Məhkəmə qərarları › İş №2(004)-1909/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1909/2023

17.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1909/2023 17.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə Füzuli Rayon qeydiyyat şöbəsində rəsmi qeydə alınmaqla evlənmişlər. Birgə nikahda olduqları müddətdə 30 avqust 2012-ci il tarixdə X2 adlı bir övladları dünyaya gəlmişdir. Bir müddət mehriban yaşamış, sonradan xasiyyətləri uyğun gəlmədiyindən nikahları məhkəmə qaydasında 28 oktyabr 2013-cü il tarixdə Füzuli Rayon Məhkəməsinin 2(064)-750/2013 saylı qətnaməsi ilə pozulmuş, azyaşlı uşağı onun yanında saxlanılmışdır. Sonradan məhkəmənin 25 aprel 2014-cü il tarixli, 2(064)-270/2014 saylı qətnaməsi əsasında cavabdehdən uşağın saxlanması üçün 60 (altmış) manat aliment tutulması qət edilmişdir. Hal-hazırda məhkəmənin həmin dövrün iqtisadi şərtlərini nəzərə almaqla müəyyən etdiyi bu aliment məbləği uşağın gündən-günə artan xərclərinin ödənilməsində onun maddi vəziyyətində yaxşıya doğru ciddi dəyişiklik yaratmır. İşsiz olduğundan övladını tək saxlamaqda maddi cəhətdən həddindən artıq çətinlik çəkir, onun gündəlik minimum xərclərini ödəyə bilmir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğuldur, buna baxmayaraq uşağı ilə maraqlanmır, onun gündən-günə artan xərclərinin ödənilməsində mənə heç bir köməklik göstərmir. Ona görə də onun və cavabdehin ailə və maddi vəziyyətini, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınmağını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh heç uşağı görmür, nə də ona baxmır, qayğısına qalmır. Əvvəlki alimentin miqdarı 60 manatdır. Hansı ki, onu da vaxtı- vaxtında ödəmir və aliment borcu da mövcuddur. Hal-hazırda rəsmi iş yeri olmasa da işləyir. Mülkiyyətində maşını da, evi də var. Cavabadeh avtomobil ustasıdır. Cavabdeh 2-ci dəfə evlənib və həmin evliliyindən 2 uşağı da var. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq qeyd etmişdir ki, alimentin artırılması iddiasını rədd edir. Buna səbəb isə ikinci dəfə ailə həyatı qurmağı, həmin ailədən 2 uşağının olması və heç bir yerdə işləməməyidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(064)-750/2013 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında 17 fevral 2011-ci il tarixdə bağlanılmış və Füzuli Rayon Qeydiyyat Şöbəsində 43 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 30 avqust 2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ-İ 227716 seriya nömrəli Nikahın pozulması haqqında Şəhadətnaməininsurətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulmaı haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə, 31 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(064)-270/2014 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 30 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq 60 manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 989802 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd olunmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Füzuli Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(064)-750/2013 saylı qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında 17 fevral 2011-ci il tarixdə bağlanılmış və Füzuli Rayon Qeydiyyat Şöbəsində 43 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 30 avqust 2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması qət edilmişdir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(064)-270/2014 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 30 avqust 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq 60 manat sabit pul məbləğində alimentin hər ay Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin Füzuli Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşaqların saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin artırılması hissəsi üzrə qismən əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar