Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1674/2022 06.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı X4 Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli 2(004)-1355/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin dəyişdirilməsi, cavabdehdən 25.08.2008-ci il təvəllüdlü X2 və 19.12.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin və 51 manat məbləğində mediasiyaya dair xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli 2(004)-1355/2020 saylı qətnaməsi ilə cavabdehdən uşaqların saxlanması üçün hər uşağa 170 AZN aliment xeyrinə ödənilməsinə qərar verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, övladının sağlamlıqla bağlı müalicələrinə xərcləri çıxır. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh neft şirkətində işləyir və gəlirləri çox olsa da, övladlarının maddi təminatını valideyn kimi yaxşılaşdırmaq, iş yerinddə övladları üçün sağlamlıqların yoxlanması, dərmanların alınması üçün verilmiş xüsusi imtiyazları belə verməyərək, digər mənada gəlirinin təqribən 1500 AZN olmasını, il ərzində digər gəlir kimi sayılan pul mükafatlarını, övladları üçün tibbi imtiyazları gizlədərək övladlarının rifahı və sağlamlığı ilə maraqlanmır. Övladlarımın ehtiyac meyarları artması və infılasiya qət edilmiş məhkəmə qərarındakı məbləğ onların ehtiyaclarını ödəmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 9-1, 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.05.2020-ci il tarixli 2(004)-1355/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 25.08.2008-ci il təvəllüdlü X3 və 19.12.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “İlkin mediasıya sessiyasında iştirak edilməməsi barədə” 08.02.2022-ci il tarixli arayış iddia ərizəsinə əlavə edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 51 manat məbləğində mediasiyaya dair xərci iddiaçı ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların saxlanılması hər iki valdeyinin vəzifəsi olduğundan, cavabdehin davamlı iş yerinin olması (müntəzəm əmək haqqı alması) nəzərə alınmalı, iddia tələbi təmin edilməli, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment dəyişdirilməli, hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında, aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 25.08.2008-ci il təvəllüdlü X2 və 19.12.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh 25.08.2008-ci il təvəllüdlü X2 və 19.12.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmalı üçün hər ay qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Cavabdeh 51 (əlli bir) manat miqdarında mediasıya xərci tutularaq, İddiaçı ödənilsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1674/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1674/2022
06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver