Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-163/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə Cavabdeh1, onun vəkili X4, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit borcunun tutulması barədə ilkin; qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı "xxxx" ASC ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit borcunun tutulması tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS- AAAF-RO saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 32241.80 manat əsas, 6341 manat faiz borcu olmaqla, cəmi 38582.80 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS- AAAF-RO nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, 38 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə hesablanmaqla, 38250 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank "xxxx" MMC ilə 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS-AAAF-RO nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh1nın kredit müqaviləsi üzrə banka borcu 32241.80 manat əsas, 6341 manat faiz borcu olmaqla, cəmi 38582.80 manat təşkil edir. Beləliklə, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. İşə məhkəmədə baxılan zaman ilkin iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMCdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 32241.80 manat əsas, 8669.58 manat faiz borcu olmaqla, cəmi 40911.38 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nə edilmiş və 01.10.2021ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə görə, iddia tələbinin həcminin dəyişdirilməsi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mümkün olsada, lakin bu qayda 01.10.2021-ci il tarixədək icraatı başlanılmış işlərə şamil edilmir. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı hazırki iddia ərizəsi ilə 17.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1321/2022 saylı, 28.01.2022-ci il tarixli (oxşar işlərlə bağlı) mülki iş üzrə mövqeyi nəzərə alınmışdır.). Qeyd olunanlara əsasən məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini mümkün saymışdır. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASCyə qarşı öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, 4-19-03-2015-YS- AAAF-RO nömrəli 19.03.2015-ci il tarixli Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş əsas borc 32241.80 (otuz iki min iki yüz qırx bir, 80 qəpik) manat məbləğində borcun təminat predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürülməklə əvəzləşdirilməsi; Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-nə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 4-19-03-2015-YS- AAAF-RO nömrəli 19.03.2015-ci il tarixli Zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin əsasını Cavabdeh1 4-19-03-2015-YS-AAAF-RO nömrəli 19.03.2015-ci il tarixli Təminatlı Kredit müqaviləsi (daxili ipoteka krediti üçün) üzrə illik 10% faiz dərəcəsi ilə 180 ay müddətinə verilmiş 38250 (otuz səkkiz min iki yüz əlli) manat kredit vəsaiti təşkil edir. Həmin kredit vəsaiti "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2015-ci il tarixli ABB YM-0190 nömrəli alqı-satqı müqaviləsi üzrə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzilin alınması üçün verilmişdir. 4-19-03- 2015-YS-AAAF-RO nömrəli 19.03.2015-ci il tarixli Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.1-ci bəndinə görə, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və 8-29-03-2015-YS-AAAF-RO nömrəli 29.03.2015-ci il tarixli Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir (bundan sonra “təminat üsulu” adlandırılacaq). Hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. 4-19-03-2015-YS-AAAF-RO nömrəli 19.03.2015-ci il tarixli Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.3-cü bəndinə görə, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 18.03.2015-ci il tarixli ABB YM-0190 nömrəli müqavilənin predmeti kimi Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra həmin əmlak ipoteka olaraq rəsmiləşdirməlidir. 4- 19-03-2015-YS-AAAF-RO nömrəli 19.03.2015-ci il tarixli Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 12.7-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda Borc verən Borc alandan kredit müqaviləsi üzrə təminat predmeti kimi çıxış edən 29.03.2015-ci il tarixli ABB YM-0220 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.8-cu bəndinə əsasən, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda Borc verən Borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 29.03.2015-ci il tarixli ABB YM-0220 nömrəli Mənzilin alqı-satqı müqaviləsinin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzili boşaldılmasını tələb edir, Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Şərh olunan müddəalardan göründüyü kimi kredit öhdəliyi vaxtında və lazımi qaydada icra olunmadıqda kredit vəsaitinin təminatı olan daşınmaz əmlak əldə olunur. Cavabdeh1 kredit öhdəliklərini icra etməməsi tələbin daşınmaz əmlaka yönəltmək üçün əsas yaranır. Həmin Müqavilənin (“Tərəflərin məsuliyyəti” məsuliyyəti bölməsi) 15.8ci bəndinə görə, Borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh1 və "xxxx" MMC arasında 18.04.2015-ci il tarixli ABB YM-0190 nömrəli müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzil üzrə bütün hüquqlar Borc verənə keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmçinin bildiririk ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 18.03.2015-ci il tarixli ABB YM-0190 nömrəli Mənzilin alqı-satqı müqaviləsi Abşeron rayon məhkəməsinin 05.10.2020-ci il tarixli 2(012)-707/2020 nömrəli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1104/2021 nömrəli 19.04.2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Lakin sözügedən qətnamələr qanuni qüvvəsini almamışdır. Belə ki, hazırki Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Vüqar Həsənovun icraatında 2(102)-4978/2021 nömrəli mülki işə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxılır. Beləliklə, iddiaçı "xxxx" ASC-nin əsas borcu 32241.80 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzilə dair bütün hüquqları Azərbaycan Beynəlxalq Bank ASC-nə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki 4-19-03-2015-YS-AAAF-RO nömrəli 19.03.2015-ci il tarixli Təminatlı kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədə müvafiqdir. Bu səbəbdən də, sözügedən 38 nömrəli mənzilə dair bütün hüquqların ilkin iddiaçı/cavabdeh "xxxx" ASC-nə ötürülməsi daha düzgündür. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi, qarşılıqlı iddia tələbinə isə etiraz edərək bildirdi ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2015-ci il tarixli ABB YM-0190 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzilin alınması üçün Cavabdeh1 "xxxx" ASC ilə bağladığı 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən illik 10% faiz dərəcəsi ilə 180 ay müddətinə 38250 manat məbləğində kredit verilmiş, eyni tarixli və saylı zaminlik müqaviləsinə əsasən, faizlərin, zamin "xxxx" MMC borcun tutulması üzrə məhkəmə xərclərinin, borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor "xxxx" ASC qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıma öhdəliyini üzərinə götürmüşdür. Tərəflər bank qarşısında öhdəliklərini həyata keçirməmiş və hazırda cavabdehlərin banka 29.03.2022-ci il tarixinə 32241.80 manat əsas borc, 8669.58 manat faiz borcu olmaqla, cəmi 40911.38 manat borcu qalmışdır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdehlər banka olan borclarını ödəməmişlər. Bundan başqa qarşılıqlı iddia da əsassızdır. Belə ki, sözü gedən mənzil ipotek predmeti olsa da, mənzil tikilərək Cavabdeh1 təhvil verilməmişdir. Mənzil hazırda olsaydı, həmin mənzilə dair gələcəkdə ipoteka müqaviləsinin imzalanması nəzərdə tutulmuşdur. Hətta ipoteka müqaviləsi bağlanmış olsaydı belə, bu hal zaminlik müqaviləsinin xitamı və ya öhdəlikliklərin ötürülməsi üçün əsas ola bilməzdir. Eyni zamanda bildirir ki, mənzil tikilərək təhvil verilmədiyindən tərəflər arasında mübahisə yaranmış və Abşeron Rayon Məhkəməsinin 2(012)-707/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış ABB YM-0190 saylı, 18 mart 2015-ci il tarixli Mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və 25637 manat pul "xxxx" MMC-dən tutulub Cavabdeh1 ödəniməsi qət edilmişdir. Həmin mübahisə cavabdehlər arasında olan mübahisədir və bu mübahisəyə artıq qiymət verilmişdir. Buna görə də həmin mübahisənin onlara heç bir aidiyyatı yoxdur. Odur ki, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 ilkin iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, digər cavabdeh "xxxx" MMC tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmişdir. Belə ki, o, sözü gedən mənzil üçün 2 ilə yaxın kredit ödəmiş, eyni zamanda da kirayədə qalaraq kirəyə pulunu ödəmişdir. Cavabdeh "xxxx" MMC öhdəliyi üzrə sözü gedən mənzili tikərək ona təhvil verməmişdir. Bu səbəbdən də, o banka olan ödənişlərini dayandırmışdır. Bundan başqa Abşeron Rayon Məhkəməsinin 2(012)-707/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə və Azərbaycan Respublikası Beynəlxalq Bankına qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış ABB YM-0190 saylı, 18 mart 2015-ci il tarixli “Mənzilin alqı-satqı müqavilə”sinin ləğv edilməsi və 25637 manat pul "xxxx" MMCdən tutulub Cavabdeh1 ödəniməsi, iddia tələbi Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Premyer Müştəri Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-03-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1104/2021 saylı, 19.04.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-707/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4978/2021 saylı, 14.10.2021-ci il tarixli qərarına əsasən isə, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1104/2021 saylı, 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən, ilkin iddia tələbinin rədd edilməsini xahiş edərək, qarşılıqlı iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1 vəkili X5 da, hüquqlarını müdafiə etdiyi şəxslə oxşar məzmunlu izahat verərək, ilkin iddianın onlara aid hissədə rədd edilməsini, tutulacaq pul məbləğinin isə yalnız cavabdeh "xxxx" MMC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, məzmununa uyğun izahat verdi və məhkəmədən qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə onalara aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin ABB Premyer Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS- AAAF-RO saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 180 ay müddətinə, illik 10% dərəcəsi ilə hesablanmaqla, 38250 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1-ci bəndinə görə, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və zaminlikdir. 4.2-ci bəndinə görə təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı olan subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. 4.3-cü bəndinə görə isə, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "AAAF-inşaat” MMC ilə Cavabdeh1 arasında imzalanmış 18.03.2015-ci il tarixli ABB YM-0190 saylı müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət, 2 otaqlı 38 nömrəli mənzil üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən hüquqların dövlət qeydiyyatı haqqında çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. 12.6-cı bəndinə görə, kedit müqaviləsi üzrə təminat kimi çıxış edən mənzil üzrə çıxarış alındıqda borcalan bu barədə 10 iş günü ərzində borc verənə məlumat verməli və 30 iş günündən gec olmamaq şərti ilə qeyd olunan mənzili Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. 13.8-ci bəndinə görə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət, 2 otaqlı 38 nömrəli mənzilin boşaldılmasını tələb edir, Borc alan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. 15.8-ci bəndinə görə isə, borc alan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmıdıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün mənzil üzrə bütün hüquqlar borc verənə keçir. İş materiallarında olan borcverən "xxxx" ASC ilə zamin "xxxx" MMC və borcalan Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS-AAAF-RO saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti kreditorla borclu arasında bağlanmış 19.03.2015-ci il tarixli 4-19-03-2015-YS-AAAF-R0 nömrəli kredit müqaviləsinə əsasən verilən kreditin, kredit üzrə hesablanmış faizlərin və kredit üzrə hesablanmış cərimə faizlərinin (dəbbə pulunun) qaytarılmasından barətdir. 3.2 və 3.3-cü bəndlərinə görə, zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü 38250 manat, hesablanacaq faiz, cərimə faizləri (dəbbə pulu), həmçinin məhkəmə xərclərindən ibarətdir. Zaminliklə təmin edilmiş öhdəlik borclu tərəfindən vaxtında icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kreditorun tələbi ilə həmin öhdəlik zamin tərəfindən 3 gün müddətində icra edilməlidir. 7.4-cü bəndinə görə isə, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 29.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın kredit müqaviləsi üzrə banka 29.03.2022-ci il tarixinə 32241.80 manat əsas borc, 8669.58 manat faiz borcu olmaqla, cəmi 40911.38 manat borcu qalmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-707/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə və Azərbaycan Respublikası Beynəlxalq Bankına qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış ABB YM-0190 saylı, 18 mart 2015-ci il tarixli “Mənzilin alqı-satqı müqavilə”sinin ləğv edilməsi və 25637 manat pul "xxxx" MMC-dən tutulub Cavabdeh1 ödəniməsi, iddia tələbi Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Premyer Müştəri Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli, 4-19-03-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1104/2021 saylı, 19.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-707/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4978/2021 saylı, 14.10.2021-ci il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1104/2021 saylı, 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 472.1 və 472.2.-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 540.1-ci maddəsinə görə əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 545.0.2-ci maddəsinin tələbinə görə isə öhdəliyin predmetinə tutmanı yönəltmək olmazsa və ya öhdəliyin predmeti yaşayış vasitəsidirsə, öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası MM-nin 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N. Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə isə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, işin məhkəmə baxışı zamanı tərəflərin izahatları, həmçinin təqdim edilmiş sübutların nəticəsində müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 18.03.2015-ci il tarixli ABB YM-0190 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət 2 otaqlı 38 nömrəli mənzilin alınması üçün Cavabdeh1 "xxxx" ASC ilə bağladığı 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinə əsasən illik 10% faiz dərəcəsi ilə 180 ay müddətinə 38250 manat məbləğində kredit verilmiş, eyni tarixli və saylı zaminlik müqaviləsinə əsasən, zamin "xxxx" MMC, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin, borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor "xxxx" ASC qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıma öhdəliyini üzərinə götürmüşdür. 19.03.2015-ci il tarixli, 4-19- 03-2015-YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin şərtlərində mübahisəli mənzilə çıxarış alındıqdan sonra ipoteka müqaviləsinin bağlanması nəzərdə tutulsa da, bu baş tutmamış və qeyd olunan mənzil kredit müqaviləsinin təminat üsuluna çevrilməmişdir. Həmçinin, "xxxx" MMC Cavabdeh1 ilə aralarında bağlanmış 18.03.2015-ci il tarixli ABB YM-0190 nömrəli mənzilin alqı-satqı müqaviləsinin 2.2.7-ci bəndinin şərtini, yəni kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə öhdəliklər 60 gün müddətində yerinə yetirilmədikdə, həmin kredit müqaviləsinin təminatı olan və Azərbaycan Beynəlxalq Bankı ASC ilə aralarında imzalanmış zaminlik müqaviləsinə əsasən ödənişləri təmin etməmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcalan və zamindən kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iş materialları ilə ilkin iddia tələbinin əsaslı və qanuni olması sübuta yetirildiyinə görə, ilkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə 32241 (otuz iki min iki yüz qırx bir) manat 80 (səksən) qəpik əsas borc, 8669 (səkkiz min altı yüz altmış doqquz) manat 58 (əlli səkkiz) qəpik faiz borcu, ümumilikdə 40911 (qırx min doqquz yüz on bir) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, məhkəmə işin faktiki halarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən (inşa edilmiş) bina 5, mərtəbə 2, ümumi sahəsi 65.4 kv.m. ibarət, 2 otaqlı 38 nömrəli mənzilinə dair ipoteka müqaviləsinin bağlanmamasını və həmin mənzilin kredit müqaviləsi üzrə təminat üsulu qismində çıxış etməməsini nəzərə alıb, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız və qanunsuz olduğuna görə təmin edilməməlidir. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbini təmin etməyərkən, Abşeron Rayon Məhkəməsinin 2(012)-707/2020 saylı, 05.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanılmış ABB YM-0190 saylı, 18 mart 2015-ci il tarixli Mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsini və 25637 manat pul "xxxx" MMC-dən tutulub Cavabdeh1 ödəniməsini də nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyinə və qarşılıqlı iddia rədd edildyinə görə, ilkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 19.03.2015-ci il tarixli, 4-19-03-2015-YS-AAAF-RO saylı kredit müqaviləsi üzrə 32241 (otuz iki min iki yüz qırx bir) manat 80 (səksən) qəpik əsas borc, 8669 (səkkiz min altı yüz altmış doqquz) manat 58 (əlli səkkiz) qəpik faiz borcu, ümumilikdə 40911 (qırx min doqquz yüz on bir) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İlkin iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-yə qarşı öhdəliyin ötürülməsi ilə əvəzləşdirilməsi və zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-163/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-163/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver