Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-18/2022 10.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının (cavabdehin) vəkili Vəkil1 Cavabdehin (iddiaçının) nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödədiyi 27770 (iyirmi yeddi min yeddi yüz yetmiş) manat pulun, gecikdirilmiş hər gün üçün müqavilə qiymətinin 0,1%-i hissəsində cərimənin və vurulmuş mənəvi zərərə görə isə 10000 AZN pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 20 sentyabr 2018-ci il tarixdə müqavilə bağlayaraq ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Safari-N MMC-nin inşa etdiyi 46 saylı mənzildə təmir işlərinin aparılmasını Cavabdeh həvalə etmişdir. Bunun üçün ona, 20 sentyabr 2018-ci il tarixli, 02 noyabr 2018ci il tarixli, 18 noyabr 2018-ci il tarixli və 04 fevral 2019-cu il tarixli maliyyə arayışlarına əsasən 27770 AZN pul vəsaiti ödəmişdir. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən aparılmış təmir işləri 90 iş günü ərzində təhvil verilməli idi. Lakin müqavilənin bağlanmasından artıq 5 ay keçməsinə baxmayaraq təmir işləri hələ də təhvil verilməmişdir. Eyni zamanda qeyd etmişdir ki, aparılan təmir işləri isə həddindən artıq keyfiyyətsiz aparılmışdır, bəzi detallar artıq, təmir təhvil verilməmiş sıradan çıxmağa başlamışdır. O həmin formada təmir edilən evdə ailə üzvləri ilə yaşaya bilməz. Hansı ki, həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən icraçının vəzifələrindən biri də yüksək keyfiyyətli təmirin təqdim edilməsi idi. Həmçinin qeyd etmişdir ki, mənzildəki aparılan təmir işləri heç bir standarta cavab vermir. Otaqların və koridorun divarlarında çoxsaylı əyriliklər var. Balkonlar kustar üsullarla təmir olunmuşdur. Bütün divarlardakı alçipan işləri əyri görülmüşdür. Hamam və tualetin kafel və metlaxları əyri vurulmuşdur. Koridor və mətbəxdəki mərmərlər əyri vurulmuşdur, altları boşdur. Uşaq, mətbəx və yataq otaqlarındakı oboylardakı stiklər aralı vurulmuşdur Söz verildiyi kimi elektrik sistemində “Gewiss” təchizatının “Vavyen” sistemi istifadə olunmamışdır. Tavanda işlər çox keyfiyyətsiz aparılmışdır. Təmirdə istifadə olunan bütüm materiallar artıq indidən korlanmışdır. Qeyd edilməlidir ki, Cavabdeh tərəfindən edilmiş təmir işləri tikinti qaydalarına riayyət edilmədən aparılmışdır. Həmin mənzildə yaşamaq mümkün deyil. İddiaçı həmin mənzildə yaşamaq üçün yenidən təmir işləri aparmalıdır. Cavabdeh müqavilə öhdəliklərinə riayyət etməməklə ona maddi ziyan vurmuşdur, ona görə də Cavabdeh ödədiyi 27770 AZN pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Eyni zamanda iddiaçı bu müddət ərzində kirayə qalmaqla da maddi ziyana uğramışdır. Bütün bunlarla yanaşı həddsiz vaxt itkisinə məruz qalmışdır. Mənəvi zərbə almışdır. Cavabdeh (iddiaçı) Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, müqavilə müqavilənin predmetini təşkil edən xidmətlər Cavabdeh tərəfindən keyfiyyətlə və müəyyən edilmiş müddətdə iddiaçıya təhvil verilmişdir. Belə ki, tərəflər arasında bağlanılmış 20.09.2018-ci il tarixli 0178 nömrəli müqavilənin 3.2-ci bəndinə əsasən müqavilənin dəyəri üç hissədə ( 40%/30%/30%) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş və sifarişçi ilə icraçı arasında imzalanmış 05.12.2018-ci il tarixli " Görülən işlər üzrə protokola " əsasən cavabdeh müqavilə üzrə xidmətləri lazımı keyfiyyətdə təhvil vermiş və iddiaçı isə bu xidmətləri əksiksiz həyata keçirildiyini təsdiq edərək təhvil almışdır. İşlərin təhvil alınmasına baxmayaraq iddiaçı tərəfindən 8730 manat ödənilməmiş borc məbləği qalmışdır. Qeyd edilənlərdən sonra sual meydana gəlir : "İşlər vaxtında və keyfiyytlə aparılmadığı və hal-hazıra kimi təhvil verilmədiyi iddia edilirsə hansı səbəbdən 04.02.2019-cu il tarinədək onun tərəfindən qismən ödənişlər edilmişdir? Hansı səbəbdən iddiaçı tərəfindən " Görülən işlər üzrə protokol " imzalanmış və işlərin təhvil alındığı təsdiq edilmişdir?" Aydın olduğu kimi iddianın qeyd edilən dəlili tamamilə əsassızdır və özünümüdafiə xarakteri daşıyır. Bununla yanaşı aparılmış təmir işləri və tikinti materialları müqavilə şərtlərinə uyğun olaraq tam keyfiyyətdə olmuşdur. İddia ərizəsində qeyd edilən bu dəlil də, iddiaçının öz öhdəliklərindən yayınması məqsədi daşıyır. Tikinti işlərinin bitməsinə və xidmətlərin protokol əsasında təhvil verilməsinə baxmayaraq iddiaçı tərəfindən 8730 manat ödənilməmiş borc məbləğinin saxlanılması qərəzli və düşünülmüş addım olmuşdur. Belə ki, məbləğin ödənilməsi istiqamətində iddiaçı ilə danışıqlar aparılmasına dəfələrlə cəhd etsə də bu hər hansı nəticə verməmişdir. Öhdəliklərindən yayınan iddiaçı daha sonra özünü daxili işlər orqanın əməkdaşı kimi qələmə verərək nəqliyyat vasitəsində həmin orqana məxsus xüsusi geyim formasını asmış və bu vasitə ilə cavabdehə hədə-qorxu gəlməklə öz öhdəliyinin icrasından yayınmağa cəhd etmişdir. Bu hal ilə bağlı cavabdeh tərəfindən Daxili İşlər Nazirliyinə 06.03.2019-cu il tarixli müraciət edilmiş və müraciətinə aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Müraciətinə baxıldığı müddətdə bəhs edilən mənzildə kondisioner avadanlıqları quraşdırmış Nurəddin adlı digər icraçı tərəfindən də onun barəsində polis orqanına şikayət ediləcəyini öyrənən iddaçı məsuliyyətdən yayınması məqsədilə ona olan borcunu tam ödəmiş və öz növbəsində 18.03.2019-cu il tarixində cavabdehə qarşı əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu əsasla araşdırmanın dayandırılmasına nail olmuşdur. Nəticədə bəhs edilən qurumun ( polis orqanının) 02.04.2019-cu il tarixli 044-115390-3219 nömrəli məktubu ilə müraciətində göstərilən xüsusatların mülki xarakterli olması bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Aydın olduğu kimi iddiaçı polis orqanında başlana biləcək cinayət təqibindən yayınmaq üçün iddia ərizəsi ilə süni olaraq məhkəməyə müraciət etmişdir. Hal-hazırda iş materiallarına əlavə edilmiş sübutlar iddianın əsassız olduğunu və öhdəlikdən yayındığını tam təsdiq edir. İş materiallarına əlavə edilmiş yazılı sübutlarla yanaşı mənzildə təmir işləri bitdikdən sonra cavabdeh tərəfindən bu prosesi təsdiqləyən video yazı lentə alınmışdır. Həmin video yazıya nəzərə salınsa mənzildə işlərin tamamlandığını, sanitar gigiyenik qovşaqların artıq tam formada quraşdırıldığını ( unitaz, duş kabineti, elektrik avadanlıqlari, divar Kağızları, döşəmə , kafel-metlax, tavan, domofon və s.), hətta mətbəx , yumşaq və yataq mebellərinin artıq yerləşdirildiyini və yaşayışa tam hazır vəziyyətdə olduğunu aydın şəkildə görmək olar. Bununla da iddia ərizəsində qeyd edilən mənzilin iddiaçının yaşamasi üçün yararsız olması ilə bağlı dəlillərinin də əsassız olduğu tam təsdiqini tapmış olur. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı müqavilə üzrə ödənilməmiş 8730 manat borc məbləğinin, 1130 manat dəbbə pulunun, 110 manat vəkilə ödənilən haqqın, 30 manat dövlət rüsumunun, ümumilikdə 10.000 manat məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanılmış 20.09.2018-ci il tarixli 0178 saylı "xidmətlərin göstərilməsi barədə" müqaviləyə əsasən cavabdehə məxsus Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında "xxxx" MMC-nin inşa etdiyi yeni tikili binanın 46 saylı mənzilində təmir işlərinin aparılması və bu xidmətlərinin dəyərinin ödənilməsi razılaşdırılmışdır. Müqavilə şərtlərinə uyğun olaraq sifarişçi (cavabdeh) tərəfindən sifariş verilmiş işlər içraçı (iddiaçı) tərəfindən tam icra edilərək təhvil verilmişdir. Bu barədə tərəflər arasında görülmüş işlər üzrə protokol tərtib edilmiş və cavabdeh tərəfindən xidmətlər bu protokol üzrə təhvil alınmışdır. Müqavilənin 3.2-ci bəndinə uyğun olaraq 20.09.2018-ci il tarixində cavabdeh tərəfindən ümumi xidmət dəyərinin 40 faizi məbləğində, yəni 14600 azn pul , 02.11.2018-ci il tarixində 10000 azn məbləğində pul, 18.11.2018-ci il tarixində 950 azn məbləğində pul, 04.02.2019cu il tarixində 2220 manat məbləğində pul ödənilmiş və bu ödənişlər barədə müvafiq olaraq 20.09.2018-ci il tarixli 0178 nömrəli, 02.11.2018-ci il tarixli 0178 nömrəli, 18.11.2018-ci tarixli 0178 nömrəli, və 04.02.2019-cu il tarixli 0178 nömrəli maliyyə arayışları tərtib edilmişdir. Müqavilə üzrə cavabdehin 8730 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi məqsədilə pretenziya qaydasında cavabdehə 28.02.2019-cu il tarixli bildiriş göndərilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Daha sonra iddiaçı (cavabdeh) Cavabdeh iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək cavabdeh İddiaçı 8730 manat borc məbləğinin, 30 manat dövlət rüsumunun əvəzinin, 110 manat vəkilə ödənilmiş haqqın, 13322 manat cərimə məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 01.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, iddiaçı (cavabdeh) Cavabdeh ona qarşı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, onlar müqaviləni orada qeyd edildiyi kimi yüksək keyfiyyətli işlərin görülməsinə görə bağlayıblar, lakin ekspert rəyində də qeyd olunduğu kimi müəyyən qüsurlar var. Ekspert onların və ya qarşı tərəfin günahı olduğunu qeyd etməyib. İddia tələbinin təmin edilməsini və qarşı tərəfin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, orada işlər görülüb və iş materiallarına əlavə olnunan təhvil-təslim aktında göründüyü kimi qarşı tərəf evi təmirli şəkildə təhvil almışdır və qalıq borcunu ödəməmişdir. İddia tələbinin təmin olunması və qarşı tərəfin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 01.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən cavabdeh (iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, kompleks ekspertiza olub. Komission ekspertiza olmayıb. Qeyd edilən işlərin cavabdeh tərəfindən görüldüyü harada təsdiqini tapıb. O işləri Cavabdeh görüb. Tərəflər arasında təhvil-təslim aktı var. Həmin protokolun özündə də daxili və xarici qapıların qiyməti müəyyən olunub və onlar işləri görüb təhvil veriblər. Əgər həmin işləri cavabdeh görübsə, o qapıların, onların dəyərinin və o işlər orada nə üçün qeyd olunub. Onlar sonda təhviltəslim sənədi imzalayıblar. Ekspertin qiymətlə bağlı rəy verməsi ilə razılaşmır. Ekspert o zaman rəy verə bilər ki, qiymət tərəflər arasında razılaşdırılmasın. Təkrar ekspertiza keçirilərkən ilkin ekspertizanın nəticələri ilə müxtəliflik yaranarsa təkrar ekspertiza rəyinin tədqiqi hissəsində həmin müxtəlifliyin elmi-metodiki səbəbləri göstərilməlidir. Ekspert rəyində yazılıb ki, mənzilin divarlarına vurulmuş divar qatında əyrilik var. Hansı divarlarda, hansı ölçüdə, nə qədər əyrilik olduğu, umumiyyətlə əyrilik anlayışının nədən ibarət olduğu və əyrilik normasının icazə verilən son həddinin nə qədər olduğu göstərilməli idi. Burada isə sadə əyrilik olduğu yazılıb. Ev 128 kv metrdir, onun 10 kvadrat metrində əyrilik olması, ümumiyyətlə keyfiyyətsiz olması demək deyil. 01.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ekspert X2 məhkəməyə verdiy izahatında bildirmişdir ki, o müddət məsələsini müəyyən edə bilməz. Müqavilədə göstərilən işlər görülüb. Lakin müəyyən qüsurlar var. Baxış zamanı divarların bəzi yerlərinin suvaq qatının əyri olması aşkar edilmişdir. Müqavilədə yüksək keyfiyyət var. Bəzi qüsurlar var ki, gərək evi yenidən söküb təmir edəsən. Ekspert rəyinin tədqiqat hissəsində qeyd etmişdir ki, təmir qismən keyfiyyətsizdir və aradan qaldırılması mümkündür. Təmir yüksək keyfiyyətli deyil. 10-20% qüsur var. Məbləğlə bağlı bildirmişdir ki, 28000 manat yazmışdır. İlkin ekspertiza rəyində məhkəmə tərəfindən qoyulan sualda müəyyən şeylərin qiymətləndirilməsi nəzərə alınmadan qoyulmuşdur. Amma qapılar və digərləri qiymətləndirilib. Məhkəmə ekspert qarşısına konkret sual qoyub və o qiymətləndirib. İş materiallarında olan sifarişçi İddiaçı ilə icraçı Cavabdeh arasında bağlanmış 20.09.2018-ci il tarixli 0178 №-li müqaviləyə əsasən müəyyən olunur ki, bu müqaviləyə görə “icraçı” müqavilənin bir hissəsi olan əlavədə göstərilən və sifarişçi tərəfindən seçilmiş materiallara əsasən mənzilin təmirini həyata keçirərək “Sifarişçiyə” təhvil verməyi, “Sifarişçi” isə müqavilənin ayrılmaz hissəsi olan mal seçimi və qiymət razılaşdırma protokoluna əsasən görülmüş işləri qəbul edib müqavilə və qiymət protokolu ilə müəyyənləşdirilmiş məbləği “İcraçıya” ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə ilə işlərin görülməsi üçün istifadə edilən materiallar və icraçının gördüyü işlər tərəflərin imza və möhürü ilə təsdiq olunmuş və müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokolu və qaimə-fakturadır. Müqavilədə təmir işlərinin 90 iş günü ərzində təhvil verilməsi müəyyənləşdirilmişdir. İş materiallarında olan təhvil-təslim protokolundan görünür ki, icraçı Cavabdeh sifrişçi İddiaçı məxsus sahəsi 128,0392kv metr sahəsi olan mənzildə (dəhliz, 2 ədəd sanitar qovşaq, mətbəx, zal, yataq otağı, uşaq otağı, 3 ədəd eyvan) görülən işləri təhvil vermişdir. Görülən işlər elektrik (kabellərin montajı, şitin, karobkaların, avtomatların, domofonların, işıq sisteminin quraşdırılması və yığılması), santexnik kanalzasiya sisteminin, boruların, kombinin, kollektorun, işti döşəməni, seksiyaların, boruların, aksessuarların montajı), malyar (alçipanın və asma tavanın, divarlara və tavana risunkalı və sadə işlənməsi, eyvanların işlənməsi, emulsiya işləri, divar kağızlarının işlənməsi), pol ustası (laqa, diktin, laminatın, plintusun, kafel metlaxın döşəməyə və divarlara işlənməsi), qapılar (çöl və daxili və daxili qapıların quraşdırılması), pəncərədən (alüminium pəncərənin quraşdırılması və digər mənzildə mövcud olan pəncərələrin təmiri), həmçinin çol qapı (1 ədəd 650AZN), Daxili qapı (300 AZN 1 ədədinə aid olan qiymət)-6 ədəd, Kombi Almaniya (850 AZN)-1 ədəd, elektro kabellər, tv, internet, avtomat (Türkiyə) Karobka (cevis), Domofon- 2 ədəd, Dikt 18* (29 ədəd), Laqa 5*7-160 metr, Laminat 8*33 class (Kronostar 15 AZN, 1kv/m aid olanb qiymət)-65 kv/m, asma tavan (Bafoni) 8,5 kv m, alçipan 10* Knauf-72 ədəd, divar kağızları (40 AZN 1 rulonuna aid olan qiymət)-40 rulon, isti döşəmə (şovsuz)+ Kolektor sistemi (metak)-500 metr, Kafel, Metlax (Gilan/İran 15AZN 1kv/m-ə aid olan qiymət)-52 kv/m, 46 kv/m , kombi seksiyaları (15 AZN 1 ədədinə aid olan qiymət)-78 ədəd, mərəmr podokonik- 3 ədəd, pəncərə alüminium 3*2,77 – 1 ədəd ibarət olmuşdur. Həmin işlər İddiaçı tərfindən təhvil alınmışdır. İş materiallarında olan 20.09.2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 20.09.2018-ci il tarixli müqaviləyə və həmin müqavilənin ayrılmaz hissəsi olan mal seçimi və qiymət razılaşdırma protokolu barədə əlavəyə əsasən müəyyən olunmuş cəmi 36500 (otuz altı min beş yüz) AZN dəyərdən 14600 AZN məbləğindəki hissəsini ödəmişdir. Qalıq 21900 AZN təşkil edir. İş materiallarında olan 02.11.2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 20.09.2018-ci il tarixli müqaviləyə və həmin müqavilənin ayrılmaz hissəsi olan mal seçimi və qiymət razılaşdırma protokolu barədə əlavəyə əsasən müəyyən olunmuş cəmi 36500 (otuz altı min beş yüz) AZN dəyərindən 24600 AZN məbləğindəki hissəsini ödəmişdir. Qalıq 11900 AZN təşkil edir. İş materiallarında olan 18.11.2018-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 20.09.2018-ci il tarixli müqaviləyə və həmin müqavilənin ayrılmaz hissəsi olan mal seçimi və qiymət razılaşdırma protokolu barədə əlavəyə əsasən müəyyən olunmuş cəmi 36500 (otuz altı min beş yüz) AZN dəyərdən 25500 AZN məbləğindəki hissəsini ödəmişdir. Qalıq 10950 AZN təşkil edir. İş materiallarında olan 04.02.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 20.09.2018-ci il tarixli müqaviləyə və həmin müqavilənin ayrılmaz hissəsi olan mal seçimi və qiymət razılaşdırma protokolu barədə əlavəyə əsasən müəyyən olunmuş cəmi 36500 (otuz altı min beş yüz) AZN dəyərdən 27770 AZN məbləğindəki hissəsini ödəmişdir. Qalıq 8730 AZN təşkil edir. İş materiallarında olan 27.02.2019-cu il tarixli borcun ödənilməsi barədə bildirişdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında 27.03.2019-cu il tarixli 14№-li müqavilədən görünür ki, Cavabdeh ilə Vəkil2 arasında hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Hüquqi yardıma görə haqq 110 (yüz on) manat müəyyən olunmuşdur. İş materiallarında olan 27.03.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh İlham oğlu 110 manat məbləğində pulu Vəkil2 ödəmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış 02.04.2019-cu il tarixli məktubdan görünür ki, Cavabdeh İddiaçına məxsus mənzildə təmir işləri aparmağına baxmayaraq sonuncu tərəfindən əmək haqqının ödənilməməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı müraciətin Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinə daxil olduğu və ərizədə göstərilən xüsusatların mülki xarakterliliyi nəzərə alınaraq, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olanBakı şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis general-mayoru X5 Orxan İlham oğlu tərfindən verilmiş 14.03.2019-cu il tarixli izahatdan görünür ki, Cavabdeh İddiaçı ilə aralarında 20.09.2018-ci il tarixdə müqavilə bağlandığını və Anara məxsus mənzili təmir etdiyini, Anarın ona 25-26 min manat ödəniş etdiyini, mənzili təmir etdikdən sonra müqaviləyə əsasən Anarın qalan 8700 borcu Anardan istədiyini, Anara bu barədə məhkəməyə müraciət etdiyini bildirdiyini, lakin İddiaçı özünü X8 yüksək rütbəli əməkdaşı kimi təqdim edərək ona hədə-qorxu gəldiyini, müxtəlif bəhanələrlə etdiyi təmirdən narazı qaldığını bildirərək borcunu vermək istəmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis general-mayoru X6 Anar Çingiz oğlu tərəfindən verilmiş 14.09.2019-cu il tarixli izahatdan görünür ki, İddiaçı 2018-ci ilin avqust ayında mənzil aldığını, həmin mənzil təmirsiz olduğu üçün onu təmir etdirmək qərarına gəldiyini, internetdən əldə etdiyi nömrə ilə təmir üçün Meeras şirkətinə müraciət etdiyini, həmin şirkətdə tanışç olduğu Cavabdeh ilə müqavilə imzaladığını, evi təmir etdikdən sonra Orxana 27700 manat pul ödədiyini, sonradan etdikləri təmir xoşuna gəlmədiyi üçün yerdə qalan 8700 manatı ödəmədiyini, əksinə təmir xoşuna gəlmədiyindən Orxana ödədiyi pulun ona geri qaytarmasını bildirdiyini, Orxanın isə pulu qaytarmadığını, buna görə də Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, Cavabdeh hədə-qorxu gəlmədiyini, özünü X8 yüksək rütbəli işçisi kimi təqdim etmədiyini, ondan mənzilində dəymiş ziyani, yəni 27700 manat pulunu ona qaytarmasını bildirdiyini qeyd etmişdir.. İş materiallarında olan 20.11.2019-cu il tarixli 22752№-li eksprt rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində "xxxx" MMC-nin inşa etdiyi 46 saylı mənzildə aparılan təmir işləri İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 20.09.2018-ci il tarixli, 0178 saylı müqavilənin 2.2.1-ci maddəsinə uyğun olaraq tam başa çatdrıldığı və təhvil verildiyi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində "xxxx" MMC-nin inşa etdiyi 46 saylı mənzildə aparılan təmir işləri İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 20.09.2018-ci il tarixli, 0178 saylı müqavilənin 2.2.2-ci maddəsinə uyğun olaraq keyfiyyətlə həyata keçirildiyi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində "xxxx" MMC-nin inşa etdiyi 46 saylı mənzildə (cavabdeh tərəfindən və onun vəsaiti hesabına həyata keçirilən plintusların vurulması, qapıların alınması və onların montaj edilməsi, qapıların altına mərmər vurulması, yataq otağına gizli karniz vurulması xərclər istisna olmaqla) yerinə yetirilmiş müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 34501 manat məbləğində olduğu müəyyən edilmişdir. İş materiallarında olan 29.01.2021-ci il tarixli 1195№li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində "xxxx" MMC-nin inşa etdiyi 46 saylı mənzildə aparılan təmir işləri İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 20.09.2018-ci il tarixli, 0178 saylı müqavilənin 2.2.1-ci maddəsinə uyğun olaraq tam başa çatdırılmışdır. Lakin müqavilənin 2.2.1-ci maddəsində göstərilən mənzildə aparılmalı təmirtikinti işlərinin 90 iş günü müddətində başa çatıb-çatmamasını müəyyən etmək tikintitexniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində "xxxx" MMC-nin inşa etdiyi 46 saylı mənzildə aparılan təmir işlərində qüsurlar müəyyən olunmuşdur. Bu səbəbdən də 20.09.2018-ci il tarixli müqavilənin 2.2.2ci maddəsinə uyğun olaraq keyfiyyətlə həyata keçirilməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində "xxxx" MMC-nin inşa etdiyi 46 saylı mənzildə aparılan təmir işlərinin (İddiaçı tərəfindən və onun vəsaiti hesabına həyata keçirilən plintusların vurulması, qapıların alınması və onların montaj edilməsi, qapıların altına mərmər vurulması, yataq otağına gizli karnizin vurulması xərcləri istisna olmaqla) orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 28470 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan 24.11.2021-ci il tarixli 10/3487saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunan üzrə aparılmış təmir işlərinin ümumilikdə keyfiyyətlə yerinə yetirildiyi müəyyən olunur. Tədqiq olunan mənzil üzrə estetik cəhətdən (altı boşalmış bir neçə metlax plitələr istisna olmaqla) rəyin tədqiqat hissəsində qeyd olunan qüsurların olduğu müəyyən edilmişdir. Lakin hal-hazırda tikinti təmir işlərində əmələ gələn qüsurların yaranma tarixini və ya müddətini, eləcə də səbəbini müəyyən etmək üçün metodika olmadığından, tədqiq olunan mənzil üzrə yerinə yetirilmiş təmir işlərində estetik cəhətdən mövcud olan qüsurların nə vaxt yaranmasının, eləcə də yaranma səbəbinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Tədqiq olunan mənzil üzrə təmir işlərinin başa çatdırıldığını, lakin bəzi işlər üzrə estetik cəhətdən qüsurlar mövcud olduğunu nəzərə alaraq, həmin qüsurların aradan qaldırılması üçün hansı məbləğdə pul vəsaitinin tələb olunması, bərpa işlərinin yerinə yetirilməsi prosesi zamanı “İcraçı” və “Sifarişçi” arasında ümumi razılığa əsasən hesablanaraq müəyyən oluna bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəylərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh ödədiyi 27770 (iyirmi yeddi min yeddi yüz yetmiş) manat pulun, gecikdirlimiş hər gün üçün müqavilə qiymətinin 0,1%-i hissəsində cərimənin və vurulmuş mənəvi zərərə görə isə 10.000 AZN pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mənzildə görülən təmiş işlərinin keyfiyyətsiz, yaşamağa yararsız vəziyyətdə olduğunu qeyd etsə də, iş materialları təmir işlərinin keyfiyyətsiz görülməsi müəyyən edilməmişdir. Əksinə, iş materiallarında olan “Görülən işlər üzrə protokola” əsasən cavabdeh müqavilə üzrə xidmətləri təhvil vermiş və iddiaçı isə bu xidmətləri əksiksiz həyata keçirildiyini təsdiq edərək təhvil almışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallara əsasən təmir işlərində olan qüsurlar gizli qüsurlar deyil, bu səbəbdən də iddiaçı işi təhvil alarkən həmin işlərin qüsurlu olduğunu bildiyi halda qəbul etmiş sayıldığından, bu qüsurlarla bağlı onun tələb hüququ əmələ gəlmir. Məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş cavabdeh İddiaçı isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməyərək, razılaşdırılmış məbləğin bir hissəsini ödəməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda İddiaçı ödəməli olduğu 8730 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı Cavabdeh ödənilməlidir. Məhkəmə qeyd edir ki, 13322 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 400 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, 110 manat vəkilə ödənilmiş xərc və 30 manat dövlət rüsumu cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh, iş üzrə aparılmış 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ödədiyi 27770 (iyirmi yeddi min yeddi yüz yetmiş) manat pulun, gecikdirlimiş hər gün üçün müqavilə qiymətinin 0,1%-i hissəsində cərimənin və vurulmuş mənəvi zərərə görə isə 10.000 AZN pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı 8730 manat məbləğində borc, 400 manat cərimə, cəmi 9130 manat məbləğində pul, 110 manat vəkilə ödənilmiş xərc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ödənilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-18/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-18/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver