Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1647/2023 07.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən Cavabdeh 32000 manat məbləğində borc pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bibisi oğludur. Ramillə yaxın qohum olmaqla yanaşı həm də dost münasibətləri var. Mütəmadi olaraq bir-birləri ilə əlaqə saxlayır və lazım olduğu halda bir-birlərinə əl tuturlar. 2022-ci ilin yanvar ayında Ramil işləri ilə əlaqədar ondan borc pul istəmişdir. Bir neçə dəfə borc alıb qaytarmışdı. Bu dəfə 35000 manat pul lazım olduğunu bildirdikdə həmin məbləğə gücünün çatmayacağını, imkan daxilində kömək edə biləcəyini bildirmiş və 32000 manat pul düzəltmişdir. Borc məbləği böyük olduğundan aralarında müqavilə bağlanmış və müqavilənin şərtlərinə əsasən, həmin ilin iyul ayına qədər borc qaytarılmazsa, cavabdehə məxsus “DODGE DURANGO” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı və “KİA OPTİMA” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı maşınlar İddiaçı adına keçiriləcəkdir. 2023-cü ilin may ayına qədər borc tam ödənilməzsə, maşınları satıb verdiyi borc pulu götürəcək və qalan pulu Ramilə qaytaracaqdı. Beləliklə, Ramilə 32000 manat borc vermişdir. 6 ay keçməsinə baxmayaraq borcu qaytarmamış və səbəbini soruşuqda bildirmişdir ki, işləri qaydasında deyil, pandemiya səbəbindən itkiləri çoxdur və hələ də işləri qaydasına sala bilmir. Ramil turizim sahəsi ilə məşğuldur. Əvvəlcədən razılaşdırdıqları kimi Ramil maşınları onun adına keçirmiş və biraz daha gözləməyini xahiş etmişdir. Sonra Ramilin yoldaşının məhkəmədə iddia qaldırdığı və maşınların adına keçirilməsi barədə müqavilələrin ləğv edilməsini tələb etdiyini öyrənmişdir. Bu günədək ona olan borc hələ də ödənilmədiyindən və adına olan avtomobillərin qeydiyyatının ləğv edilməsi riskini nəzərə alaraq, verdiyi borcu tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir, borcunun olduğunu etiraf edir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutlara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh arasında arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə 32000 manat məbləğində pulu 6 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə borc olaraq vermişdir. 6 ay müddətinə borc ödənilmədiyi halda cavabdeh ona məxsus “DODGE DURANGO” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı və “KİA OPTİMA” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilləri iddiaçının adına rəsmiləşdirməyi, iddiaçı isə xx.xx.2023-cü il tarixinədək həmin avtomobilləri satmamağı öhdəsinə götürmüşdür. Borc vaxtında və tam ödənildikdən sonra tərəflər avtomobillərin cavabdehin adına geri qaytarılacağı və İddiaçı avtomobillərlə bağlı heç bir tələbinin olmayacağı barədə qarşılıqlı şəkildə razılaşmışlar. xx.xx.2023-cü il tarixinədək borcun qaytarılması mümkün olmadığı halda borc məbləğinə uyğun olaraq avtomobillərin (biri və ya hər ikisi) satış qiyməti bazar qiymətinə uyğun və cavabdehin razılığı olmadan satılması, avtomobillərin satışından əldə olunan vəsait hesabına borc ödədikdən sonra yerdə qalan pulun Cavabdeh geri qaytarılması barədə tərəflər razılığa gəlmişdir. 21 fevral 2023-cü il tarixli mədaxil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 186 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, iddia tələbini qəbul edir və borcunun olduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 32000 manat məbləğində pul vəsaiti borc olaraq Cavabdeh verildiyindən və Cavabdeh borcunun olduğunu etiraf etdiyindən, iddiaçı cavabdehdən borc məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh iddianın etiraf edilməsi barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 106.3-cü və 106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin araşdırılması zamanı iddianın cavabdeh tərəfindən etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından, məhkəmə cavadehin etirafını qəbul edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 32000 manat məbləğində borc pul və ödənilmiş 186 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 32000 (otuz iki min) manat məbləğində borc pul və 186 (bir yüz səksən altı) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1647/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1647/2023
07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver