Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1705/2023 03.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, 20 dekabr 2021-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək cavabdehdən tutulan aliment məbləği artırılaraq hər ay 220 manat sabit məbləğində aliment və 20 dekabr 2021-ci il təvəllüdlü X3 azyaşlı olmağını nəzərə alaraq 3 (üç) yaşınadək hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh ilə 2097 № akt qeydi ilə, 12 oktyabr 23-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur, birgə nikahlarından 20 dekabr 2021-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Daha sonra Bakı şəhəri samal Rayon Məhkəməsinin 2(004)-2089/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 12 oktyabr 2020-ci il tarixində 3 saylı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 2097 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 20 dekabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilməsi, 20 dekabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etməli məcburiətində qalmışdır. Belə ki, oğlunun normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları oğlu üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh Yasamal Rayon Məhkəməsinin 2(004)- 2089/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhdəliyini icra etmiş hesab edir. Cavabdehin hazırda ödədiyi aliment məbləği ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumdan çox aşağı bir aliment məbləğidir. Oğlunun normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona cavabdeh hər-hansı bir köməklik göstərmir. Hal-hazırda oğlu körpə olduğu üçün o, işləyib qazanc əldə edə bilmir və oğlunun körpə olmasını nəzərə alsaq hazırda ödənilən aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Bundan başqa, 2023-cü il ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Bundan əlavə bildirir ki, qanunvericilikdə nəzərə tutulmuş qaydada, cavabdehə olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də o mediasiya prosesindən yayınmışdır və nəticədə xx.xx.2023-cü il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İxtisasca müəllimədir, kursda çalışırmış, uşaq körpə olan zaman anası uşağa baxa bilir, o isə işləyirmiş, lakin hal-hazırda işləmir. Buna görə də, alimentin artırılmasına ehtiyac vardır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, Şəki rayonunda yaşayır, rəsmi iş yeri yoxdur, mağazada yük daşıyaraq günəmuzd fəhlə işləyir və günlük qazancı 10-15 manat təşkil edir. Maddi imkanı olduqca aşağıdır. 170 manat alimenti ödəməkdə çətinlik çəkir. Ayda iki dəfə uşağını görməyə gəlir, bu zaman uşağın ehtiyaclarına aid olan geyim əşyaları, oyuncaq və s. gətirir. Bundan sonra da imkanı olduqca iddiaçıya maddi köməklik edəcək. Lakin hazırda onun maddi imkanı yoxdur. Həmçinin bildirir ki, uşağa görə 190 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2089/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasıında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X3 anasının yanında qalması (saxlanılması) müəyyən edilməsi, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 1 saylı DOST Mərkəzinin 23 yanvar 2023-cü il tarixli arayışına əsasən İddiaçı qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından müəyyən edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Lakin buna baxmayaraq, cavabdeh 190 manat aliment ödəməyə razıdır. Məhkəmə, uşağı saxlamağın hər iki valideynin öhdəliyi olmasını, cavabdehin gündəlik gəlir məbləğini və alimentin qismən artırılmasına razılığını nəzərə alaraq qeyd edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2021-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cari il üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsi uşaqğın saxlanılması üçün qeyd edilən miqdarda alimentin tutulması üçün yeganə əsas ola bilməz, bununla bərabər qnunvericiliklə müəyyən edilmiş digər əsaslar da olmalıdır. Bundan əlavə, məhkəmə bildirir ki, uşağı saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideyn kimi öhdəliyinə daxildir. Məhkəmə, həmçinin iddia tələbinin uşağın 3 (üç) yaşınadək hər ay 100 manat sabit pul məbləğində vəsaitin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə hər hansı sübut təqdim edilməmişdir. AM-nin 84.1-ci, 84.2.2-ci və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2089/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin miqdarı dəyişdirilərkən dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2089/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1705/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1705/2023
03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver