Məhkəmə qərarları › İş №2(004)-1748/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1748/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1748/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə tutulan, hər bir uşaq üçün aylıq 175 manat, ümumilikdə 350 manat həddində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər bir uşaq üçün 193 manat ümumilikdə aylıq 386 manat həddində müəyyən edilməsi, həmçinin 21.05.2006-cı il təvəllüdlü X3 və X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə hər ay 450 manat olmaqla, ümumilikdə aylıq 900 manat məbləğində pulun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdırki, İddiaçı və Cavabdeh 14.12.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş və nikahları 14 dekabr 2002-ci il tarixdə 2034 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan 21.05.2006-cı il təvəllüdlü X6 və X7 adlı övladları dünyaya gəlmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə müraciət etmiş və Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 2(004)- 5140/2012 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə X5 arasında Bakı şəhəri Səadət sarayında 14 dekabr 2012-ci il tarixdə 2034 N-li akt qeydi ilə bağlanmış nikahın pozulması, 21.05.2006-cı il təvəllüdlü X3 və X4 anaları X2 himayəsində saxlanılması və 21.05.2006-cı il təvəllüdlü X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, sabit pul məbləği olaraq hər uşağa görə 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra tərəfindən Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edilmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli, 2(004)-1349/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş və 21.05.2006-cı il təvəllüdlü X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa aylıq 170 (yüz yetmiş), cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğdə alimentin cavabdehdən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda uşaqların saxlanılması üçün yaşayış minimumunda dəyişiklik edildiyindən və iddiaçı işsiz olduğundan hər uşağa görə 200 (iki yüz) manat olmaqla, aliment məbləğinin ümumilikdə aylıq 400 (dörd yüz) manatadək artırılmasını ağlabatan hesab edir. Bu barədə qarşı tərəflə könüllü şəkildə razılıq əldə etməkləri qeyrimümkündür. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq Cavabdeh iddiaçının xeyrinə tutulan, hər bir uşaq üçün aylıq 175 manat, ümumilikdə 350 manat həddində müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 21.05.2006-cı il təvəllüdlü X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə hər ay 450 (dörd yüz əlli) manat olmaqla, ümumilikdə aylıq 900 (doqquz yüz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsində alimentin məbləğini yazarkən texniki səhvə yol verdiyini, ona görə də hər uşağa hər ay 193 manat məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək məhkəmədən işsiz olduğu, hər uşağa görə 193 manat aliment ödəməyə imkanının olmamasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların yüksək mənafelərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ tərəfindən 16.06.2006-cı il tarixində verilmiş 1367 nömrə ilə qeydiyyata alınan AZ-İ 780934 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X7 21.05.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal rayon VVADQ tərəfindən 16.06.2006-cı il tarixində verilmiş 1368 nömrə ilə qeydiyyata alınan AZ-İ 780935 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X6 21.05.2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli 2(004)-5140/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət sarayında 14 dekabr 2002-ci il tarixdə 2034 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması, 21.05.2006-cı il tarixdə anadan olmuş X7 və X6 anaları İddiaçı himayəsində saxlanması, 21.05.2006-cı il tarixdə anadan olmuş X4 və X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 10 avqust 2012-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər ay, hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində alimentin tutularaq İddiaçı qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(004)-1349/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin olunaraq, 23.04.2018-ci il tarixli, 2(004)-3353/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, və Cavabdeh 21.05.2006-cı il təvəllüdlü X4 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340(üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli 2(004)-5140/2012 nömrəli qətnaməsi ilə Cavabdeh 21 may 2006-cı il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(004)-1349/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 21 may 2006-cı il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (170 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, uşaqların yaşlarına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu tələbini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu nəzərə alıb, iddia təmin edilməli, Cavabdeh 21 may 2006-cı il təvəllüdlü X4 və X3 saxlanılması üçün hər ay hər uşaq üçün 193 (iki yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(004)- 1349/2020 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh 21 may 2006-cı il təvəllüdlü X7 və X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar