Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1781/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı cavabdeh Yasamal Rayon Polis İdarəsinə qarşı “şəxsin yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Yasamal Rayon Polis İdarəsinə qarşı “şəxsin yaşayış yeri üzrə qeydiyyata alınma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daimi olaraq ailəsiylə birgə yaşadığı - ünvan 1 ünvanına qeydiyyata düşməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, daimi olaraq ailəsiylə bilikdə ünvan 1 ünvanında yaşayır. Birgə yaşadığı ailəsi-həyat yoldaşı X1, oğlu- X3 və qızı-X2 yaşadıqları ünvan 3 ünvanında pasport qeydiyatındadırlar. Lakin, o, həmin ünvana qeydiyyata düşməklə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etsə də, sonuncu onu həmin ünvana qeydiyyata salmaqdan imtina etmişdir. Ailə üzvləri- həyat yoldaşı X1, oğlu- X3 və qızı-X2 Notariat ofisində ərizə verərək onun həmin ünvana qeydiyyata düşməsinə etiraz etmədiklərini bildirsələr də Yasamal rayon Polis İdarəsi bütün hallarda onun yaşadığı ünvana qeydiyyata düşməyinə maneələr yaradır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Yasamal rayon Polis İdarəsinə qarşı “yaşadığı ünvana qeydiyyata salınmasını” tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqandır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Yasamal Rayon Polis İdarəsinə qarşı “şəxsin yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli, iddiaçıya müvafiq inzibati orqana (ASAN xidmət mərkəzləri), imtina aldığı halda müvafiq imtina qərarından inzibati məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh Yasamal Rayon Polis İdarəsinə qarşı “şəxsin yaşayış yeri üzrə qeydiyyata alınma” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1781/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1781/2023
02.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver