Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1674/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC – yə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən avtomobilinin təmiri üçün tələb olunan 3495 manat pulun və 55 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “TOYOTA CAMRY” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən “KİA PRİDE MİNİK” markalı **-HL-*** dövlət qediyyat nişanlı avtomobili idarə edən şəxs X3 yol hərəkəti qaydalarını pozması nəticəsində, onun təqsirindən Əhməd Rəcəbli küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin vaxt 102 nömrəsinə zəng vuraraq hadisə barədə Polisə məlumat vermişdir. Bundan sonra Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin DYP Şöbəsində araşdırma aparılaraq X6 inzibati məsuliyyətə cəlb olunmuşdur. X3 idarə etdiyi avtomobil cavabdeh olan "xxxx" ASC-də icbari qaydada sığortalanmışdır. "xxxx" ASC-yə müraciət etmiş və ona bildirilmişdir ki, onun nəqliyyat vasitəsinə 844 manat zərər dəymişdir. Bununla razılaşmayaraq bildirmişdir ki, qeyd etdikləri məbləğ azdır və onun nəqliyyat vasitəsinin təmir olunması həmin məbləğlə mümkünsüzdür. 27 fevral 2023-cü il tarixdə “AVTOSERVİS”ə müraciət edərək nəqliyyat vasitəsinə dəymiş ziyanı müəyyən etdirmişdir və ona rəsmi olaraq rəy verilmişdir ki, onun avtomobilinin bərpa olunması üçün 3495 manat pul tələb olunur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh öhdəliyini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, - maşının sürücü əyləşdiyi tərəfə daha çox ziyan dəymişdir. Qapıda olan gizli dəmir də əyilmişdir. Yekun olaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini qismən, 844 manat məbləğində qəbul etdiklərini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2021-ci il buraxılışlı, “Toyota Camry” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2005-ci il buraxılışlı, “Kia Pride minik" markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Kia Pride minik" markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti X5 tərəfindən bağlrov Rafiq Salman oğluna etibar edilmişdir. Etibarnamə 1 il müddətinı xx.xx.2024-cü il tarixədək verilmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı protokolun surətindən müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə 18:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Kia Pride minik" markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, X6 xx.xx.2023-cü il tarixdə 18:00-da Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Kia Pride minik" markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “Avtoservis T.X.S Masallı” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Toyota Camry” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa qiymətlərinin cəmi 1465 manat, ehtiyat hissələrinin cəmi 2030 manat olmaqla, maddi ziyanın cəmi 3495 manat müəyyən edilmişdir. İş materiallarında olan “Avtolux Azərbaycan” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci cəmi 819 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2024-cü il tarixli 9/3016 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Avtolux Azərbaycan” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Camry” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 844 manat, nəzəri hesablama yolu ilə, “Avtoservis T.X.S Masallı” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Camry” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3336 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X7 ifadəsində bildirmişdir ki, avtomobilin hansı hissəsinin dəyişilməsi sahəsində mütəxəssis deyil. Yalnız qüsur aktına münasibət bildirə bilər. Rəngsaz servisdən asılı olaraq, maşının hissəsini müxtəlif qiymətə rəngləyə bilər. Hər iki qüsur aktına əsasən də maşın təmir edilə bilər. “Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında “Avtolux Azərbaycan” tərəfindən təqdim edilmiş qüsur aktından fərqli olaraq, qabaq sol qapı, disk, təkərin dəyəri də əks olunmuşdur. Rəy verərəkən maşının fotoşəkilinə baxmırlar. Servisin şəraitindən və ustadan asılı olaraq, avtomobil müxtəlif qiymətə təmir edilə bilər. Diskin qiyməti 350 manatdır. Təkərin qiyməti 180 manat, 200 manat, 240 manat, 250 manat ola bilər. Qabaq sol qapının qiyməti 1400 manat, 1800 manat, 1900 manat ola bilər. Hesab edir ki, Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında qabaq sol qapı, disk, təkərin qiyməti düzgün göstərilmişdir. Arxa qapı təmir edilir, dəyişilmir. Dəmirçi işinin dəyəri Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında düzgün göstərilmişdir. Rəngsaz işinin dəyəri rəngin vurulma keyfiyyətindən və rəngsazdan asılı olaraq müxtəlif ola bilər. Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında rəngsaz işinin dəyəri düzgün göstərilmişdir. Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında təkər təmirinin dəyəri düzgün göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab edilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən isə, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Mübahisə predmeti olan avtomobilə dəymiş zərərin məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, “Toyota Camry” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci “Avtolux Azərbaycan” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ilkin qiymətləndirmə aktına əsasən 819 manat məbləğində, “Avtoservis T.X.S Masallı” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən 3495 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin təyin etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2024-cü il tarixli 9/3016 nömrəli ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Avtolux Azərbaycan” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Camry” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 844 manat, nəzəri hesablama yolu ilə, “Avtoservis T.X.S Masallı” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Toyota Camry” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3336 manat müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmiş təmir-bərpa xərci arasında kəskin fərq olduğundan ekspert məhkəmə iclasında dindirilmiş, ekspert ifadəsində bildirmişdir ki, “Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında “Avtolux Azərbaycan” tərəfindən təqdim edilmiş qüsur aktından fərqli olaraq, qabaq sol qapı, disk, təkərin dəyəri də əks olunmuşdur. Servisin şəraitindən və ustadan asılı olaraq, avtomobil müxtəlif qiymətə təmir edilə bilər. Diskin qiyməti 350 manatdır. Təkərin qiyməti 180 manat, 200 manat, 240 manat, 250 manat ola bilər. Qabaq sol qapının qiyməti 1400 manat, 1800 manat, 1900 manat ola bilər. Hesab edir ki, Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında qabaq sol qapı, disk, təkərin qiyməti düzgün göstərilmişdir. Arxa qapı təmir edilir, dəyişilmir. Dəmirçi işinin dəyəri Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında düzgün göstərilmişdir. Rəngsaz işinin dəyəri rəngin vurulma keyfiyyətindən və rəngsazdan asılı olaraq müxtəlif ola bilər. Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında rəngsaz işinin dəyəri düzgün göstərilmişdir. Avtoservis” T.X.S Masallı tərəfindən təqdim edilmiş qüsur aktında təkər təmirinin dəyəri düzgün göstərilmişdir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edirək, onunla qismən razılaşır. Həmçinin nəzərə alır ki, ekspert rəy verərkən iki fərqli qiymətləndirmə aktını nəzərə almışdır. Ekspertin məhkəmə iclasında verdiyi izahatı nəzərə alınaraq məhkəmə hesab edir ki, ekspertin “Avtoservis T.X.S Masallı” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Toyota Camry” markalı **-GC- *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə müəyyən etdiyi 3336 manat məbləğində pulun cavabdehdən tutulması ağlabatan hesab oluna bilər. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh "xxxx" ASC-dən 3336 (üç min üç yüz otuz altı) manat sığorta ödənişinə görə pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 (əlli beş) manat pul da cavabdehdən tutularaq İddiaçı ödənilməli, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 3336 (üç min üç yüz otuz altı) manat sığorta ödənişinə görə pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 55 (əlli beş) manat pul tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1674/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1674/2024
16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver