Məhkəmə qərarları › İş №2(004)-1859/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1859/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1859/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, cavabdeh “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxx” QSC-yə qarşı ərizəyə cavabın alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxx” QSC-yə qarşı ərizəyə cavabın alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxx” QSC-nə xx xxxxxx 2019cu il və xx xxxxxx 2019-cu il tarixlərində göndərdiyi ərizələrinə Bankın icraçı direktoru S.Süleymanlının imzası ilə müvafiq olaraq iki eyni məzmunlu bildiriş göndərilmişdir. Hər iki bildirişdə müraciətlərinin müzakirə olunması üçün “xxxxxxxxxxx” QSC-də Pərviz Əliyevlə görüşə dəvət edilməsi qeyd edilmişdir. Belə dəvətlər və qəbullar Bankın əməkdaşları tərəfindən dəfələrlə keçirilmiş lakin, heç bir rəsmi nəticəsi olmamışdır. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə “xxxxxxxxxxx” QSC-nin Baş ofisində Pərviz müəllim Əliyevlə qəbul baş tutmuş və ərizə ətrafında geniş araşdırma aparılmışdır. Sonda isə yaxın vaxtda ərizəyə cavabın veriləcəyini bildirmişdir. Cavabla bağlı xx xxxxxx 2020-ci il tarixdə Pərviz müəllimlə telefon bağlantısı, sonra isə xx.xx.2020-ci il tarixdə məktubla müraciət olunsa da, yenə də cavab alınmamışdır. Həmin ərizənin birini Məhkəməyə təqdim edərək hesab edir ki, cavabın alınmasında “xxxxxxxxxxx” QSC-nin nəzərinə “X2” Azərbaycan Respublikasının Qanunu çatdırılmalıdır. Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxxxx 2015-ci il tarixli Fərmanı ilə qüvvəyə minmiş bu uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 7.2-ci maddəsində vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının (AR-nın Prezidenti) müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin Qanunun 16-cı maddəsində “Bu Qanunun tələblərini pozan şəxslər məsuliyyət daşıyırlar” qeyd edilir. Göstərilənlərə əsasən “xxxxxxxxxxx” QSC-yə göndərdiyi və məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli ərizəyə cavabın alınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxx” QSC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı ipoteka müqaviləsinin 4.1-ci maddəsini şərh edilməsini istəmişdir. Onlar kontitusiya məkməməsi deyildirlər. Müqavilənin 4.1-ci bəndində də qeyd edilmişdir ki, borclu müqavilə öhdəliklərini vaxtında icra etmədikdə məhkəməyə müraciət etmədən tələbi ipoteka predmetinə yönəltməklə borcu ödəyə bilər. Bu müddəa Mülki Məcəlləyə zidd deyildir. Borclu öhdəliklərini vaxtında icra etməzsə tərəflərin razılığı ilə ipoteka predmetini məhkəmədən kənar sata bilərlər. İş üzrə borcun tutularaq ipoteka predmetinə yönəldilməsinə dair Ali Məhkəmənin qərarı vardır. Həmin iclaslarda iddiaçı özü şəxsən iştirak etmişdir, hətta kassasiya şikayətini də, iddiaçı özü vermişdir. MPM-nin 88-ci maddəsnə görə artıq sübut olunmuş faktlar araşdırılmışr. Həmin müqavilənin özü iş materiallarında olmuş, araşdırılaraq qiymət verilmişdir. Hüquqlarını təmsil etdiyi cavabdeh hüquqi şəxsdir. Vətəndaşın ərizələrinə cavab vermək kimi məcburiyyətləri yoxdur. Vətəndaşların müraciəti haqqında qanun dövlət orqanlarına aiddir və bu səbəbdən müraciətlərə cavab vermək məcburiyyətində deyillər. Hüquqi şəxsə heç kim həmin ərizəyə cavab verməyə məcbur edə bilməz. Cavabdeh sadəcə Mərkəzi Bank qarşısında öhdəlik daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. “Vətəndaşların müraciəti” haqqında AR Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. Həmin qanunun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. Həmin qanunun 7.4-cü maddəsinə əsasən vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir. Həmin qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Bundan başqa “İnformasiya əldə etmək haqqında” AR Qanununun 16.1-ci maddəsinə əsasən informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: 16.1.1. elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; 16.1.2. sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; 16.1.3. telefaksla; 16.1.4. şifahi formada; 16.1.5. informasiya ilə taniş olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; 16.1.6. informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə informasiya sorğusu icra olunmuş sayılır. Göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdeh “xxxxxxxxxxx” QSC-yə ünvanlanmış ərizəsinə qanunvericliklə müəyyən edilmiş müddətdə cavab verilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə xx xxxxxx 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı). Götərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh “xxxxxxxxxxx” QSC-nin üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxx” QSC-yə ünvanladığı ərizəsinə cavab verilməsi öhdəliyi qoyulmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxxxxxxxxx” QSC-nin üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxx” QSC-yə ünvanladığı ərizəsinə cavab verilməsi öhdəliyi qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar