Məhkəmə qərarları › İş №2(004)-1627/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1627/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1627/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 18 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(004)-6760/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, 18 iyul 2008-ci il təvəllüdlü X1 müalicəsi məqsədilə hər ay 500 (beş yüz) manat əlavə pulun və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 iyun 2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 18 iyul 2008-ci il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2011ci il tarixli, 2(004)-2210/2011 saylı qətnaməsi ilə aralarında 22 iyun 2007-ci ildə Quba rayon VVADQ şöbəsində qeydə alınmış rəsmi nikahları pozulmuş, rəsmi nikahlarından anadan olmuş 18 iyul 2008-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra onun himayəsində saxlanması və 18 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Müraciətindən sonra Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2637/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2011-ci il tarixli, 2(004)-2210/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 18 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. Yenidən etdiyi müraciət əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(004)-6760/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2637/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 18 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. Övladı 18 iyul 2008-ci il təvəllüdlü X2 halhazırda orta məktəbin 9-cu sinif şagirdidir. O, ali məktəbə hazırlaşmaq istəyir. Oxuyub gələcəkdə ali təhsilli bir şəxsiyyət kimi formalaşmaq istəyir. Bunun üçün əlavə repetitor hazırlığı tələb olunur. O, bir ana kimi övladının sağlam inkişaf etməsini, ali təhsil almasını istəyir. Lakin maddi imkanı buna imkan vermir. Onun tələbatı günü-gündən artır. Övladının məktəb, yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Qeyd etmişdir ki, işləmir və digər bir yerdən qazancı yoxdur. Həmçinin bildirmişdir ki, oğlu Əli “Hormonal (boyun inkişafından qalması)” xəstəliyindən əziyyət çəkir. Hər ay müalicəsinə 250-300 manat pul sərf edir. İşdən çıxdığına və maddi imkansızlığına görə müalicəni dayandırmışdır. Cavabdeh bir ata kimi oğlunun xəstəliyi ilə bağlı ona heç bir maddi yardım göstərmir. Aldığı aliment uşağın müalicəsinə və dava-dərmanına bəs etmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 220 manat müəyyən edilmişdir. Qeyd etmişdir ki, “Mediasiya haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesi zamanı o, dövlət rüsumunu ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, əvvəl bankda işləmiş, 15 avqust 2022-ci il tarixdən işsiz qalmış və bununla bağlı cavabdehə də bildirmişdir. 2022-ci ilin əvvəlindən uşağı müalicə elətdirir və müalicə xeyli xərc aparır. O, işlədiyi müddətdə uşağın müalicə xərcini özü ödəmiş, lakin işdən çıxandan sonra onun müalicəsini dayandırmışdır. Müalicə ərəfəsində cavabdeh yalnız bir dəfə 200 manat köməklik göstərmişdir. Uşaqda hormonal problem var, boyu çox geridə qalıb, hər üç aydan bir onu müalicə etmiş və ödənişi klinikaya etmişdir. Bildirmişdir ki, onun yeganə gəliri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(004)-6760/2019 saylı qətnaməsi ilə qət edilmiş 160 manat aliment puludur. Həmçinin bir otaqlı evdə qalır və ipoteka pulu ödəyir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), həmçinin bildiriş cavabdehə çatdırılması üçün Quba Rayon Hakimiyyətinə göndərilmiş, lakin o, həmin ünvanda yaşamadığından bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2011-ci il tarixli, 2(004)-2210/2011 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 22 iyun 2007-ci ildə Quba rayon VVADQ şöbəsində qeydə alınmış rəsmi nikahları pozulmuş, rəsmi nikahlarından anadan olmuş 18 iyul 2008-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra anası İddiaçı himayəsində saxlanması və 18 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində aliment təyin edilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-2637/2017 saylı qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2011-ci il tarixli, 2(004)-2210/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh 18 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(004)-6760/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 2637/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh 18 iyul 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(004)-6760/2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 (yüz altmış) manat aliment məbləğinin hazırki halda uşağın mənafeyinə uyğun hesab etmədiyindən və 2023cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edildiyindən, hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6760/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarı artırılaraq, 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddia tələbinin yetkinlik yaşına çatmayan 18 iyul 2008-ci il təvəllüdlü X1 müalicəsi məqsədilə hər ay 500 (beş yüz) manat əlavə pulun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən uşağın hansı müəssisələrdə, hansı dərmanlarla və hansı müddət ərzində müayinə və müalicə olunduğu, onun mütəmadi olaraq müailəcəyə ehtiyacının olması, müalicənin ildə necə dəfə aparılmalı olması və bir kurs müalicə üçün nə qədər xərc (vəsait) tələb olunması barədə məhkəməyə hər hansı bir sübutlar təqdim edilməmişdir. Bu hissədə məhkəmə iddianı təmin etməyərkən onu da nəzərə alır ki, hazırda respublika ərazisində müayinə və tibbi müalicələr icbari sığorta əsasında pulsuz həyata keirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(004)-6760/2019cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6760/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar