Məhkəmə qərarları › İş №2(004)-1642/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1642/2022

14.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1642/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim olunduğu gündən etibarən yetkinlik yaşına çatmayan 06 noyabr 2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli, 2(094)-68/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnaməyə əsasən cavabdehdən birgə nikahdan doğulmuş 06 noyabr 2017-ci il təvəllüdlü X1 üçün 154 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda övladı Tuğba 5 yaşın içindədir. Sözügedən qətnamədə qeyd olunan məbləğ uşağın təlabatlarının ödənilməsinə kifayət etmir. Uşaq böyüyür və təbii olaraq məsrəfləri artır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildən hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Buna görə də alimet məbləğinin artırılması baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştiak edən Cavabdeh iddianı qismən qəbul etdiyini, 200 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına əlavə edilmiş Pirallahı Rayon Məhkəməsinin 2(094)-68/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, Nadirova (Hüseynova) Fəridə İlham qızı ilə Cavabdeh arasında 22.09.2017-ci il tarixdə bağlanmış və 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 3314 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 06 noyabr 2017-ci il təvəllüdlü birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10.01.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment və X3 üç yaşına çatanadək əlavə olaraq 90 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, tərəflərin birgə nikahından 06 noyabr 2017-ci il təvəllüdlü X3 doğulmuş və ona AZ-İV seriyalı, 215966 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)-68/2019 saylı, 12.02.2019-cu il tarixli qətnaməsi ilə Nadirova (Hüseynova) Fəridə İlham qızı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 06 noyabr 2017-ci il təvəllüdlü X2 anasının yanında qalması müəyyən edilmiş və onun saxlanması üçün 10.01.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment və X3 üç yaşına çatanadək əlavə olaraq 90 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qısmən etiraf etmiş, 200 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 06 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 06 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 06 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 06 noyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar