Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-180/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə "şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il doğum tarixli Maraqlı şəxs2 16 yanvar 2019-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməsinə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı Maraqlı şəxs2 X10 oglu ilə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2009-cü i təvəllüdlü Əliyev Rauf və xx.xx.2015-ci il təvəllüdlü Maqsud Əliyev dünyaya gəlmişdir. Bundan sonra 04 avqust 2017-cü ildə Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə onların arasinda olan nikah pozulmuşdur. Bundan sonra 16 yanvar 2019-cu il tarixdə Maraqlı şəxs2 İran İslam Respublikasina getmiş və naməlum şəraitdə qəsdən öldürülməsi ilə əlaqədar itkin düşmüşdür. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və bu fakt öz təsdiqini tapmışdir. Hal-hazırda mərhumun meyiti belə tapılmamışdır. Bununla bağlı polis orqanlarına müraciət edilmiş və heç bir nəticə əldə edilməmişdir. Övladları xx.xx.2009-cü i təvəllüdlü Əliyev Rauf və xx.xx.2015-ci il təvəllüdlü Maqsud Əliyevin təhsili ilə bağlı sənədləşmə işlərinin aparılması zamanı analarının imza etməli sənədlərin dairəsi müəyyənləşdirilməli olduğu üçün onların analarının hazırda həyatda olmadığı sübuta yetirilməlidir. Bununla bağlı da məhkəmə qərarının olması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirdi ki, sonuncu dəfə qızıyla 6 il qabaq, yəni 16 yanvar 2019-cu il tarixdə Whatsapp vasitəsilə danışmış, harada olması barədə deyə soruşanda qızı Maraqlı şəxs2 ona bildirmişdir ki, artıq Azərbaycan-İran sərhəddindədir və ölkəni tərk edir. O, qeyd etdi ki, İranda həkim tapıb, müalicə almağa gedir, hər şey yaxşıdır, bir neçə günə qayıdacaq. O, qızının İrana getməsini istəmirdi, lakin qızı ona qulaq asmadı. Sərhədi keçəndən sonra bir neçə nəfər kişi onu qarşılayıb, maşına mindirib aparıblar. Qızı İrana gedərkən sərhəddə həyat yoldaşı ilə görüşəcəyini bilmirdi. Ona bildirdiyinə görə həyat yoldaşı da sərhəddə onunla görüşəcək, onu gözləyəcəklər, uşaqlara və müalicəsinə görə pul veriləcəkdi. O, qızından xəbər ala bilmədiyinə görə 30 yanvar 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinə getmişdi. Məhkəmə iclasında X7 bildirmişdir ki, sonuncu dəfə anasını 4-5 il qabaq görmüşdür. Onlara xarici ölkəyə, yəni İrana gedəcəyini bildirmişdi. O vaxtdan anaları ilə əlaqələri yoxdur. Onun istifadəsində şəxsi telefonu var, anasın nömrəsini bilir, lakin hazırki vaxtadək anası onlarla əlaqə saxlamamışdır. Məhkəmə iclasında X5 bildirmişdir ki, 4-cü sinifdə oxuyur. Anasını sonuncu dəfə 4-5 il qabaq görmüşdür. Birlikdə yaşayırdılar. O vaxtdan anaları ilə əlaqələri yoxdur. Anasının hara getməsini bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3439/2017 saylı, 04 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməklə, Maraqlı şəxs2 ilə cavabdeh X8 arasında 28 oktyabr 2008-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Qeydiyyat Şöbəsində bağlanmış və 352 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqları anası Maraqlı şəxs2 yanında və himayəsində qalması qət edilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin 22 may 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən vət. Şahid ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunması; xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, vət. Maraqlı şəxs2 ilə qohumluq əlaqələrin kəsilməsi səbəbindən onun barəsində Yasamal rayon Qeydiyat və Şəxsiyyət Vəsiqəsi şöbəsində axtarış işinin açılması qərara alınmışdır. Həmin qərardan görünür ki, “xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 vət. Şahid övladı Maraqlı şəxs2 16 yanvar 2019-cu il tarixdə İran İslam Respublikasına gedərək qayıtmaması barədə barədə DİN-nə ünvanladığı müraciəti icraata daxil olmuşdur. Araşdırma zamanı izahatı alınan vət. Şahid bildirmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 övladı Maraqlı şəxs2 qadın xəstəliyindən əziyyət çəkməsi səbəbindən Bakı şəhərində bir çox tibb müəssisələrində müalicə almış, xəstələyinə heç bir çarə tapmadığı üçün İran İslam Respublikasına getməyə qərar vermişdir. xx.xx.2019-cu il tarixdə saat 23:21 radələrində Maraqlı şəxs2 anası Şahid "Whatsapp" sosial şəbəkəsində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən səsli mesaj yazaraq Azərbaycan-İran sərhədində olduğunu və sərhədi keçmək üzrə olduğunu demişdir. Vət. Şahid övladı Maraqlı şəxs2 2 gün ərzində xəbər ala bilmədiyi üçün Azərbaycan-İran sərhədinə getmiş, qızının həqiqətən sərhədi keçdiyini müəyyən etdiyindən sonra bir müddət onun qayıtmasını gözləmiş, lakin Esmiradan heç bir xəbər ala bilmədiyi üçün ərizə ilə Azərbaycan Respublikası DİN-nə müraciət etmişdir. Əlavə olaraq, vət. Şahid övladı Esmiranı sonuncu dəfə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 92A, blok 7-də yerləşən mənzildən çıxdığını və bir daha ondan xəbər ala bilmədiyini qeyd etmişdir. Faktla bağlı Maraqlı şəxs2 yaşadığı ünvana baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmiş, sonuncunun müəyyən olunması istiqamətində aidiyyəti əməkdaşa tapşırıq verilmişdir. Təhqiqat araşdırması zamanı vət. Maraqlı şəxs2 ölkə hüdudlarını tərk edib-etməməisini müəyyənləşdirmək üçün Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə sorğu göndərilmişdir. Sorğuya alınmış cavabdan məlum olmuşdur ki, Maraqlı şəxs2 xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası sərhədi keçərək İran İslam Respublikasına getmiş və həmin vaxtdan Azərbaycan Respublikasına qayıtmamışdır. Beləliklə də xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs2 ölkə hüdudlarından kənarda olduğu müəyyən edilmiş və bundan sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Odur ki, fakt üzrə cinayət işinin başlanması rədd edilməli və vət. Maraqlı şəxs2 barəsində Yasamal rayon Qeydiyat və Şəxsiyyət Vəsiqəsi şöbəsində əlaqəsinin itirilməsi kimi axtarış işi açılmalıdır.” Azərbaycan Respublilası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin 20 may 2019-cu il tarixli məktubu əsasında göndərilmiş məlumatdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Alıyeva Esmira 16 yanvar 2019-cu il tarixdə, saat 23:46:37-də Azərbaycan Respublikası sərhədi keçərək İran İslam Respublikasının sərhədinə keçmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Qərb Universitetinin nəzdində olan tam orta məktəbə ünvanlanmış 21 may 2021-ci il tarixli məktubundan görünür ki, “...xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs2 16 yanvar 2019-cu il tarixdə naməlum şəraitdə itkin düşməsi səbəbindən sonuncunun qəsdən öldürülməsinə əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 120.1 və 228.2.1-ci maddələri ilə başlanmış ********* №-!İ cinayət işi üzrə ibtidai istintaq aparılır. Eyni zamanda bildirilir ki, azyaşlılar Raul və Maqsud Əliyevlərin atası X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilməklə hal hazırda sonuncu Bakı İstintaq Təcridxanasında saxlanılır.” Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 01 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında “Tarix-xx.xx.2019-cu il, İstiqamət-Çıxış” məlumatı qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 2(004)- 3968/2024 nömrəli məktubun icrası ilə əlaqədar olaraq, 2014-cü ildən 2022-ci ilə kimi ünvan 3 ünvanında qeydiyyatda olmuş Maraqlı şəxs2 barəsində məhkəmənin 2-1/112- 9865/2022 nömrəli qərarına əsasən qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda Maraqlı şəxs2 barəsində Yasamal RPİ-də heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasinin Əsir X12, X1 Əlaqədar Dövlət Komissiyasının 30 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, iddia ərizəsində göstərilən Bakı şəhər sakini, xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 itkin düşməsi ilə əlaqədar Dövlət Komissiyasına hazırkı vaxtadək müraciət olunmadığına görə qeydiyyata alınmamış və onun barəsində komissiyada hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 314.1-ci maddəsin əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 315.1-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Azərbaycan Respublilası Mülki Məcəlləsinin: 40.1. Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. 40.2. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. 40.3. Xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4. Xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 40.5. Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun əmlakının idarə olunması haqqında qərarı ləğv edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçinin qızı xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 müalicə almaq məqsədilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının sərhədindən keçərək, İran İslam Respublikasının sərhədini keçmişdir. O, həmin gün saat 23:21 radələrində anası Şahid "Whatsapp" sosial şəbəkəsində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən səsli mesaj yazaraq Azərbaycan-İran sərhədində olduğunu və sərhədi keçmək üzrə olduğunu demişdir. Maraqlı şəxs2 növbəti 2 gün ərzində xəbər ala bilmədiklərindən valideynləri Azərbaycan- İran sərhədinə getmiş, qızlarının həqiqətən sərhədi keçdiyini müəyyən etdiyindən sonra bir müddət onun qayıtmasını gözləmiş, daha sonra Azərbaycan Respublikası DİN-nə müraciət etmişdirlər. Fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Maraqlı şəxs2 barəsində Yasamal rayon Qeydiyat və Şəxsiyyət Vəsiqəsi şöbəsində əlaqəsinin itirilməsi kimi axtarış işi açılmışdır. Bu günə kimi onun barəsində hər hansı bir məlumat aşkar edilməmişdir. Hazırda ərizəçi nəvələrinin (qızının övladlarının) - xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 təhsilləri ilə əlaqədar sənədləşdirmə işlərinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, sənədləşdirmə işlərində valideyn haqqında rəsmi məlumat tələb olunur. Məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslı olub təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməklə, 22 iyun 1968-ci il təvəllüdlü Maraqlı şəxs2 16 yanvar 2019-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22 iyun 1968-ci il təvəllüdlü Maraqlı şəxs2 16 yanvar 2019-cu il tarixdən xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-180/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-180/2025
25.02.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver