Məhkəmə qərarları › İş №2(004)-1829/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1829/2022

11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1829/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmə inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə 23.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli qətnaməsi ilə övladları 22.06.2010-cu il təvəllüdlü X4 və 30.04.2013-cü il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, Cavabdeh ilə 28 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 22 iyun 2010-cu il təvəllüdlü X4 və 30 aprel 2013-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. 06 iyul 2017-ci il tarixdə nikah Binəqədi rayon Məhkəməsində pozulmuşdur. Binəqədi rayon Məhkəməsinin 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə boşandıqdan sonra birgə nikahdan olan 22 iyun 2010-cu il təvəllüdlü X4 və 30 aprel 2013-cü il təvəllüdlü X3 onun yanında qalmaları və 02 iyun 2017-ci il tarixdən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 136,6 olmaqla cəmi 273,2 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqların maddi tələbatları artdığından o, onların tələbatlarını tək ödəyə bilmir. Övladları məktəblidirlər. Onlara alınacaq məktəb ləvazimatları, geyim qida çox bahalaşmışdır. Cavabdehin verdiyi aliment həmin ehtiyacların qarşılanmasına çatmır. Maddi cəhətdən çətinlik çəkir. Özü tək qadındır, əlavə gəlir yeri yoxdur. Buna görə də, alimentin artırılmasına ehtiyac vardır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, hazırda mühafizədə işləyir və aylıq maaşı 400 manat təşkil edir. Dəri xəstəliyi olan “dəmrov” xəstəliyindən əziyyət çəkdiyi üçün əlavə işdə işləyə bilmir. Maddi imkanı olduqda həmişə iddiaçıya artıqlaması ilə köməklik etmişdir. Hətta əvvəlki məhkəmə qətnaməsində göstərilən məbləğdən 50 manat artıq ödəyirdi. Bundan sonra da imkanı olduqca iddiaçıya maddi köməklik edəcək. Lakin hazırda onun maddi imkanı yoxdur. Həmçinin bildirir ki, hər uşağa görə 155 manat məbləğində aliment ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasıında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 22.06.2010-cu il təvəllüdlü X4 və 30.04.2013-cü il təvəllüdlü X3 anaları yanın saxlanması, 30.04.2013-cü il təvəllüdlü X3 yanında qalmaları və 22.06.2010-cu il təvəllüdlü X4 və 30.04.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşağa hər ay 136,6 manat olmaqla, cəmi 273,2 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan elektron portal çıxarış məlumatlarına əsasən İddiaçı "xxxx" ASC-də mətbəəçi vəzifəsində çalışır və aylıq əmək haqqı 328 manat təşkil edir. İş materiallarında olan elektron portal çıxarış məlumatlarına əsasən Cavabdeh "xxxx" MMC-də təhlükəsizlik xidmətində qoruyucu vəzifəsində çalışır və aylıq əmək haqqı 442 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İş materiallarından müəyyən edilir ki, hər iki valideyn işləyir və məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Lakin buna baxmayaraq, cavabdeh hər uşaq üçün 155 manat aliment ödəməyə razıdır. Məhkəmə iddiaçının işləməsini, cavabdehin aylıq əmək haqqısının məbləğini, onun xəstəliyini və alimentin qismən artırılmasına razılığını nəzərə alaraq qeyd edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından olan 22.06.2010-cu il təvəllüdlü X4 və 30.04.2013-cü il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşağa görə 155 manat manat olmaqla, cəmi 310 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, iddia qismən təmin edilməli, Cavabdeh 22.06.2010-cu il təvəllüdlü X4 və 30.04.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 155 manat olmaqla, cəmi 310 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən alimentin miqdarı dəyişdirilərkən dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli saylı qətnaməsi ilə 22.06.2010-cu il təvəllüdlü X4 və 30.04.2013-cü il təvəllüdlü X2 üçün Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 22.06.2010-cu il təvəllüdlü X4 və 30.04.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 155 (yüz əlli beş) manat, cəmi 310 (üç yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar