Məhkəmə qərarları › İş №2(004)-1622/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1622/2021

24.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1622/2021 24.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxx 2013-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat alimentin müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci il sentyabr ayının 12-də nikaha daxil olmuşlar. Yasamal Rayon Məhkəməsinin 2(004)-7269/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx xxxxx 2013-cü il təvəllüdlü X6 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 160 manat ümumilikdə 320 manat məbləğində və azyaşlının 3 yaşı tamam olana qədər saxlanması üçün 50 manat məbləğində pulun Cavabdeh tutulması qət edilmişdir. Həmin vaxtdan bu günə qədər olan müddətdə azyaşlı uşaqları onunla yaşayırlar, onun himayəsindədirlər, onların maddi təminatını o tək həyata keçirir, Cavabdeh uşaqların saxlanması üçün qət edilmiş aliment məbləğindən əlavə ona hər hansı məbləğdə maddi köməklik eləmir. Cavabdeh hal hazırda polis orqanlarında işləyir və yüksək məbləğdə əməkhaqqı alır. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasını mümkün hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 191.3, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra aravada Abasova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-7269/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxx 2013-cü il təvəllüdlü X6 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 160 manat ümumilikdə 320 manat məbləğində və azyaşlının 3 yaşı tamam olana qədər saxlanması üçün 50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ 086060 saylı Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-İV 202807 saylı 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixli, 2(004)- 7269/2019 saylı qətnaməsindən görünür ki, xx xxxxx 2013-cü il təvəllüdlü X6 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X1 üçün hər uşağa görə 160 manat ümumilikdə 320 manat məbləğində və azyaşlının 3 yaşı tamam olana qədər saxlanması üçün 50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Lakin həmin aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı etiraf etmiş, alimentin artırılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx xxxxx 2013-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx xxxxx 2013-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx xxxxx 2013-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx xxxxx 2013-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar