Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-183/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli RPF00033/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilədən irəli gələn 29.07.2021-ci il tarixinə ödənilməmiş 5879.18 manat əsas borc, 94.45 manat faiz borcu ümumilikdə 5973.63 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiacının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı elektron məhkəmə sistemi vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi məzmunlu vəsatət ünvanlayaraq iddiaçı "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli RPF00033/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilədən irəli gələn 13.01.2022-ci il tarixinə ödənilməmiş 5272.46 manat əsas borc, 1.17 manat faiz borcu ümumilikdə 5273,63 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiacının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında 20.08.2019-cu il tarixli RPF-00033-15/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 5879 (beş min səkkiz yüz yetmiş doqquz) manat 18 (on səkkiz) qəpik məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış MK-02673-14/14U saylı 07 avqust 2014 tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 20 avqust 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “BTB“ ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00033-15/19A saylı 20 avqust 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh2 20.08.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00033-15/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 14.01.2022-ci il tarixdə iddiaçının nümayəndəsi elektron ərizə ünvanlayaraq məhkəmə iclasının Bank “BTB“ ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək izahatında göstərdi ki, onunla bank arasında RPF-00033-15/19A saylı 20 avqust 2019-cu il tarixli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə o, qalıq 5879,18 manat krediti 1 faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə banka pul ödəməli idi. Bir müddət ödənişləri aparsa da, sonradan maddi vəziyyətinin dəyişməsi ilə əlaqədar ödənişləri tam və vaxtında icra edə bilməmişdir. İşlədiyi müəssisədən ödənişlərini ala bilməmişdir. Həmin pulu ala bilsə idi, kredit borcunu ödəyəcəkdi. Lakin hal-hazırda ödənişləri davam etdirir. Nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ilkin kredit müqaviləsinə 07.08.2014-cü il tarixdə zamin olmuşdur, bunu təqzib etmir. Lakin sonradan, yəni 2019-cu il tarixdə bağlanmış kredit və zaminlik müqavilələrindən xəbəri olmamışdır. Ümumiyyətlə həmin tarixdə bankda olmamışdır. Məhkəmə tərəfindən keçirilmiş ekpertiza rəyindən də görünür ki, zaminlik müqaviləsidəki imza onun tərəfindən icra olunmamışdır. Bu səbəbdən iddia tələbini ona dair hissədə əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda, bankın əməkdaşlarının bu qanunsuz hərəkətləri barədə də prokurorluğa məlumat verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil çıxışında Cavabdeh2 dair hissədə iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 07.08.2014-cu il tarixli MK-02673-14/14U nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 31% olmaqla 18 ay müddətinə 15000 (on beş min) USD məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 07.08.2014-cu il tarixli MK-02673-14/14U nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 sonuncu ay 1030.76 ABŞ dolları olmaqla hər ay 1053 ABŞ dolları ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07.08.2014-cü il tarixli MK-02673-14/14U nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Cavabdeh2 07.08.2014-cu il tarixli MK-02673- 14/14U nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 07.08.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 07.08.2014-cü il tarixdə 15.000 ABŞ dolları məbləğində krediti Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Əcəmi” filialından götürmüşdür. İş materiallarına əlavə edilmiş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli RPF-00033-15/19A nömrəli kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 1% olmaqla 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə 5879.18 (beş min səkkiz yüz yetmiş doqquz tam yüzdə on səkkiz) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Xətai” filialı ilə Cavabdeh2 arasında bağlanmış 20.08.2019-cu il tarixli RPFZ-00033-15/19A nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 20.09.2019-cu il tarixli RPF-00033- 15/19A nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.08.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 20.08.2019-cu il tarixdə 5879.18 manat kredit məbləğini Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Xətai” filialından götürmüşdür. İş materiallarına əlavə edilmiş Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13.01.2022-ci il tarixli RİED 2022/216 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 20.08.2019-cu il tarixli RPF-00033- 15/19A nömrəli kredit müqaviləsinə əsasən cavabdehin “Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 5272.46 manat əsas borc, 1.17 manat faiz borcu, ümumilikdə 5273.63 manat manat təşkil edir. İş materiallarına əlavə edilmiş Bank "xxxx"-nin cavabdehlərə ünvanladığı 01.06.2021-ci il tarixli AZD-F-2021-0212 saylı xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərdən 20.08.2019-cu il tarixli RPF-00033-15/19A nömrəli kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 2 (iki) gün ərzində əsas borcun hesablanmış faizləri və cərimə məbləğini tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər xəbərdar edilmişdirlər. İş materiallarına əlavə edilmiş 04.08.2021-cı il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1595 saylı, 16 dekabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 20.09.2019cu il tarixli RPF-00033-15/19A nömrəli zaminlik müqaviləsinin 1 vərəqinin aşağı tərəfdəki 2-ci imza, 2-ci vərəqindəki “Zamin” hissəsində “imza” qrafasındakı imza və “Cavabdeh2” yazısı Cavabdeh2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspert rəyindən, eyni zamanda, müəyyən edilir ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 07.08.2014-cu il tarixli MK-02673- 14/14U nömrəli kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq restrukturizasiya olunması məqsədi ilə Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli RPF-00033-15/19A nömrəli kredit müqaviləsinə əsasən illik 1% faizlə dərəcəsi olmaqla 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə 5879.18 (beş min səkkiz yüz yetmiş doqquz tam yüzdə on səkkiz) manat məbləğində kredit verilmişdir. Cavabdeh krediti alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə hesablanmış borcu qaytarmaq barədə öhdəlik götürmüşdür. İş üzrə iddiaçı Bank “BTB ASC qeyd olunan məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Hazırda Cavabdeh1 20.08.2019-cu il tarixli RPF- 00033-15/19A saylı nömrəli kredit müqaviləsi üzrə 5272,46 manat əsas borc, 01,17 manat faiz borcu, cəmi 5273,63 (beş min iki yüz yetmiş üç manat altmış üç qəpik) manat borcu vardır. Eyni zamanda məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1595 saylı, 16 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olundu ki, “BTB ASC ilə Cavabdeh2arasında bağlanmış 20.09.2019-cu il tarixli RPF-00033-15/19A nömrəli zaminlik müqaviləsindəki imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bununla da qanunvericiliyin tələbləri pozulmuş, müqavilə azadlığı hüququnun həyata keçirilməsində şəxsin iradəsi ifadə olunmamışdır. Belə olan halda iddiaçı Cavabdeh2 hər hansı öhdəliyin icrasını tələb edə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında ilkin kredit müqaviləsi və Cavabdeh2 ilə zaminlik müqaviləsi 07.08.2014-cu il tarixdə bağlanmışdır. Həmin kredit müqaviləsi 18 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 05.02.2016-cı il tarixdə bitmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, 07.08.2014-cu il tarixli MK-02673-14/14U nömrəli kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Odur ki, iddia qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli RPF-00033-15/19A nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 20.08.2019-cu il tarixli RPF-00033-15/19A saylı nömrəli kredit müqaviləsi üzrə 5272,46 manat əsas borc, 01,17 manat faiz borcu, cəmi 5273,63 (beş min iki yüz yetmiş üç manat altmış üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi borcun digər cavabdeh zamin Cavabdeh2 tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış 100 manat məbləğində ekspertiza xərci iddiaçı Bank “BTB tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış 20.08.2019-cu il tarixli RPF-00033-15/19A nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 20.08.2019-cu il tarixli RPF-00033-15/19A saylı nömrəli kredit müqaviləsi üzrə 5272,46 manat əsas borc, 01,17 manat faiz borcu, cəmi 5273,63 (beş min iki yüz yetmiş üç manat altmış üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" ASCnin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci iddiaçı Bank "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-183/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-183/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver