Məhkəmə qərarları › İş №2(004)-1770/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1770/2024

13.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1770/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 manat dəymiş maddi zərərin, 1200 manat əldən çıxmış faydanın, cinayət işi üzrə göstərilmiş hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 manatın, ümumilikdə 5400 manat pulun və 74 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun etibarından sui-istifadə edərək, 2019-2021-ci illər ərzində Abşeron RPİ-nin Post Ptrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xdmət etmiş və xidmətdə yol verdiyi nöqsanlara görə xx.xx.2021-ci ildə xifmətdən xaric olmuş oğlu X1 3500 (üç min beş yüz) manat müqabilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vasitəsilə yenidən xidmətə bərpa edəcəyinə yalandan vəd verib xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 26-cə məhəllədə yerləşən e-manat elektron ödəmə terminalından onun 5315-9921- 4583-4112 X9 Baku kart hesabına göndərilmiş 1700 manat, xx.xx.2021-ci il tarixdə həmin ödəmə terminalı vasitəsilə 5315-9921-4583-4112 X9 Baku kart hesabına göndərilmiş 200 manat, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Bakı Quba yolu 14-cü kilometr Halal marketdə yerləşdirilmiş e-manat elektron ödəmə terminalından 5315-9921- 4583-4112 X9 Baku kart hesabına göndərilmiş 100 manat pulunu və sonuncu dəfə bundan 6-7 gün sonra Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 1700 manat pulumu vahid niyətlə alıb ələ keçirmiş, ümumilikdə mənə 3700 manat ziyan vuraraq, dələduzluq etmişdir. Abşeron rayon Məhkəməsində Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən. hazırki hökmə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdrılması cəzası ilə qismən toplanaraq Cavabdeh 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron Rayon Polis İdarəsində həpsdə saxlanıldığı 02 gün müddət və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 06 ay 29 gün müddət, azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutulmaqla nəzərə alınıb, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 08 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bildirir ki, cavabdehin ona vurduğu maddi ziyan ödənilməmiş və onun tərəfindən sözükeçən cinayət işində qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddiaya verilməmişdir. Beləliklə, vurulmuş ziyana görə Cavabdeh 3700 (üç min yeddi yüz) manat məbləğində pulu mənimsəmiş və həmin pulları bu günki günə kimi ona qaytarmamışdır. Qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 1(012)-293/2023 saylı Abşeron Rayon Məhkəməsinin hökmü vardır. Cavabdeh sözügedən məbləği ondan oğlunu işə bərpa etmək üçün aldığını məhkəmədə etiraf etmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən mənimsənilmiş 3700 (üç min yeddi yüz) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmiş, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, tələbi 3700 manat hissədə qəbul edir. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Abşeron Rayon Məhkəməsinin 1(012)-293/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.5 və 68.1.1- 1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmış və Cavabdeh 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində həbsdə saxlanıldığı 02 gün müddət və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 06 ay 29 gün müddət, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla nəzərə alınmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 il 08 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanması, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməsi, Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hökm edilmişdir. Hökmün məzmunundan görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkir. İddiaçı onun barəsində etdiyi şikayəti ilə bağlı bildirir ki, həqiqətən də o, İddiaçı 2021-ci ilin oktyabr ayının əvvəllərindən tanıyır. Belə ki, İddiaçı Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət etmiş oğlu X4 2021-ci ilin oktyabr ayının əvvəllərində xidmətdə yol verdiyi nöqsanlara görə xidmətdən azad olunduğu üçün həmin ərəfədə İddiaçı ona zəng edərək oğlu X7 Nazirliyində yenidən işə bərpa olunmasına köməklik göstərə-bilib-bilməyəcəyimi soruşmuşdur. O, da həmin vaxt Kamilə bu işdə köməklik göstərə biləcəyinə söz verdiyi üçün xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasının yaxınlığında Kamil və oğlu Şahinlə görüşüb bu barədə bir qədər söhbət etmişlər. Söhbət əsnasında o, Kamilə bildirmişdir ki, Daxili İşlər Nazirliyində işləyən bir neçə tanışları var. Ona görə də 5000 manat müqabilində oğlu X7 Nazirliyində yenidən xidmətə bərpa olunmasına köməklik edə bilər. Kamil həmin vaxt ona 5000 manatının olmadığını bildirmiş və onlar bir qədər də bu barədə danışdıqdan sonra 3500 manat müqabilində həmin işi həll edəcəyinə söz verib oğlu Şahinin şəxsiyyət vəsiqəsinin ksero surətini onlardan götürmüşdür. Həmin gün axşam saat 19 radələrində o, Kamil ilə telefon əlaqəsi saxlayıb guya ki, bir qədər sonra DİN-də işləyən tanışları ilə görüşəcəyini, bu işə görə də razılaşdıqları 3500 manatın 1700 manatını onun kartına göndərməyi bildirdiyinə görə Kamil bir qədər sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində onun 5315- 9921-4583-4112 X9 Baku kart hesabına 1700 manat göndərmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə o, yenidən Kamilə zəng edərək guya ki, işin düzəlməsi üçün 200 manat lazım olduğunu demişdir. Ona görə də Kamil həmin gün saat 19 radələrində həmin plastik kartına 200 manat göndərmiş və o, 2021-ci ilin noyabr ayının 25-nə kimi oğlu Şahinin işə bərpa olunması məsələsinin həll olunacağına söz vermişdir. xx.xx.2021-ci ildə o, yenidən İddiaçı zəng edib bu işlə bağlı məhkəmə prosesi olacağını, qətnamə çıxacağını deyib 100 manat da göndərməyi bildirmişdir. Ona görə də Kamil həmin gün saat 12:30 radələrində onun kart hesabına 100 manat da göndərmişdir. Bundan təxminən 6-7 gün sonra o, yenə də Kamilə zəng edərək işin düzəlmə ərəfəsində olduğunu bildirib qalan 1500 manatı çatdırmağını, həmçinin işin həlli üçün bir neçə nəfər şəxslə mobil telefonla danışmalı olduğunu bildirib əlavə olaraq 200 manat da çatdırmağını bildirmişdir. Ona görə də onlar həmin gün saat 18 radələrində Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən H.Əliyev parkının qarşısında görüşmüşlər və həmin vaxt Kamil ilə o, bu barədə bir qədər də söhbət etdikdən sonra Kamil ona 1700 manat da vermişdir. Lakin sonrakı vaxtlarda o, vədinə əməl edə bilməmiş və Kamildən aldığı həmin 3700 manat pulu öz ehtiyaclarına xərcləmişdir. İddiaçı da ona yalan danışdığını, həmçinin ondan aldığı ümumilikdə 3700 manat pulu geri qaytarmadığına görə onun barəsində şikayət etmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin oktyabr ayında İddiaçı etibarından sui-istifadə edərək 3700 manat məbləğində pulunu ələ keçirməklə ona qarşı dələduzluq cinayətini törətmişdir. Abşeron Rayon Məhkəməsinin 1(012)-293/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Hazlrda iddiaçı 3700 manat pul, 1200 manat əldən çıxmış fayda, cinayət işi üzrə göstərilmiş hüquqi xidmətə görə vəkilə ödənilmiş 500 manat olmaqla, ümumilikdə 5400 manat pulun və 74 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh iddia tələbini qismən, yəni 3700 manat hissədə qəbul edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə Cavabdeh iddiaçıya qarşı dələduzluq edərək 2021-ci ilin oktyabr ayından 3700 manat pulunu ələ keçirməsi təsdiq olunur. İddiaçı həmin pulu və pulun ödənilməsini gecikdirdiyi üçün ona dəymiş zərəri cavabdehdən tələb etməklə qismən haqlıdır. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş vaxt (2 il 4 ay) üçün illik 5 faiz hesablanmaqla, 431 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, hüquqi xidmətə görə vəkilə ödənilmiş vəsaitin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4131 (dörd min yüz otuz bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 61,31 (altmış bir manat otuz bir qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4131 (dörd min yüz otuz bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 61,31 (altmış bir manat otuz bir qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar