömrəsi ilə cavabdeh2 ASC-nin adına icarə hüququ üzrə dövlət qeydiyyatından keçmiş 0,3759 ha torpaq sahəsi ilə üst-üstə düşür. Hazırda torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binalarının inşası aparılır.
47. cavabdeh2 ASC ilə “xxxx” MMC arasında bağlanmış birgə layihənin icrasına dair ##.##.2023-cü il tarixli, **/BL/**** nömrəli razılaşmaya əsasən müəyyən olunur ki, tərəflər “xxxx” ASC-nin icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən, sahəsi 0,0404 ha və 0,33549 ha olan torpaq sahələrinin və “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən və sahəsi 0,0052 ha və 0,2576 ha olan torpaq sahələrinin üzərində birmərtəbəli zirzəmiyə malik və birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olan və ümumi sahəsi 18077,7 kv.m. olan 5+ mansard mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı birgə layihə icra etmək niyyətindədirlər. Birgə layihənin həcm-planlaşdırma və funksional həllini əsaslandıran şəhərsalma sənədi hazırlanmış və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət qurumları tərəfindən təsdiq olunmuşdur. Tərəflər Birgə layihənin icrası ilə əlaqədar gələcəkdə sərmayənin qoyulmasını, tikinti ilə əlaqədar işlər üzrə vəzifə bölgüsünü müəyyən edilməsini, “xxxx” ASC-nin və Cəmiyyətin iştirakı ilə Mənzil-Tikinti Kooperativinin yaradılmasını nəzərdə tuturlar.
48. cavabdeh2 ASC, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK arasında bağlanmış birgə layihənin icrasına dair **/BL/**** nömrəli ##.##.2023-cü il tarixli razılaşmaya ##.##.2024-cü il tarixli * nömrəli əlavə razılaşmaya əsasən müəyyən olunur ki, tərəflər arasında imzalanmış ## #### 2023 -cü il tarixli **/BL/**** nömrəli “Birgə layihənin icrasına dair” razılaşmaya əsasən Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə, ünvan 7 ünvanında yerləşən torpaq sahələrində “5+mansard” mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı razılıq əldə olunmuşdur. Birgə layihənin icrası ilə əlaqədar “xxxx” ASC və Cəmiyyətin iştirakı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK yaradılmışdır. Tərəflər arasında imzalanmış ## ### 2024-cü il tarixli **/**** nömrəli razılaşmaya əsasən sözügedən tikinti işlərinin yerinə yetirilməsi, tikinti işinin başa çatdırılması MTK-ya həvalə olunmuşdur.
49. ## #### 2023-cü il tarixli birgə layihənin icrası barədə **/BL/**** nömrəli razılaşmaya dair ##.##.2024-cü il tarixli, ** nömrəli razılaşma protokoluna əsasən müəyyən olunur ki, tərəflər arasında imzalanmış ## #### 2023-cü il tarixli **/BL/**** nömrəli razılaşmanın 2.1-ci maddəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə, ünvan 7 ünvanında yerləşən torpaq sahələrində “5+ mansard” mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı birgə layihə üzrə tikinti üçün lazımi layihə sənədləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-ya təhvil verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə, ünvan 7 ünvanında yerləşən torpaq sahələrində “5+ mansard” mərtəbəli yaşayış binasının tikintisinin başlanılma tarixi kimi ## ### 2024-cü il təsdiq edilmişdir.
50. Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı ## #### 2005-ci il tarixli ****/*** nömrəli məktubdan görünür ki, Nəsimi rayonu, 345-ci məhəllə, Tolstoy, H.Aslanov, R.Rza və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki ərazidə mövcud yaşayış sahələrinin sakinlərini qüvvədə olan müvafiq qanunlar əsasında qarşılıqlı razılaşma yolu ilə cavabdeh1 MMC-nin şəxsi vəsaiti hesabına köçürməklə, həmin ərazidən keçən mövcud kommunikasiya və enerji xətlərinin layihə gücündən artıq yüklənməməsi şərti ilə, bu sahədən gələcəkdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindənbaşqa məqsədlər üçün istifadəsi nəzərdə tutulmamışdırsa, qaldırılan məsələni Bakı şəhərinin Baş Planına uyğun olmaqla səlahiyyətləti daxilində baxılmasına etiraz etməmişdir.
51. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin başçısına ünvanlanmış ##.##.2006-cı il tarixli məktubuna əsasən müəyyən olunur ki, “Qızıl Şərq” mətbəəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Azərbaycan Dövlət Baş Layihə İnstitutunun (Azərdövlətlayihə) ## ### 2005-ci il tarixli Aktına əsasən sökülmüşdür. Faktla bağlı Mədəniyyət Nazirliyi tərəfindən vaxtilə akt və protokol tərtib olunmuş cavabdeh1 təşkilatı cərimələnmiş və aidiyyəti orqanlara məktublar göndərilmişdir. ünvan 2 ünvanında yerləşən “Qızıl Şərq” mətbəəsinin Mədəniyyət və Turizm Nazirliyi yaradılmasından öncə söküldüyünü nəzərə alaraq ərazidə Bakı şəhərinin memarlıq üslubuna uyğun binanın inşa olunmasına etiraz etmirlər.
52. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış ##.##.2006-cı il tarixli məktubdan görünür ki, “Qızıl Şərq” mətbəəsinin yerləşdiyi, ##.##.2005-ci il tarixli, ****** saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən cavabdeh1 MMC-yə məxsus H.Aslanov küçəsi 80 ünvanında yerləşən bina və ona bitişik digər tikililər mülkiyyətçiləri tərəfindən tamamilə sökülmüşdür.
53. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin kəsişməsi, 345-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi “xxxx” QSC BOKT-nin xeyrinə yüklü edilmişdir.
54. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən torpaq sahəsi “xxxx” QSC BOKT-nin xüsusi mülkiyyətindədir.
55. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli qərardadına əsasən * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## #### 2017-ci il tarixli qətnaməsinin icra üsulunu dəyişdirərək, borclu cavabdeh1 MMC-dən cəmi 54284832,52 manat və 20405843,10 ABŞ dolları məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” ASC BOKT-nin xeyrinə tutulması, borc tələbinin cavabdeh1 MMC-yə məxsus Bakı ş., Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı, 345-ci məhəllədə 0,6387 ha torpaq sahəsi üzərində yerləşən bazar dəyəri 36055760 manat olan yaşayış kompleksinə, “Toyota Camry minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, ünvan 4 ünvanında yerləşən 0,2576 ha torpaq sahəsinə, ünvan 4 ünvanında yerləşən 52,4 kv.m. torpaq sahəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzilinə, Nəsimi rayonu, Mərdanov qardşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzilinə, Bakı şəhəri, Nəsimi rayonu, M.Tolstoy və H.Aslanov küçələrinin kəsişməsindəki *** saylı məhəllədə ayrılmış 3354,9 kv.m. torpaq sahəsi üzərində icarə hüququna və cavabdeh1 MMC-nin mülkiyyətində olan digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, yuxarıda qeyd edilən əmlaklar üzərində cavabdeh1 MMC-nin mülkiyyət və icarə hüquqlarına xitam verilməsi və “xxxx” ASC BOKT-nin həmin əmlaklar üzərində mülkiyyət və icarə hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə “xxxx” ASC BOKT-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi və icarəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda göstərilən əmlakların dəyəri borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin borclu cavabdeh1 MMC-dən tutulması qərara alınmışdır.
56. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovla cavabdeh1 MMC arasında ##.##.2007-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin kəsişməsindəki *** saylı məhəllədə ayrılmış torpaq sahəsinə **** nömrəli icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarə əsasında sahəsi 3354,9 kv.m. olan torpaq sahəsi 49 il müddətinə cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir.
57. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının ##.##.2007-ci il tarixli, *** nömrəli sərəncamına əsasən cavabdeh1 MMC-nin ##.##.2007-ci il tarixli, ***/**/CD saylı məktubunu nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2007-ci il tarixli, *** saylı sərəncamında “0,3758 ha” ifadəsi “6387 kv.m.” kimi oxunmalı, cavabdeh1 MMCyə tapşırılmalıdır ki, 2629 kv.m. torpaq sahəsinə mövcud qanunvericiliyə uyğun olaraq icarə müqaviləsinin bağlanmasını təmin edilməsi, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, sifarişçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdır.
58. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri barədə ( mart 2006-mart 2008) aktdan görünür ki, ## #### 2006-cı il tarixli ***/** saylı müqaviləyə əsasən L.Tolstoy və H.Aslanov küçələri arasındakı 345-ci məhəllədə tikinti-quraşdırma işləri sifarişçi cavabdeh1 MMC tərəfindən podratçı “Xəzər” Gənclərin Elmi-X19 həvalə olunaraq icra olunmuşdur.
59. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubuna əsasən “Elektron notariat” informasiya sistemində saxlanılan məlumata əsasən X3 ilə cavabdeh1 MMC arasında respublikanın notariat ofislərində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır.
60. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, QT-**** nömrəli hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında 105 kv.m. olan qeyriyaşayış sahəsinin hazırki dövrə 1 kv.m. dəyəri 11078 manat, bazar dəyəri 1163000 manat müəyyən edilmişdir.
61. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir.
62. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
64. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
65. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
66. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
67. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
68. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
69. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
70. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
71. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
72. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
73. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
74. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
75. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqularının və X13 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında» ## #### 2006-cı il tarixli * saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir.
76. «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasına * saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərində nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz.
77. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli qeyriyaşayış sahəsi iddiaçının mərhum atasına məxsus olmuş, ##.##.2013-cü il tarixdə həmin əmlaka dair dövlət qeydiyyatı aparılmışdır. X4 ##.##.2021-ci il tarixdə vəfat etməsindən sonra iddiaçı həmin əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüququ əldə etmiş və ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İş materialları və tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsi faktiki olaraq sökülmüşdür və hazırda mövcud deyildir. Eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla iddiaçıya verilmiş çıxarışın hüquqi qüvvədə olduğu təsdiq edilmişdir. Bu səbəbdən iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində əmlakın naturada verilməsi mümkün olmadığından cavabdehlər “xxxx” ASC və cavabdeh1 MMC tərəfindən onun payına mütənasib kompensasiyanın verilməsini tələb edir. Cavabdehlərdən “xxxx” ASC mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Prezidentinin 0# ###### 2017-ci il tarixli **** nömrəli Fərmanına əsasən “xxxx” QSC BOKT-un “xxxx” ASC-dən aldığı problemli kreditlərin əvəzində əldə etdiyini, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin onların sahibliyinə verildiyi zaman artıq sökülmüş olduğunu bildirərək iddia tələbinin əsassız olduğundan rədd olunmasını tələb edir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, digər cavabdeh cavabdeh1 MMC-yə ##.##.2006-cı il tarixli ** nömrəli Bakı şəhər İcra Hakimiyyəti Başçısının biznes və yaşayış binasının layihələndirilməsi haqqında sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə özəlləşdirilmiş 2628,1 kv.m torpaq sahəsində biznes və yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. İş üzrə təyin edilmiş ekspertiza rəyindən görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi ilə həmin sərəncam əsasında cavabdeh1 MMC-nin icarəsinə verilmiş, sonradan isə cavabdeh2 ASC-nin sahibliyinə keçmiş Bakı şəhəri, ünvan 15 məhəllə ünvanında yerləşən torpaq sahəsi üst-üstə düşür.
78. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericiliyin yuxarıdakı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ istər yerli, istərsə də, beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər. Qanunla müəyyən edilmiş istisnalardan başqa, hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi isə yalnız mülkiyyətçinin razılığı və iradəsi ilə mümkün ola bilər.
79. Göründüyü kimi işin mübahisəsiz halıdır ki, iddiaçıya qanun üzrə vərəsəlik hüququ üzrə məxsus olan qeyri-yaşayış sahəsi sökülmüşdür.
80. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh cavabdeh2 ASC-nin həmin əmlakın sökülməsində iştirak etməsi və ya söküntüyə görə məsuliyyət daşıması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə həmin cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan görünür ki, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi mübahisəli ərazi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən onların mülkiyyətinə keçmiş və həmin vaxt iddiaçıya məxsus qeyri-yaşayış sahəsi artıq mövcud olmamışdır. Belə olan halda cavabdeh cavabdeh2 ASC-yə qarşı hazırki iddia tələbi təmin edilə bilməz.
81. Digər tərəfdən iş materiallarından görünür ki, mübahisəli ərazidə söküntü-tikinti işlərinin aparılması Bakı şəhəri İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən cavabdeh1 MMC-yə həvalə edilmişdir. Eyni zamanda, iş üzrə təyin edilmiş ekspertiza rəyi və digər sübutlarla təsdiq edilir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi məhz həmin sərəncam əsasında söküntü və tikinti işlərinin aparıldığı ərazi ilə üst-üstə düşür. İş materiallarında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin mövcud olduğu və sonradan söküldüyü müəyyən edilsə də, həmin söküntüyə görə mərhum mülkiyyətçiyə kompensasiya ödənilməsi faktı təsdiq olunmamışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun pozulması nəticəsində vurulmuş zərər onu törədən şəxs tərəfindən ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə söküntü işlərinin cavabdeh cavabdeh1 MMC-yə həvalə edilməsi, mübahisəli əmlakın həmin ərazidə yerləşməsi və kompensasiyanın ödənilməsinin sübuta yetirilməməsi müəyyən edildiyindən iddia qismən təmin olunaraq, cavabdeh cavabdeh1 MMC-dən 387730 manat məbləğində pul və ödənilmiş 678 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, mübahisəli əmlakın söküldüyü dəqiq tarix iş materialları ilə müəyyən edilmədiyindən, vurulmuş zərərin məbləği əmlakın hazırki bazar qiymətləri əsasında, yəni 387730 manat məbləğində qiymətləndirilməsi məqsədəmüvafiqdir.
82. Habelə, iddiaçı tərəfindən artıq ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
83. Həmçinin iddia qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 manat məbləğində pul cavabdeh cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
84. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
85. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh1 MMC-dən 387730 manat məbləğində pul və ödənilmiş 678 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul cavabdeh cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501, X22, Kod 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41NABZO1360100000003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Artıq ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil