Məhkəmə qərarları › İş №2(004)-1920/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1920/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1920/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçılar “xxxx” MMC-nin və İddiaçı2 Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar “xxxx” MMC və İddiaçı2 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 1870 saylı nisyə alqısatqı müqaviləsinə əsasən “Kia Rio” minik markalı, 2013-cü il buraxılışlı, KNADN512BE6885897 ban nömrəli, qəhvəyi rəngli, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 19.791,79 manat əsas borcun, 25.000 manat icarə haqqı, 20.000 manat cərimə və 31 manat dövlət rüsumunun Cavabdeh iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iddianın təmini tədbirinin tətbiqinə dair ərizə verərək, “Kia Rio” minik markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyularaq Azərbaycan Respublikası DİN-nin DYPİ-nin cərimə meydançasında saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1920/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1870 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında müqaviləsinə əsasən Cavabdeh nisyə satılmış İddiaçı2 mülkiyyətində olan “Kia Rio” minik markalı ** NM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun, avtomobil saxlanılaraq Azərbaycan Respublikası DİN BDYPİnin xüsusi mühafizə olunan dayanacağına qoyulması, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılması, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İşin məhkəmə baxışı xx.xx.2021-ci il tarixə saat 11:30-a təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi və “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilmişdir. Lakin tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar “xxxx” MMC-nin və İddiaçı2 Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar