Məhkəmə qərarları › İş №2(004)-179/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-179/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-179/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli İKM 386 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.723,71 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 673,20 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 250,08 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1.255,14 ABŞ dolları cərimə olmaqla, cəmi 3.902,13 ABŞ dollar borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq LPO İddiaçı SC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2015-ci il tarixli İKM 386 saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 18 ay müddətinə illik 28 % ödəmək şərti ilə 1.900 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyini vaxtında yerinə yetirməmiş, xəbərdarlıqlara baxmayaraq borcu ödəməmiş və müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zəmanət müqaviləsi bağlanmışdır. Zəmanət müqaviləsinin 2.2ci bəndinə əsasən zamin Cavabdeh2 bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 banka əsas borcu 1.723,71 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixə faiz borcu 673,20 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 250,08 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1.255,14 ABŞ dolları olmaqla, cəmi 3.902,13 ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh1 onun arvadırır. Onun dostuna pul lazım olduğuna görə İddiaçı ASC-yə müraciət edərək borc almış və dostuna vermişdir. Banka olan borcu dostu qaytarmaldı idi. Bu məqsədlə xx.xx.2015-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi və onunla zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən onlara xəbərdarlıq edilmədən faizlər hesablanmışdır. O, bankdan borcu alıb dostuna vermişdir. İndiyə kimi bank onları narahat etməmişdir. Bu səbəbdən də borcun ödənildiyini hesab etmişdir. İddia müddətinin keçməsi barədə ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 386 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 28%-lə 18 ay müddətinə 1.900 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 386 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 xx.xx.2015-ci il tarixli İKM 386 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh1 müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh1 banka xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.723,71 ABŞ dolları əsas borc, 673,20 ABŞ dolları faiz borcu, 1.255,14 ABŞ dolları cərimə borcu, 250,08 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 250.08 ABŞ dolları borc olmaqla, cəmi 3.902,13 ABŞ dolları borcu yaranmışdığı göstərilmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə başa çatdığına görə, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə 1.255,14 ABŞ dolları dəbbə pulu azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.723,71 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə hesablanmış 673,20 ABŞ dolları faiz borcu və hesablanmış 100 ABŞ dolları cərimə olmaqla, cəmi 2.496,91 ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi Cavabdeh1 qarşı qalan hissədə, yəni “1.155,14 ABŞ dolları cərimə və müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 %-lə hesablanmış 250,08 ABŞ dolları faizin tutulması” hissəsində rədd edilməlidir. Çünki, borclunun pul məbləğinin ödənilməsini gecikdirməklə, ondan fayda götürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli İKM 386 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.723,71 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə hesablanmış 673,20 ABŞ dolları faiz borcu və hesablanmış 100 ABŞ dolları cərimə olmaqla, cəmi 2.496,91 (iki min dörd yüz doxsan altı ABŞ dolları doxsan bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan manatı məzənnəsi ilə) borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı qalan hissədə rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində tam rədd edilsin. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar