Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1623/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə Cavabdeh qarşı “pul”tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 360000 manat pulun tutularaq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi və vəkili X9 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabeh Cavabdeh 240000 manat pulun tutularaq İddiaçı-yə ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. İddiaçı-nin nümayəndəsi və vəkili X9 izahatında bildirir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 443 saylı sərancamı ilə Bakı şəhəri. Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksəkmərtəbəli binaların tikintisi ilə məşğul olur. Cavabdeh sahibkar şəxs olaraq təqdim edilmişdir. Bir sıra maraqlı biznes təklifləri irəli sürdü. Həmçinin bildiridi ki, hal-hazırda ona bir neçə mənzil təcili olaraq lazımdır. Çünki kimlərəsə borcu var idi. Əvəzində isə onlarla əməkdaşlıq edəcəyini və tikintiyə lazım olan, tikinti materialları ilə onları, ucuz və keyfiyyətli şəkildə, mütəmadi olaraq təmin edəcəyinə söz verdi. Bununla da cavabdeh, onların etimadını və etibarını qazandı.Aralarında olan razılaşmaya görə, tikilən binadan, hər kvadrat metri 1500 (min beş yüz) manat olmaqla, cavabdehin təqdim etdiyi şəxslərin adına ümumilikdə 240 kv.m sahəsi olan 3 ədəd mənzilə dair müqavilə bağlanıldı. Həmçinin belə razılığa gəlindi ki, həmin şəxslər heç bir ödəniş etməyəcəklər. Qeyd olunan mənzillərin ödənişini cavabdeh öz üzərinə götürdü. Bütün bu qeyd olunanlara əsasən, İddiaçı ilə X8 və X7 arasında xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilə bağlandı və onlara mənzillərin pay haqqının ödənilməsi barədə maliyyə arayışı da verildi.Həmçinin bu müqavilələrin təminatı kimi cavabdehlə onlar arasında xx.xx.2019-cu il tarixli müqavilə də bağlandı. Həmin bu müqavilənin predmetinə görə Cavabdeh X2 və X3 adına verilmiş müqavilələrdəki mənzillərin dəyərini ödəməyi üzərinə öhdəlik kimi götürdü.İddiaçı ilə X8 arasında xx.xx.2020-ci il tarixli razılaşma əldə olunduğundan tələbi azaldaraq cavabdehdən iddiaçının xeyrinə 240000 manat məbləğində pul tutulmsını məhkəmədən xahiş edir. Cavabdeh xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edir ki, iddiaçı üzərinə düşən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyərək, iddia ərizəsinə əlavə edilmiş müqavilələrin ona heç birinin aidiyyəti olmayan halda, proyektdə olan bina heç kotlovandan hazır olmadığı halda bu günə müqavilələr üzrə 100000 manat vəsait pul iddiaçı tərəfindən mənimsənilərək, məhkəməyə iddia ərizəsi təqdim etməklə digər şəxslər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün bütün günahları onların üstünə atmaqla özünü məsuliyyətdən qurtarmağa çalışır. Onunla müqavilə bağlanarkən iddiaçı onu aldadaraq bildirmişdir ki, həmin müqaviləni öz şəriklərinə göstərməlidir, ona görə ki, onlar arasında məhkəmələrdə mübahisələr mövcuddur, öz aralarında inamsızlıq yarandığından qeyd edilən müqavilə onu xilas etməlidir. Məhkəmə yerli baxış keçirsə həqiqətən də məlum olacaq ki, heç bir tikinti başlanılmamışdır, sadəcə olaraq müqavilələr bağlanarkən şəxsləri aldadaraq tikilib hazır olan binanı göstərməklə həqiqətən də kotlavanda olan binada mənzilləri müqavilələrdə göstərilməklə nəzərə alınmamışdır ki, onların tərəfindən yuxarıda qeyd etdiyi kimi ilkin məbləğ hazır binalara verilmişdir. Bütün bunları nəzərə alaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş masteriallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən binanın tikintisi başa çatdıqdan sonra Cavabdeh X2 adına verilmiş xx xxxxx 2019cu il tarixli müqaviləyə əsasən C blokunun 24-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 80 m2 olan 150 saylı yaşayış sahəsinin və X3 adına verilmiş 21-ci mərtəbədə yerləşən və ümumi sahəsi 80 m2 olan 128 saylı yaşayış sahəsinin, yəni ümumilikdə 240 m2 yaşayış sahəsinin dəyərinin ödənişlərini öz öhdəsinə götürmüşdür. İş masteriallarında olan cavabdeh X7 ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2019cu il tarixli müqavilələrə əsasənİddiaçı Cavabdeh Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən binanın tikintisi başa çatdıqdan sonra E blokunun 20-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 80 m2 olan 120 saylı yaşayış sahəsinin, o cümlədən 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 80 m2 təşkil edən 128 saylı yaşayış sahəsinin X5 verməyi, X7 isə yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən xx xxxxx 2019-cu il arixdə tərətib edilmiş maliyyə arayışına əsasən Bakı şəhəri, Xocalı prospekti, 1181-ci məhəllədə inşa edilən E blokunun 20 və 21-ci mərtəbələrində yerləşən və ümumi sahəsi 80 m2 olan yaşayış sahələri X5 məxsusdur və mənzilin dəyəri tam ödənilmişdir. İşin mübahisləndirilən halı odur ki, iddiaçı cavabdehdən 240 min manat məbləğində pul tələb edir. İddiaçı sübut qismində məhkəməyə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqaviləni, iddiaçı ilə X8 və X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələri və mənzillərin pay haqqının ödənilməsi barədə maliyyə arayışını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı pul tələbinin əsaslı olmasını sübuta yetirə bilmir. Çünki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqavilənin 3-cü bəndində qeyd edilir ki, 216 min məbləğində vəsait tam olaraq Kooperativin hesabına və yaxud kassasına nağd pulla ödənildikdən sonra yaşayış sahələrinin dəyəri ödənilmiş sayılır. Maliyyə arayışlarında isə yaşayış sahələrinin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı-nin Cavabdeh qarşı 240000 (iki yüz qırx min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1623/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1623/2020
31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver