Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1731/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əfəndiyeva Gülnar Füzuli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azsığorta ASC-yə qarşı “pu” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh Azsığorta ASC-yə qarşı “pu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində onun Hyundai Sonata minik markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6155 manat dəyərində ona dəymiş maddi ziyanın 5000 manatının Azsığorta ASC-nin Xaçmaz filialından alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddİa ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə veridyi izahatında Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azsığorta ASC-də sığorta olunmasını mübahisələndirmədiklərini, tələb olunan məbləğlə razı olmadıqlarını, iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 29.09.2020-ci il tarixli İXP3557924 nömrəli İnibati Xəta haqqında protokoldan görünür ki, Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 26.09.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 29.09.2020-ci il tarixli,TP3970631 saylı İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 26.09.2020-ci il tarixdə Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hyundai Sonata minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Hyundai Sonata minik markalı, **-HO- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarında olan AD№ 152885 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Hyundai Sonata minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X5 mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətinə əsasən müəyyən olunur ki, X2 Sonata minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və s. hərəkətlər etməyi etibar etmişdir. İş materiallarında olan Avtomotoservis və Ticarət Müəssisəsi Xaçmaz 1 saylı Texniki Stansiyası tərəfindən verilmiş ziyan aktından görünür ki, Hyundai Sonata minik markalı, **- HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 6155 manat təşkil edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün törətdiyi nəqliyyat hadisəsi nəticəsində Hyundai Sonata minik markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurulması və Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azsığorta ASC tərəfindən sığorta olunması iş materialları ilə sübuta yetirilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçıya maddi ziyan vurulması faktı və Lada Priora minik markalı 99DN062 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Azsığorta ASC tərəfindən sığorta edillməsi sübuta yetirildiyindən, 5000 manat məbləğində maddi ziyan cavabdeh Azsığorta ASC-dən tutularaq ididaçı İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh iddiaya şifahi formada etiraz edərək iddia tələbini qəbul etmədiyini bildirsə də, izahatında qeyd etdiyi halları məhkəmə baxış iclasında sübut edə bilməmişdir. “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində Hyundai Sonata minik markalı **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində pul cavabdeh Azsığorta ASC-dən tutularaq ididaçı İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1731/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1731/2022
26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver