Məhkəmə qərarları › İş №2(004)-1778/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1778/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1778/2022 04.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2014-cü il təvəllüdlü X3 və 05 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə iki uşağa görə 386 manata çatdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-179/2019 nömrəli, 04.01.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuşdur. Həmçinin həmin qətnamə ilə məhkəmə uşaqların ananın yanında qalmasını qət etmişdir. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh 05 noyabr 2014-cü il təvəllüdlü X3 və 05 avqust 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 193 manat müəyyən edilmişdir. cavabdehin maddi imkanı çox yaxşıdır. Cavabdehlə boşandıqdan sonra övladları onun himayəsində qalmışdır. Onların bütün qayğıları ilə tək məşğul olur. Övladları böyüdükcə onların tələbatları artır və o, tək başına bütün bunları qarşılamaq iqtidarında deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq iddiaçı iclasda bildirmişdir ki, himayəsində iki uşaq var. Məktəbə gedirlər hal-hazırda. Anası da xəstədi. Uşaqlar məktəbə getdiyinə görə artıq çatdıra bilmir, iki uşağa baxa bilmir. Bu vaxta qədər dəfələrlə aliment artırılsada, lakin heç vaxt müraciət etməmişdir. İndi uşaqlar məktəbə getdiyinə görə çatdıra bilmir. Cavabdeh işləyir, evləri var və icarəyə verirlər. 3 ədəd evləri var. Anası ilə qalır. Əlavə gəlirləridə var. Fındıq sahələri var və hər yay sahələrdən gəlir əldə edirlər. Yəni gəlirləri mövcuddur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 862130 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 05 noyabr 2014cü il təvəllüdlü X6 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 453082 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 05 avqust 2016cı il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-179/2019 saylı, 04.01.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmşı nikah pozulmuş, birgə nikahdan olan 05 noyabr 2014-cü il təvəllüdlü X6 və 05 avqust 2016-cı il təvəllüdlü X2 Gülər Bəylər qızının yanında saxlanılmış, 05 noyabr 2014-cü il təvəllüdlü X3 və 05 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh həy ay hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir və buna görə də məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220ci rəhbər tutaraq, iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Həmin Qanuna əsasən 2022-ci il yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqları maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, 05 noyabr 2014-cü il təvəllüdlü X3 və 05 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 05 noyabr 2014-cü il təvəllüdlü X3 və 05 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. 05 noyabr 2014-cü il təvəllüdlü X3 və 05 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 05 noyabr 2014-cü il təvəllüdlü X3 və 05 avqust 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar