Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1622/2023 03.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün təyin olunmuş alimentin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2005-ci ildə nikaha daxil olmuş və birgə nikahdan Həsrətova Fatimə və Həsrətov Məmməd dünyaya gəlmişdir.2015-ci ildə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv olunmuş və həmin dövrdən cavabdeh aliment ödəyir. Hal-hazırda hər uşaq üçün ayda 160 manat olmaqla aliment ödəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, məhkəmədən alimentin artırılmasını istəyir. Hal-hazırda hər uşaq üçün 160 manat aliment alır. Cavabdehin əlavə evi var və həmin evi kirayə verir. Həmçinin rəsmi və ya qeyri-rəsmi olduğunu dəqiq bilməsə də iş yeri də var, hansı ki, evlərin təmiri ilə məşğuldur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1551/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1997/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, 320 sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-1551/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1997/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, 320 sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin göstərilən tələblərinə əsasən alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. Belə ki, əvvəllər qəbul edilmiş məhkəmə qətnamələrindən sonra hər hansı maddi dəyişiklik olmamışdır, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən iddiaçı işləyir, cavabdehin hal-hazırda işləyib işləməməsi barədə məlumat yoxdur. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən iddiaçı barədə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsində müəllim vəzifəsində işləməklə 476 manat əmək haqqı alır. Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdeh barədə əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh adına qeydiyyata alınmış əmək müqaviləsi mövcud deyildir. İddiaçı isə məhkəməyə cavabdehin işləməsini, gəlir əldə etməsini təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. Uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də iddiaçının vəzifəsi olması, iddiaçının işləməsini, cavabdehin isə hazırda işləyib işləməsi barədə məlumatın olmamasını, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmamasını və yuxarıda qeyd olunan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsi üzrə qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, 400 (dörd yüz) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1622/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1622/2023
03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver