Məhkəmə qərarları › İş №2(004)-1737/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1737/2022

19.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1737/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 Cavabdeh2 Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə Binəqədi Rayon Məhkəməsi tərəfindən Yasamal Rayon Məhkəməsinə göndərilmiş iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması” tələbinə dair mülki işin baxılmağa qəbul edilməsi mümkünlüyünü yoxlayaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, torpaq sahəsinə görə ödənilmiş 67000 manat, maddi ziyana görə (əsassız varlanmaya görə) 129 426 manat, cəmi 196 426 manat pulun və 486,42 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsində iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivində yerləşən 12 sotdan ibarət 1362V nömrəli bağ sahəsində qanunsuz olaraq inşa etdikləri tikililərin və iddiaçıya məxsus mövcud yaşayış evində apardıqları təmir və artırma işlərinin onların hesabına sökülərək bağ sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-5881/2022 saylı qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması” tələbinə dair 2(001)- 5881/2022 saylı mülki iş Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(004)-1737/2022 saylı mülki işlə birlikdə birləşdirilərək, baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi mülki işlərin birləşdirilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh və onun nümayəndəsi mülki işlərin birləşdirilməsinə etiraz etməmiş, lakin Binəqədi Rayon Məhkəməsinin icraatında olan işin Yasamal Rayon Məhkəməsinin icraatında olan işə birləşdirilməsinə etiraz etmiş və mülki işin Binəqədi Rayon Məhkəməsində birləşdirilməli olmasını bildirmişlər. Cavabdehin nümayəndəsi Binəqədi Rayon Məhkəməsinin icraatında olan işdə müstəsna aidiyyətin olduğunu bildirmişdir. Binəqədi rayon Məhkəməsi qərardadını Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Binəqədi rayon Məhkəməsi hesab etmişdir ki, Yasamal rayon Məhkəməsinin icraatında olan mülki iş Binəqədi rayon məhkəməsinin icraatında olan işdən əvvəl məhkəmənin icraatına qəbul edildiyindən mülki iş Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Binəqədi rayon Məhkəməsinə verilmiş iddiadan görünür ki, həmin iddia müstəsna aidiyyət qaydaları tətbiq edilən iddialara aiddir. Belə ki, iddiaçı Cavabdeh2 onun mülkiyyətində olan Binəqədi rayonunda yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin sökülməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4.-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5.-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.13.-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır; 40.4-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Məcəllənin 36.13. və 40-cı maddələrində müəyyən edilmiş qaydalara əsasən müstəsna aidiyyət qaydaları heç bir halda dəyişdirilə bilməz. Odur ki, hesab edirəm ki, Binəqədi rayon Məhkəməsindən daxil olmuş mülki işə Yasamal rayon Məhkəməsində baxıla bilməz. Mülki Prosessual Məcəllənin 45.4.-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Bununla yanaşı hesab edirəm ki, Binəqədi rayon Məhkəməsindən daxil olmuş işlə Yasamal rayon Məhkəməsinin icraatında olan işlər biri-biri ilə əlaqəlidir və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Odur ki, mülki işlər bir icraatda birləşdirilərək 2(004)-1737/2022 nömrə altında baxılmalı və mülki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7, 263- 264-cü maddələrinə əsasən QƏRARA ALDİM: Binəqədi Rayon Məhkəməsindən daxil olmuş iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “cavabdehlər tərəfindən qanunsuz inşa edilmiş tikililərin və artırmaların onların hesabına sökülməsi və bağ sahəsindən çıxarılması” tələbinə dair 2(001)-5881/2022 saylı mülki iş Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(004)-1737/2022 saylı mülki işlə birləşdirilərək 2(004)-1737/2022 nömrə altında bir icraatda baxılsın. Mülki iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar