Məhkəmə qərarları › İş №2(004)-1838/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1838/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1838/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, Cavabdeh 10000 manat əsas borcunu, 2325 manat faiz borcunu, 120 manat məbləğində ödənilmiş dövlət rusumu, cəmi 12445 manatı tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 aprel 2021-ci il tarixdə Cavabdeh 10000 manat məbləğində borc vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2023-cü il tarixinədək, hər ay aylıq 300 manatdan az olmamaq şərti ilə, “Borc verənə” qaytarmağı öhdəliyinə götürmüşdür. Lakin, cavabdeh pulunu qaytarmır. Pulunun qaytarılmasını o, dəfələrlə ondan tələb etmiş, o da hər hansı bəhanə taparaq məsələni uzadır. Sonradan məlumat almışdır ki, Cavabdeh onu aldadaraq, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ona aid olan pulunu ələ keçirmiş, mənimsəmişdir. Cavabdeh müqavilənin şərtlərini və MM-nin 425.1 və 425.1-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, öhdəliklərin icrası zamanı müqavilənin şərtlərinə riayət etməmiş, hissə-hissə də olsa pulunu ödəməyib. Bu barədə o, cavabdehə dəfələrlə xəbardarlıq etmişdir. Lakin cavabdeh pulunu ödəməkdən imtina edir. Hal-hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot faiz dərəcəsi 9% təşkil edir. Belə ki, cavabdehin hal-hazırda əsas borcu 10000,0 manat, faiz məbləği 2325,0 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və izahatına əlavə olaraq bildirdi ki, o, cavabdehə 10000 manat məbləğində borca pul vermiş, lakin cavabdeh bu günədək həmin borcdan heç bir ödəniş etməmişdir. Sübut kimi notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi məhkəməyə təqdim olunmuşdur. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 10000 manat məbləğində pul borca vermiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmiş, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması qeyd edilmişdir. Kredit müqaviləsi Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, o, cavabdehə 10 gün müddətində borcunun ödənilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 10000 manat məbləğində borc vermişdir. Cavabdeh indiyədək həmin borcundan heç bir ödəniş etməmişdir. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Sözü gedən bu hal iddiaçının etirafedici izahatı və iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında 10000 manat məbləğinə münasibətdə kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 10000 manat əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 2325 manat faiz borcunu tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanılmış 16 aprel 2021-ci il tarixli kredit müqaviləsinin 3cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Beləliklə də, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun 23,60 (iyirmi üç manat 60 qəpik) manatı iddiaçıya aid edilməli, qalan 96,40 (doxsan altı manat 40 qəpik) manatı isə Cavabdeh iddiaçı X1 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun 23,60 (iyirmi üç manat 60 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 96,40 (doxsan altı manat 40 qəpik) manatı isə Cavabdeh iddiaçı X1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar