Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1722/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavadehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsi tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilin 4/48 hissəsinə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları və onun övladı 04 oktyabr 2013-cü il təvəllüdlü X8 ilə həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2011-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində İddiaçı ilə Cavabdeh1 arasında nikah bağlanmışdır. Birgə nikahdan 04 oktyabr 2013-cü il tarixdə X8 doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin 04.06.2020-ci il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında nikah pozulmuş, 04 oktyabr 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması qət edilmişdir. ünvan 1 ünvanda yerləşən mənzilin 4/48 hissəsi 28 dekabr 2014-cü il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı bağışlanmışdır. Mülkiyyət hüququ DƏDRX-da 13.01.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Lakin 2021-ci ilin yanvar ayından cavabdehərdən Cavabdeh1 ilə münasibətləri pozulduqdan sonra o, övladı il birlikdə mülkiyyətində olan evə buraxılmır. Mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və pozulmaqda davam edir. Bu isə onun əmlakından sahiblik, istifadə etmək, barəsində sərancam vermək hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Mülkiyyətçinin bu hüquqlarının məhdudlaşdırılmasının yolverilməzliyi prinsipi baxımından qanunsuz bir haldır. Başqa yaşayış yeri yoxdur. O, məcbur olub övladı ilə valideynlərinin yanında qalır. Ona görə də cavabdehlər onun mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilin 4/48 hissəsinə olan istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmalıdırlar. Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 16 fevral 2015-ci il tarixli 32 saylı sərəncamına əsasən X12 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, qızı, bacısı) ümumi növbəlik siyahısına daxil edilmiş və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 31 avqust 2020-ci il tarixli 142/19 saylı cavab məktubuna əsasən Bakı şəhəri, Moskva prospekti, 8 ünvanında «X15» MTK-nın inşa etdiyi 15 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 154 kv.m olan 3 otaqlı 22 saylı mənzil Cavabdeh1 təqdim etdiyi forma 2 arayışa əsasən qeydiyyatda olan 4 nəfər (özü,bacısı, həyat yoldaşı və qızı) ailə tərkibi nəzərə alınaraq verilməsi qeyd olunmuşdur. Bununla bağlı hal-hazırda məhkəmə prosesləri davam etdirilir. Bundan başqa cavabdehlərin Xəzər rayonu, Türkan qəsəbəsində 0,12 ha torpaq sahəsində inşa edilmiş hər bir şəraiti olan 2 mərtəbəli bağ evləri də vardır. Göstərilənlərə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili X6 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış 28 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və ona dair İddiaçı adına olan ünvan 4 ünvanında yerləşən mənzilin 4/48 hissəsinin çıxarışının etibarsız hesab edilərək onun adına əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarlımasını xahiş etmişdir. Qarılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia tamamilə əsassızdır və təmin edilməməlidir. Cavabdeh1 və onun bacısı X7 yeganə yaşayış yeri həmin mənzildir. Mübahisəli mənzil ona anasından vərəsəlik qaydasında keçmişdir. X1 və övladının həmin mənzildə yaşamasına heç bir maneçilik törədilmir. Mübahisəli mənzili 28 dekabr 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən bir ömür boyu birlikdə yaşayacaqlarına inandıgı üçün həyat yoldaşı X2 adına keçirtmişdir. Cavabdeh X4 ilə aralarında olan nikah onun xəyanət etməsi səbəbindən Yasamal rayon məhkəməsinin qətnaməsi ilə ləğv edilmiş, övladları X9 anasının himayəsində saxlanılmışdır. Mübahisəli mənzili o, həyat yoldaşına etibar edib, onunla bir ömür boyu həmin mənzildə yaşayacaqlarını ehtimal edib və onun həyat yoldaşı kimi ailə qayğılarına, ər və arvad olmaqlarından irəli gələn vəzifələrinə sadiq qalacağına inandığı üçün bağışlamışdır. Ağasıyeva Aynurə ailə dəyərlərini və münasibətləri kobud şəkildə pozaraq ona xəyanət etmiş, həmçinin özü ailə münasibətlərinə xitam verilməsi üçün Yasamal rayon məhkəməsinə müraciət etmiş və iddiası təmin edilmişdir. Ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması aralarında olan nikahın ləğvi ilə bağlı Yasamal rayon məhkəməsinin qətnaməsi qüvvəyə mindiyi vaxtdan, cavabdeh həmin mənzilə dair istifadə hüququnun ləğv edilməsini və mənzildən çıxarılmağı tələb etməsi bağışlamanın onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi ehtimalı isə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlayır. Məhkəmə iclasında iştirak edən cavadehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə işin dücgün həlli məqsədi ilə hesab edir ki, ilk növbədə qarşılıqlı iddia həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1. –ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; Həmin Məcəllənin 673.3.-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Cavabdeh bağışlamaqdan imtinaya dair qarşılıqlı iddiasını iddiaçının ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verən, yəni cavabdehə qarşı kobudcasına pozması, ona xəyanət etməsi və aralarında bağlanmış nikahın pozulması üçün məhkeəmə müraciət etməsi ilə əsaslandırmışdır. İddia ərizəsindən və Elektron informasiya sistemindən alınmış məlumatdan görünür ki, cavabdehə həmin əsaslar ən azı 2020-ci ilin yanvar ayında məlum olmuşdur. Belə ki, iddiaçı boşanma iddiası ilə məhkəməyə 2020-ci ilin yanvar ayında müraciət etmişdir. Cavabdeh bağışlamadan imtinaya dair fikrini 16 mart 2021-ci il tarixli məlumat məktubunda bildirmiş, lakin həmin mətubun Mülki Məcəllənin 673.3-cü maddəsinin tələblərinə əsasən iddiaçıya çatdırılması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Hətta həmin sübut məhkəməyə çatdırıldıbı halda belə cavabdeh tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, bağışlamadan imtinanın əsasları ona 2020-ci ilin yanvar ayında məlut olduğu halda o, həmin bildirişi bir il iki ay ərzində tərtib etmişdir. Mülki Məcəllənin 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən bağışlamadan imtinaya dair qanunla müəyyən olunmuş bir illik iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilərək bağışlamanın ləğvi və onun hüquqi nəticəsi olaraq mülkiyyət hüquqlarına dair çıxarışın etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə ilk iddianın cavabdeh Cavabdeh1 qarşı tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər ailə münasibətlərinə 2009-cu il oktyabrın 1-dən sonra daxil oldugundan Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ ilə bağlı tələbə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətlərinə xitam verildiyindən sonuncunun həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-803/2021 saylı 25.01.2021-ci il tarixli qətnaməsindən cavabdehin istifadəsində başqa mənzilin - Bakı şəhəri, Moskva prospekti, 8 ünvanında «X15» MTK-nın inşa etdiyi 15 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 154 kv.m olan 3 otaqlı 22 saylı mənzilin olması müəyyən edildiyindən ona hazırki mübahisənin predmeti olan mənzildən müəyyən müddəti istifadə hüququ verilmədən o həmin mənzildən çıxarılmalıdır. Məhkəmə ilk iddianın 2-ci Cavabdeh2 qarşı tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.4.-ci maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mübahisəli mənzilin bağışlanmasına dair notariat işinin surətindən görünür ki, mənzil bağışlanan anda Cavabdeh2 həmin mənzilə istifadə hüququ olmuş və mənzilin iddiaçı Yunusova (Ağasiyeva) Aynurə Xaləddin qızına bağışlanmasına etiraz etməməsinə dair notariat qaydasında təsdiq edilmiş ərizə vermişdir. Mənzil üzərində Yunusova (Ağasiyeva) Aynurə Xaləddin qızının mülkiyyət hüquqları qeydə alındıqdan sonra onunla Cavabdeh2 arasında mənzildən istifadə hüququnun yaranmasına dair notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmamışdır. Göründüyü kimi Cavabdeh2 həmin mənzildən istifadə hüququ yaranmamışdır. Odur ki, onun həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə tələb təmin edilə bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia həmin cavabdehə qarşı mənzildən istifadə hüququ olmadığından mənzildən çıxarılmaya dair tələb təmin edilməlidir. Məhkəmə ilk iddiaçının iddiaçının azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə köçürülmə iddiası bağla aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləinin 152.4.-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləinin 152.5.-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəlləinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəlləinin 27.2.-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarının tərkibi olan sahiblik və istifadə hüquqlarından məhrum olduğundan həmin hüquqların həyata keçirilməsinə cavabdehlər tərəfindən törədilən maneələr aradan qaldırılmalı və o azyaşlı övladı ilə (məhkəmə qərarı ilə daimi yaşayış yeri ananın yanı müəyyən edilmiş övladı) birlikdə ona məxsus mənzilə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia təmin edilməsinə baxmayaraq iddiaçı tərəfindən həmin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edildiyindən həmin iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladı 04.10.2013-cü il təvəllüdlü X8 ilə birlikdə ünvan 2 ünvanında yerləşən evin 4/48 hissəsinə köçürülsün. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən evin 4/48 hissəsinə istifadə hüquqlarına xitam verilməklə həmin hissədən çıxarılsın. Cavabdeh2 ünvan 2 ünvanında yerləşən evin 4/48 hissəsindən çıxarılsın. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1722/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1722/2021
07.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver