Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1902/2020 16.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh X1rşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh X1rşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh ASC ilə aramızda 1**- HF-***8 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə ayrılmış 300 000 manat məbləğində kredit əslində ona verilməmiş, birbaşa xx xxxxxx 2016-cı il tarixdə “xxxxxxxxxxxx” MMC-nin Cavabdeh ASC-də olan kredit borcuna köçürülmüşdür. Belə ki, “xxxxxxxxxxxx” MMC, Cavabdeh ASC-dən uzun müddət ərzində, “xxxxxxxxxxxx” MMC-nin nəzdində fəaliyyət göstərən və elektrik avadanlıqlarının kreditlə verilməsini həyata keçirən “Sunny Elektroniks” şirkəti üçün çoxsaylı istehlak kreditləri almışdır. İstehlak kreditlərinin verilməsində məhdudiyyətlər qoyulduğu üçün “xxxxxxxxxxxx” MMC-nin Cavabdeh ASC-nin kreditlərinin ödənilməsində problemlər yaranmışdır. Qardaşı Samir o zaman “Sunny Elektroniks” şirkətində işləyirdi. 2016-cı ilin yanvar ayında, həmin vaxt Cavabdeh ASC-nin rəhbərliyində olan şəxslər - Müşahidə Şurasının sədri Məmməd Cahangirov və İdarə Heyətinin sədri Akif Əskərov onu banka dəvət edərək istehlak krediti verilmiş vətəndaşlardan borcları yığa bilmədiklərini, kreditin onun adına formal olaraq rəsmiləşdirilməsini xahiş etmişlər. O, şirkətin uzun müddət normal fəaliyyət göstərdiyini bildiyi üçün bu təkliflə razılaşmış və Cavabdeh ASC ilə aralarında adıçəkilən kredit müqaviləsi bağlanmışdır. O, müvafiq sənədləri imzalasa da, adına ayrılan kredit “xxxxxxxxxxxx” MMC-yə köçürülmüşdür. Bu fakt hesabdan çıxarışlarla öz təsdiqini tapmışdır.Qeyd olunan kredit üzrə aylıq ödənişləri bir müddət “xxxxxxxxxxxx” MMC-dən alıb Cavabdeh ASC-yə ödəmişdir. Sonradan isə “xxxxxxxxxxxx” MMC-dən bu krediti bankla özləri həll edəcəklərini bildirmişlər. Lakin bu günlərdə Cavabdeh ASC-dən ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli “Bildiriş-xəbərdarlıq” aldıqda məlum oldu ki, həmin kreditə görə ödənişlər ondan tələb olunur. Göründüyü kimi, qeyd olunan kredit müqaviləsi ona kredit verilməsi məqsədilə bağlanmamış və müqavilədə göstərilən məbləğ ona verilməmişdir. Kredit müqaviləsi bağlanarkən bu hal hamıya məlum olmuş, buna baxmayaraq bankın tələbi ilə həmin müqavilə bağlanmışdır. Beləliklə də, kredit müqaviləsi əslində müqavilənin məqsədlərinin həyata keçirilməsi niyyəti ilə bağlanmamış və bununla əlaqədar həmin müqavilə icra olunmamışdır. Eyni zamanda, vəzifələrindən sui-istifadə etmiş Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən aldadılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edəncavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddiaçı tərəfindən kredit müqaviləsi və qrafik imzalanıb, kredit götürülüb. Bank İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və iş hazırda icraatdadır. Pul vəsaiti veriləndən sonra həmin vəsait hər hansı üçüncü şəxsin hesabına köçürülmüşdürsə, bu banka aidiyyatı yoxdur və onlar arasına olan mübahisədir. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 1**-HF-***8 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 300000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli X3 görünür ki, 297000 manat məbləğində pul Cavabdeh ASC tərəfindən İddiaçı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 1**-HF-***8 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 300000 manat məbləğində kredit verilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh X1rşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından da görünür ki, kredit müqaviləsi iddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx.xx.2016-cı il tarixli X3 görünür ki, 297000 manat məbləğində pul Cavabdeh ASC tərəfindən İddiaçı hesabına köçürülmüşdür. İş materiallarında olan sənədlər onu göstərir ki, kredit iddiaçı tərəfindən götürülmüşdür. Ona görə də həmin kredit müqaviləsi ilə bağlı bütün öhdəliklər onun üzərinə düşür. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixdə İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 1**-HF-***8 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1902/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1902/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver