Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-181/2022 05.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə öhdəliklərin icra edilməsi və borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat pul alınaraq, İddiaçı ödənilməsi; tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə 29.08.2018-ci ildə iddiaçının adına rəsmiləşdirilmiş Abşeron rayonu, Saray qəsəbəsindəki 0,04 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracda satılması; satışdan əldə olunan vəsaitin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi; öhdəliyin vaxtında icra edilməməsinə görə 1583 manat faiz borcunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə bağlanmış 20 avqust 2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 16000 manat borc vermişdir. Bu müqavilənin 2-ci bəndinə əsasən borc alan 05.09.2018-ci ildə borcunu tam qaytarılacağını öhdəsinə götürmüşdür. Lakin bu günə qədər 8000 borc qaytarılmayıb və müxtəlif bəhanələrlə müqavilənin icrasından cavabdeh yayınır. Onun tərəfindən cavabdehdən dəfələrlə borcun qaytarılması tələb edilsə də, müxtəlif bəhanələrlə o, borcu qaytarmaqdan yayınır. 14.07.2021-ci ildə tərəfindən pretenziya qaydasında cavabdehə borcunun qaytarması haqqında bildiriş məktubu göndərilmişdir. 20 avqust 2018-ci ildə cavabdeh özünə məxsus Abşeron qəsəbəsi, Saray qəsəbəsindəki 0,04 ha özəlləşdirilmiş torpaq sahəsini tam mülkiyyətlə ЗМ-1369 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədilə ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti olan göstərilən torpağın dəyəri müqavilənin 3-cü bəndində göstərilənə əsasən 25000 manat qiymətləndirmişdir. Bu məbləğ real bazar qiymətindən artıqdır. 29.08.2018-ci ildən torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilərək, ona ******* saylı çıxarış verilmişdir. Qiymətləndirmə də bazar qiymətindən dəfələrlə artıq qiymət qoymuşdur. Ekspert torpağa baxış keçirmədən, likvid qiymət nəzərə alınmadan torpağa qiymət qoyulmuşdur. Hazırda torpağın qiymətləndirilməsi zərurəti yaranmışdır ki, gələcəkdə icra vərəqəsi icra edilə bilsin, yəni torpaq likvid qiymətlə satıla bilsin. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə bildirişi təqdim edilməklə, eyni zamanda “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə +**********20 nömrəli mobil telefonuna “SMS” bildirişi göndərilməklə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq edilmişdir. Lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etməyək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, o iddiaçıdan 16000 manat yox 13000 manat pul almışdır. O, bir neçə müddətdir ki, iddiaçıya olan borcunu və götürdüyü pulun faizlərini ödəyir. Hal-hazırda onun iddiaçıya 8000 manat yox, təxminən 2000-2500 manat borcu qalmışdır. İddiaçı onun torpaq sahəsini ələ keçirmək istəyir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 20.08.2018-ci il tarixli 3M-1369 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh 05.09.2018-ci il tarixədək qaytarmaq şərti ilə 16000 manat borc pul vermişdir. Tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş ipoteka saxlayan İddiaçı və ipoteka qoyan Cavabdeh arasında bağlanmış 20.08.2018-ci il tarixli 3M-1370 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh 20.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsi ipoteka saxlayan İddiaçın qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 20.08.2018-ci il il tarixli redit müqaviləsinə əsasən ipoteka ilə yüklülük 29.08.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan 14.07.2021-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh 20.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu 8000.00 (səkkiz min 00 qəpik) manat pulun 20 gün müddətində ödənilmədiyi halda ’’Notariat haqqında” Azərbaycan Respu Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydini aparılacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 29.07.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən **********42 reyestr nömrəli torpaq sahəsi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5905 nömrəli, 18 fevral 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissələrində göstərilənlər nəzərə alınaraq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mübahisə predimeti olan 0,04 ha torpaq sahəsinin hazırki bazar qiymətlərinə uyğun olaraq likvid (ilkin satış) qiyməti təqribən 14000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli 2(103)- 5805/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 127/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə yönəldilərək, ilkin satış qiymətinin 28000 (iyirmi səkkiz min) manat müəyyən edilməklə açıq hərracda satılması, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh veriməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçın tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-127/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20.08.2018-ci il tarixli 3M-1369 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 05.09.2018-ci il tarixədək qaytarmaq şərti ilə 16000 manat borc pul vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və müqavilə üzrə müəyyənləşdirilmiş müdətdə borcu ödəmişdir. Onun müqavilə üzrə 8000 manat borcu yaranmışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya 8000 manat deyil, təxminən 2000-2500 manat borcu qaldığını iddia etsə də, 14000 manat pulu iddiaçıya qaytarmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən borcu vaxtında qaytarmamaqla MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. İddia tələbinin öhdəliyin vaxtında icra edilməməsinə görə 1583 manat faiz borcunun tutulması hisssəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi illik uçot dərəcəsinə uyğun olaraq hesablanmış faiz borcunu tələb etsə də, cavabdehin onun vəsaitini qanunsuz olaraq özündə saxlamaqla, ondan faydalanmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə yönəlməsi, həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş cavabdehə göndərilmiş və 26.07.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (Cavabdeh) qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə yönəldilərək, ilkin satış qiyməti 14000 (on dörd min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin İddia tələbi Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə yönəldilərək, ilkin satış qiyməti 14000 (on dörd min) manat müəyyən edilməklə açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 hektar torpaq sahəsinə satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (bir yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(004)-181/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-181/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver