Məhkəmə qərarları › İş №2(004)-1906/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1906/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1906/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1416,88 (bir min dörd yüz on altı manat səksən səkkiz qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının tutularaq «xxxx» ASC Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında baglanmış xx.xx.2010-cu il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən, Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının alınması va onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin 6.2-ci bəndinə əsasən Bank əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə ödədiyi komisyon haqlarını almaq hüququna malikdir. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından (********************) suiistifadə edərək, ümumilikdə 546,36 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Həmin vəsaitə ümumilikdə 871,48 manat faiz hesablanmışdır. Cavabdeh tərəfindən ümümi borcdan 0,96 manat ödəniş edilmişdir. Bankın “Nərimanov” filialı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka cəmi 1416,88 manat borcu mövcuddur. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisanin məhkərnədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilə”dən görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh adına Plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və ondan istifadə etməyə dair imkan yaradılır. Kart sahibi aldığı kartı onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına məzmununa, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndindən müəyyən olunur ki, kart sahibi kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmin müqavilənin 13.1-ci bəndindən müəyyən olunur ki, kart sahibi yaranmış borcu son ödəmə tarixinədək Banka ödəməlidir. Nağd pul alma əməliyyatına görə hesablanan komisyon haqqı Bank tərəfindən nağd pul alma tarixindən etibarən tətbiq olunur. Ödəmələrdə bank tərəfindən müəyyən edilən valyuta məzənnələri əsas kimi götürülür. Həmin müqavilənin 15.1-ci bəndindən müəyyən olunur ki, plastik kart üzrə kredit limiti Bank tərəfindən müəyyən edilir. Bank plastik kartın limitini birtərəfli şəkildə dəyişdirmək səlahiyyətinə malikdir. Kart sahibi Bankın təyin etdiyi limiti qəbul edəcəyini və bu öhdəlikdən məlumatının olmaması bəhanəsi ilə etiraz etməyəcəyini öhdəsinə götürür. Kart sahibi limiti aşarsa, Bank tərəfindən müəyyən edilən cərimələri ödəyəcəyini qəbul edir. İş materiallarına əlavə olunmuş 80 nömrəli xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh «xxxx» ASC-nə “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilə”nə əsasən əsasız varlanmaya səbəb olan borcu 1416,88 (bir min dörd yüz on altı manat səksən səkkiz qəpik) manat təşkil edir. Sonuncu ödəniş xx.xx.2014-cü il tarixdə 0,96 manat olmuşdur. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı «xxxx» ASC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş «xxxx» ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli 22-8534/2020 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh kredit müqaviləsi üzrə borc öhdəliklərinin 3 (üç) gün müddətində ödənilməsi, ödənilmədiyi təqdirdə isə borcun ödənilməsinin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, «xxxx» ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2010-cu il tarixli “Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilə”yə əsasən Cavabdeh istifadə etmək üçün Plastik kart verilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etmək və istifadə etmək imkanı yaradılmışdır. Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından (********************) sui-istifadə edərək, ümumilikdə 546,36 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Həmin vəsaitə cəmi 871,48 manat faiz hesablanmışdır. Cavabdeh tərəfindən ümumi borcdan 0,96 manat ödəniş edilmişdir. Cavabdeh Banka cəmi 1416,88 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış əsassız varlanma nəticəsində əldə edilmiş pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 1416,88 (bir min dörd yüz on altı manat səksən səkkiz qəpik) manat, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar