Məhkəmə qərarları › İş №2(004)-1912/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-1912/2025

15.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1912/2025 15.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı "xxxx" X1 Cəmiyyətinin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X1 Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Cəmiyyəti Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X4 markalı Ban KMHD84LF8HU144980, Rəng Göy metallki D.Q.N **-YG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasidəsinin yararsız hala salması ilə bağlı dəymiş zərərin əvəzi kimi “Auto Azərbaycan” Serviz mərkəzinin AA041938 saylı xx.xx.2024-ci il tarixli Aktına əsasən 9845 manat, İddiaçınə əldə çıxmış faydanın əvəzi olaraq ödəməli olduğu 1505 manat məbləğində pulun və 126 manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sürücü Cavabdeh xx.xx.2024-ci il tarixdə 01 saylı (sıra nömrəsi) X4 markalı Ban KMHD84LF8HU144980, Rəng Göy metallki D.Q.N **-YG-*** dövlət qeydiyyatlı avtomobili icarə müqaviləsinə əsasən 1 günü 70 manat olmaqla 8 gün müddətinə icrəyə götürmüşdür. Sürücü Cavabdeh 2 günün ödənişini yəni 140 manat əvvəlcədən, geri qalan ödənişi isə hər gün ödəyəcəyini söyləyib avtomobili təhvil aldı. Buna baxmayaraq sürücü Cavabdeh aprel ayının 22-dən 23-nə keçən gecə Sabunçu rayonun, Bakıxanov qəsəbəsi, Əşrəf Yunisov küçəsi ilə Ceyhun Şalıyev küçələrinin kəsişməsində yeləşən AG AYİ Restoranının divarına dəyərək yol nəqliyyat hadisəsi törədərək və hadisə yerindən avtomobili yararsız hala və sahibsiz qoyaraq hadisə yerindən yayınmışdır. Sürücü Cavabdeh barəsində Sabunçu rayon DYPŞ-nin Polis kapitanı X2 tərəfindən İnzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edərək İXM-nin 327.6-cı maddəsinə əsasən 100 manat cərimə edilmişdi.Bu hadisə zamanı bizə məxsus nəqliyyat vasidəsinə küllü miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh dəfələrlə ziyanın ödənilməsi tələb olunsada Cavabdeh qərəzli olaraq ziyanın qaytarılmasından boyun qaçırır. İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, maşın 43 gün müddətində təmirdə olub. Günə 35 manat olmaqla, əldən çıxmış faydanı 1505 manat məbləğində qiymətləndirirlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: BB seriyalı 556732 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2016-cı il buraxılışlı Hyundai Elentra minik markalı Ban nömrəsi KMHD84LF8HU144980 olan göy metallik nəqliyyat vasitəsi xx.xx.2024-cü tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyata alınmışdır. "xxxx" MMC (“Lizinq verən”) ilə İddiaçı MMC (“Lizinq alan”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 32 nömrəli “X3 müqaviləsi”nin surətindən görünür ki, Lizinq verən əvvəlcədən lizinq vermək məqsədilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş “Lizinq verən”lə “Satıcı” arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, əldə edilmiş 1 ədəd 2016-cı il buraxılışlı Hyundai Elentra minik markalı Ban nömrəsi KMHD84LF8HU144980 olan nəqliyyat vasitəsini “Lizinq alanın” müvəqqəti sahiblik və istifadəsinə verməyi, “Lizinq alan” isə bu müqavilənin şərtlərinə uyğun olaraq, lizinq obyektindən istifadəyə görə “Lizinq verən”ə şərtləşdirilmiş muzd (cəmi 21.759 manat) ödəməyi öhdəsinə götürür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC-yə, "xxxx" MMC-yə məxsus X4 markalı, tipi - Sedan, Ban nömrəsi KMHD84LF8HU144980 olan, Göy metallki rəngli, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Azərbaycan Respublikası ərazisində idarə etmək üçün üçüncü tərəflərə etibarnamə vermək səlahiyyəti verilmişdir. "RSS Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində bağlanmış 01 saylı “Avtomobilin icarə müqaviləsi”ndən görünür ki, İcarəyə verən X4 markalı, Ban nömrəsi KMHD84LF8HU144980, Göy metallki rəngli, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki cəhətdən saz vəziyyətdə icarəyə götürənə verir, icarəyə götürən isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək avtomobili təyinatına uyğun istifadə edir və avtomobildən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş hər 1 gün üçün 70 manat olan məbləği vaxtında icarəyə verənə ödəyir. "RSS Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 aprel 2024-cü il tarixli kassa mədaxil orderinə əsasən Cavabdeh “X4” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün icarə müqaviləsinə əsasən 2 gün üçün 140 (yüz qırx) manat (1 günü 70 manat olmaqla) ödəniş edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 01 nömrəli etibarnamədən görünür ki, 2016-cı buraxılışlı “X4” markalı **-YG-*** dövlət qeydiyyat nişanlı Göy Metallik nəqliyyat vasitəsi Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək etibar edilmişdir. xx.xx.2024-cü il tarixli TP ******* nömrəli yol hərəkət qaydaları, inzibati xətalarla bağlı çıxarılan inzibati tənbəh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 02:00-da Bakı şəhəri, Babək (Zabrat) ərazisində “X4” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə İXM-nin 327.6 maddəsi ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Sabunçu RPİ DYPŞ polis kapitanı S.Mirzəyev tərəfindən tərtib olunmuş xx.xx.2024cü il tarixli izahatın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Bakıxanov küçəsində “X4” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən idarəni itirərək, yolun kənarında daş maneəyə, yaxşılaşdırmaya aid olan ağaca dəyərək, hadisə yerindən yayınmış avto maşını sahibsiz qoyaraq kənarlaşmışdır. Qəza zamanı xəsarət alan olmamışdır. Cavabdeh izahat verməkdən imtina etmişdir. “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən tərtib edilmiş AA041938 nömrəli xx.xx.2024-cü il tarixli aktdan görünür ki, avtomobilə dəymiş zərərin ümumilikdə 9845 manat olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan və xəbərnaməsindən görünür ki, Cavabdeh 5 iş günü ərzində nəqliyyat vasitəsinə dəymiş 9845 manat zərərin, həmçinin İddiaçınə ödənilməli olan 1505 manat vəsaiti ödəmədiyi təqdirdə aiddiyyatı qurumlara və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə lizinq alan "RSS Group” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 32 nömrəli “X3 müqaviləsi”nə əsasən “X4” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmiş, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş etibarnamə ilə lizinq alan "RSS Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə nəqliyyat vasitəsini Azərbaycan Respublikası ərazisində idarə etmək üçün üçüncü tərəflərə etibarnamə vermək səlahiyyəti verilmişdir. Lizinq obyekti olan avtomobil müqavilə üzrə lizinq alan "RSS Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti sahibliyində olduğu müddət ərzində, onunla cavabdeh arasında bağlanmış icarə müqaviləsinə və verilmiş etibarnaməyə əsasında cavabdehin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixlər arasında avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Cavabdeh avtomobili istifadə etdiyi hər gün üçün 70 manat ödəməyi öhdəsinə götürmüş və ilkin ödəniş olaraq 2 günün əvəzində 140 manat ödəniş etmiş, digər günlərin əvəzini isə ödəməmişdir. Cavabdeh etibarnamə əsasında lizinq obyekti olan X4” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən inzibati xətalar məcəlləsinin tələblərini pozmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Hadisə nəticəsində avtomobilə zərər dəymişdir. Odur ki, iddiaçı avtomobilə dəymiş zərərin əvəzini və icarə müqaviləsinə əsasən ona ödənilməli olan əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İşin halları ilə (əlavə olunmuş foto şəkillər, video-görüntü, İnzibati xəta haqqında protokol və qərarla) avtomobilə maddi zərəri dəydiyi mövcudluğu təsdiq olunur, cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia ərizəsinə etiraz və ya işin halları ilə bağlı hər hansı sübut verməmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən tərtib edilmiş aktdan görünür ki, avtonəqliyyat vasitəsinin ehtiyyat hissələrinin dəyişdirilməsi ilə əlaqədar avtomobilə dəymiş zərərin 9845 (doqquz min səkkiz yüz qırx beş) manat olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı avtomobilin "xxxx" Sığorta Şirkəti ASC-də icbari sığorta edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 9845 (doqquz min səkkiz yüz qırx beş) manat, əldən çıxmış faydanın əvəzi kimi 1505 (bir min beş yüz beş) manat və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X1 Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi kimi 9845 (doqquz min səkkiz yüz qırx beş) manat, əldən çıxmış faydanın əvəzi kimi 1505 (bir min beş yüz beş) manat və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X1 Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar