Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1809/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (əvvəlki “xxxx” İKB ASC) Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (əvvəlki “xxxx” İKB ASC) Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 6-Y-2-0-1694-19 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə ləğv edilməsi, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 4.495,15 manat əsas, 562,59 manat faiz, 94,92 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.182,66 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edilir ki, iddiaçı “xxxx” İKB ASC-nin adı - İddiaçı ASC adına dəyişdirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC borcalan Cavabdeh illik 22 faiz hesablanmaqla 48 ay müddətinə qaytarmaq şərti ilə 4.500 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini lazımınca icra etməkdən imtina edir. Nəticədə Cavabdeh xx.xx.2021-ci il tarixə banka xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4.495,15 manat əsas borc, 562,59 manat faiz, borcu, 94,92 manat cərimə olmaqla, cəmi 5.152,66 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 6-Y-2-0-1694-19 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən “xxxx” İKB ASC borcalan Cavabdeh illik 22 faiz olmaqla 48 ay müddətinə 4.500 manat kredit kartı limiti açmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Odur ki, bank müqavilənin vaxtından əvvəl ləğv edilməsini və borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddiaçı ASC-nin verdiyi xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixə banka 4.495,15 manat əsas, 562,59 manat faiz, 94,92 manat cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə ləğv edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə yaranmış 4.495,15 manat əsas, 562,59 manat faiz, 94,92 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.182,66 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “xxxx” İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 6-Y-2-0-1694-19 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 6-Y-2-0-1694-19 nömrəli müqavilə üzrə yaranmış 4.495,15 manat əsas, 562,59 manat faiz, 94,92 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.182,66 (beş min yüz səksən iki manat altmış altı qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1809/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1809/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver