Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1771/2023 10.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2014-cü il təvəllüdlü Ayşən və xx.xx.2017-ci il təvəllüdlü Vəlinin saxlanması üçün onların yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 220 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-526/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdülü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda Ağdam Rayon Məhkəməsinin qətnaməsi ilə nəzərdə tutulan aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını iddiaçı çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, hal-hazırda hər uşaq üçün 175 manat olmaqla, 350 manat aliment alır. Cavabdeh "xxxx" MMC-də texnik işləyir və kifayət qədər gəliri var. Ona dediyinə görə maaşı 750 manat olmalı idi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak eən tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələb9i qismən təmin olunmalıdır. İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzinin 06 fevral 2023-cü il tarixli Arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 353557 seriya nömrəli Nikahın pozulması haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasındakı nikah Ağdam Rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuş, nikaha xx.xx.2010-cu il tarixdə xitam verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 278776 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarında olan AZ-İİİ seriyalı, 940450 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X9 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-526/2020 saylı, 31 may 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4745/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir və buna görə də məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq, iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Həmin Qanuna əsasən 2023-cü il yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqları maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsində qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017ci il təvəllüdülü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdülü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin tutulması iddia tələbində qeyd edildiyi kimi - iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən deyil, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdülü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdülü X7 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1771/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1771/2023
10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver