Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1663/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung N975” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 1.318 manat əsas borc və 395 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “İphone 11” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 524 manat əsas borc və 157 manat dəbbə pulu olmaqla, cəmi 2.394 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 2.638,19 manat dəyərində olan “SAMSUNG N975’’ markalı mobil telefonu 1.320 manat ilkin ödəniş edilməklə qalan 1.318 manat 12 ay müddətinə ayda 110 manat ödənilməsi şərtilə; xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 2.154,90 manat dəyərində olan “İphone 11” markalı mobil telefonu 1.500 manat ilkin ödəniş edilməklə qalan 654,90 manatı 12 ay müddətinə ayda 55 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli ********* nömrəli müqavilə üzrə 1.318 manat əsas borc və 395 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ********* nömrəli müqavilə üzrə 524 manat əsas borc və 157 manat dəbbə pulu olmaqla, cəmi 2.394 manat borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü və 185.5-ci maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “xxxx” MMC xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 2.638,19 manat dəyərində olan “SAMSUNG N975’’ markalı mobil telefonu 1.320 manat ilkin ödəniş edilməklə qalan 1.318 manat 12 ay müddətinə ayda 110 manat ödənilməsi şərtilə; xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 2.154,90 manat dəyərində olan “İphone 11” markalı mobil telefonu 1.500 manat ilkin ödəniş edilməklə qalan 654,90 manatı 12 ay müddətinə ayda 55 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, nisyə aldığı əşyaların dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “xxxx” MMC-nin təqdim etdiyi xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli ********* nömrəli müqavilə üzrə 1.318 manat əsas borc və 395 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ********* nömrəli müqavilə üzrə 524 manat əsas borc və 157 manat dəbbə pulu olmaqla, iki müqavilə üzrə cəmi 2.394 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək hesablanmış ********* nömrəli müqavilə üzrə 395 manat cərimə azaldılaraq 50 manat; ********* nömrəli müqavilə üzrə 157 manat cərimə azaldılaraq 30 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung N975” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 1.318 manat əsas borc və 50 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “İphone 11” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 524 manat əsas borc və 30 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, iki müqavilə üzrə ümumilikdə 1.952 manat tutularaq “xxxx” MMCyə ödənilməlidir. İddia tələbi - 472 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung N975” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 1.318 manat əsas borc və 50 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli ********* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı “İphone 11” markalı mobil telefon cihazının dəyərindən ödənilməmiş qalan 524 manat əsas borc və 30 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1.952 (bir min doqquz yüz əlli iki) manat tutularaq “xxxx” MMCyə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1663/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1663/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver