Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1852/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, X5 Mövsüm qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçıYusifova Gülsurə Mövsüm qızının Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Mövsüm qızı Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi, dalan 1, 17 saylı evə istifadə hüqunun tanlnması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 Mövsüm qızının nümayəndəsi xx.xx.2020-ci il tarixdə dəqiqləşmə ərizəsi təqdim edərək iddia ərizəsində X7 Mövsüm qızının Yusifova Gülsurə Mövsüm qızı kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 Mövsüm qızının nümayəndəsi X2 istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin mülki Kollegiyasının xx xxxxxx 2008-ci il tarixli 2(103)-4731/2008 saylı qətnaməsi ilə cavabdeh İmanova Gülsurə Mövsüm qızı və X2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4813/2014 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2008-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdehlər İmanova Gülsurə Mövsüm qızı və qeyrilərinə qarşı yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılma barədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iş üzrə cavabdehlərdən X3 mübahisəli evə qeydiyyata 1995-ci ildə, yəni ev X4 mülkiyyətində olduğu dövrdə düşmüşdür və həmin vaxtdan qeyd olunan evdə yaşayır, eyni zamanda digər cavabdehlər M.G.Yusifovun ailə üzvləri olmaqla onunla birlikdə həmin yaşayış sahəsindən istifadə edirlər. Onun ailə üzvləri mülkiyyətçisi L.M.Əliyevaya münasibətdə mübahisəli evdən istifadə hüququ əldə etmişdir və mülkiyyətçinin dəyişməsi onların istifadə hüquqlarına təsir etmir. Göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2008-ci il tarixli 2(103)-4731/2008 saylı qətnaməsi ilə X2 və onun ailə üzvü Yusifova Gülsurə Mövsüm qızının Bakı şəhəri, Əlibəy Hüseynzadə küçəsi, dalan 1, 17 saylı evə istifadə hüququnun olması müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sözügedən mənzilə istifadə hüququnun tanınması tələbinə yenidən baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM- in 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM- in 261.0.2, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçıYüsifova Gülsurə Mövsüm qızının Cavabdeh qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1852/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1852/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver