Məhkəmə qərarları › İş №2(004)-162/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-162/2023

09.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-162/2023 09.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, cavabdeh X6 cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı1 cavabdeh X9 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X9 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 birgə iddiaçılara məxsus ünvan 1 ünvanında yerləşən, 119 saylı mənzildən çıxarılması, həmin mənzilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 119 saylı mənzil birgə iddiaçıların paylı mülkiyyətindədir. Həmin mənzil üzərində birgə iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 784 nömrəli reyestr kitabının 73186 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, birgə İddiaçı1 cavabdehlərdən X13 ilə 2013-cii ildə nikaha daxil olmuş, onların nikahına 2016-ci ildə məhkəmənin qətnaməsi əsasında xitam verilmişdir. Cavabdeh X13 2015-ci ildə mübahisəli mənzilə daimi qeydiyyata alınmışdır. Bir müddət sonra birgə iddiaçı ilə cavabdehin arasında münasibət kəskinləşmiş, nikahlarına xitam verilmişdir. Nikaha xitam veriləndən sonra cavabdehə mənzili tərk etmək barədə dələlərlə xəbərdarlıq edilsə də, cavabdeh mənzili tərk etməmiş, bundan imtina etmişdir. Cavabdehin mənzili tərk etmək tələblərini yerinə yetirməməsi isə birgə iddiaçıların həmin mənzil üzərində hüquqlarını pozur. Daha sonra cavabdeh X3 Fariz Feyruz oğluna və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 və X7 ünvan 1 ünvanında yerləşən 119 saylı mənzildən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq cavabdeh X9 qarşı iddiasından imtina etdiyini nəzərərə alaraq mülki işin icratına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-162/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X9 qarşı mənzildən çıxarılma tələbinə dair 2(004)- 162/2023 nömrəli mülki iş üzrə icraata İddiaçı2 münasibətdə (hissəvi) xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, İddiaçı1 uzun illərdir ki görmür. İddiaçı1 xəstə övladı X17 ilə ünsiyyətdə olmamış, müalicələrində mənəvi və maddi iştirak və kömək etməmiş, bununla bağlı bu müddət ərizində heç bir addım atmamışdır. Hal-hazırda İddiaçı1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Y/Yasamal-2 küçəsi, 6 saylı evin, 119 saylı mənzilində övladı X17 birgə daimi yaşayır. Qeyd etmək istəyir ki, sözügedən mənzil paylı mülkiyyətdə olmaqla, ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 məxsusdur və 2 otaqlı mənzildir. O, sözügedən mənzilə 2015-ci ildən rəsmi qaydada daimi qeydiyyata düşmüş, mənzilin bir otağında isə uzun müddət İddiaçı1 ilə birlikdə yaşamışdır. Lakin İddiaçı1 mübahisəli mənzildə uzun illərdir ki, yaşamır. Mənzilin bütün kommunal xərclərini və təmir xərclərini özü ödəyir. Onun başqa sığınacaq yeri yoxdur. Tərəfindən qaz və işığa dair ödəniş qəbzlər, qaz və işıq sayğaclarının sistemindən çıxarış sübut kimi məhkəməyə təqdim olunmuşdur. Təqdim edəcəyi sübutlardan görünür ki, o, mənzilin yararlı vəziyyətdə olmasına və yaxşılaşdırılmasına görə daima səy göstərmiş, bunun da nəticəsində maddi və mənəvi cəhətdən əziyyət çəkmişdir. Onun heç bir yerdə yaşamağa yeri və maddi imkanı yoxdur. Qeyd edir ki, həmin mənzil yararsız vəziyyətdə olduğundan o, həmin mənzili tam təmir olunmasına kifayət qədər çoxlu pul xərcləmişdir. Bunu qonşular və təmir edən ustalar da təsdiq edə bilər. Həmin mənzilin təmirini azyaşlı, xəstə və fəaliyyət qabliyyəti olmayan oğlunun sağlamlığı naminə etmişdir. İndiyə kimi həmin borcları qaytara bilməmişdir. Bildirmək istərdi ki, ata X20 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində rəhmətə getmişdir. Anası X1 RPİ-nin inzibati binasında qeydiyyatdadır. Onun evi yoxdur. Onun və xəstə övladının getməyə yaxın qohumlarınn da evi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 İddiaçı1 ilə cavabdeh 17 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 05 yanvar 2014cü il təvəllüdlü X17 anadan olmuşdur. Hazırda İddiaçı1 ilə ailə münasibətlərimiz rəsmi qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(004)- 1573/2018 saylı Qətnaməsinə əsasən ləğv edilmişdir. Cavabdeh X13 İddiaçı1 məxsus mənzilə 2015-ci ildən rəsmi qaydada daimi qeydiyyata düşmüşdür. Hal-hazırda İddiaçı1 1/2 hissədə məxsus Bakı şəhəri, Yasamal rayonu, Y/Yasamal-2 küçəsi, 6 saylı evin, 119 saylı mənzilində övladı X17 birgə daimi yaşayır. Sözügedən mənzil paylı mülkiyyətdə olmaqla, ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 məxsusdur və 2 otaqlı mənzildir. Cavabdeh sözügedən mənzilin bir otağında uzun müddət İddiaçı1 ilə birlikdə yaşamışdır. Qeyd olunanlarla yanaşı məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, X17 ümumi nitq və əqli inkişafın ləngiməsi diaqnozu ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 13 nömrəli Uşaq Poliknikasının psixiatr kabinetində ambulator müayinə keçir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi-tədqiqat travmatlogiya və ortopedia institutunun arayışından görünür ki, X11 hər iki diz oynaqlarının deformasiyası (valquz) diaqnozu qoyulmuşdur. Bildirmək istərdi ki, X17 Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X28 Emi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qeydiyyatdadır. Eyni zamanda bildirmək istərdi ki, X5 tərəfli qasıq-xayalıq yırtığından əziyyət çəkir və Uroloji Mərkəzdə qeydiyyatdadır. X29 Mərkəzinin müayinə kağızından görünür ki, başında epilepyik ocaq vardır. Bununla bağlı müxtəlif vaxtlarda cavabdeh övladını xəstəxanalara və həkimlərə aparır və müəyyən ambulator müalicələr almaqda davam edir. Mülki iş üzrə iddiaçı uşağın öz doğma atası olmağına baxmayaraq öz övladına qayğı göstərməməklə yanaşı cavabdehi və övladını yeganə yaşayış yeri olan sözügedən mənzildən çıxartmaqla onları daha acınacaqlı vəziyyətə salır. Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Bəhram Bəhramovun 08 dekabr 2016-cı il tarixli “materialın ərazi aidiyyatı üzrə göndərilməsi” barədə Qərarın surətindən görünür ki, vətəndaş İddiaçı1 izahatında Cavabdeh izahatına uyğun izahat verərək, özünə aid olan hissəsini təsdiqləmiş, 12 oktyabr 2016-cı il tarixdə övladları X12 döyərək xəsarət yetirmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı1 qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin İddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən RX ******* seriya nömrəli çıxarşıdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 119 saylı mənzil İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. AR DİN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 119 saylı mənzil İddiaçı1 mülkiyyətindədir və X14, X8, X15, X17, və X13 həmin mənhzildə qeydiyyatdadır. AR DİN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X13 xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında yerləşən, 119 saylı mənzildə qeydiyyatdadır. AR ƏƏSMN 1 saylı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 ƏƏSMN-inn mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək müqaviləsi bildirişi altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir. AZ-İ 349806 seriyalı nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh aarsında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Qadına Məmmədova soyadı verilmişdir. AR Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, X11 hər iki diz oynaqlarının deformasiyası (valquz) diaqnozu qoyulmuşdur. AR Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsi 1 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X11 ümumi nitq və əqli inkişafın ləngiməsi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin maddənin 4-cü bəndinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin maddənin 6-cı bəndinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 222-ci maddəsinə sasən Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən, 119 saylı mənzil ümumi birgə mülkiyyətdə olmaqla İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. Cavabdeh xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında yerləşən, 119 saylı mənzildə qeydiyyatda olmaqla həmin mənzilin bir otağında yetkinlik yaşına çatmayan övladı X17 ilə birlikdə oradan yaşamaqdadır. Cavabdeh qeyd edilən mənzildə yaşamaqla həmin mənzilə sahiblik edir. Məhkəmə hesab edir ki,mübahisə predmeti olan mənzil birgə mülkiyyətdədir və iddiaçı mənzilin naturada bölünməsi, həmçinin cavabdehin mənzilin məhz onun mülkiyyətinə aid hissəsində yaşaması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər mülkiyyətçi isə cavabdehə qarşı iddiasından imtina etmiş və onun mənzildən çıxarılması ilə bağlı iddia tələbi irəli sürməmişdir. Qanunvericiliyin tələblərinə görə birgə mülkiyyətçilər ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. İş materiallarından da göründüyü kimi, mənzil ümumi birgə mülkiyyətdədir və naturada bölünməmişdir, mənzilin hansı sahəsinin kimə aid olması müəyyənləşdirilməmişdir. Mənzilin digər mülkiyyətçisi isə cavabdehin mənzilədn çıxarılması ilə bağlı iddia tələbi irəli sürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdeh X9 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar