Məhkəmə qərarları › İş №2(004)-1921/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1921/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1921/2023 10.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC BOKT-a qarşı əmlakın ipotekadan azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ipotekadan azad edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə ondan əsas borc üzrə 11192,71 manat, cərimə borcu üzrə 100 manat pulun tutularaq Cavabdeh QSC BOKT-a ödənilməsi, tutmanın ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinə yönəldilməsi və s. qət edilmişdir. Onun tərəfindən qətnamə icra edilmiş və qətnamə ilə tutulmuş borc ödənilmişdir. Lakin cavabdeh qanunla üzərinə düşən öhdəliyi yerinə yetirməkdən, yəni əmlakının ipotekadan azad edilməsindən əsassız olaraq imtina etmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı Cavabdeh QSC BOKT-un cavabdeh İddiaçı qarşı əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə xx.xx.2022-ci il tarixli 2(102)-3882/2022 saylı qərarından görünür ki: “1. Abşeron Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19 iyun 2008-ci il tarixli,635/01 saylı kredit müqaviləsi üzrə 18100 manat əsas borc, 15723 manat faiz borcu, 22500 manat dəbbə pulu, cəmi 54378 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, İddiaçı və Nümayəndə ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kvadrat metr yaşayış, 85.5 kvadrat metr köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evindən çıxarılması, ödəmənin ipotekaya qoyulmuş fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən cəmi 54378 manat məbləğində pul vəsaitinin İddiaçı "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin İddiaçı verilməsi qət edilmişdir. 2. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, cərimə borcuna və torpaq sahəsinin həcminə dair hissədə dəyişdirilməsi, cavabdeh İddiaçı əsas borc üzrə 11192,71 manat, cərimə borcu üzrə 100 manat pulun tutularaq Cavabdeh QSC BOKT-a ödənilməsi, “İpotekaya qoyulmuş yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsi cümləsində torpaq sahəsinin həcminin 10 ha yox, 0,10 ha kimi oxunması, qətnamənin faiz borcuna və mənzilin boşaldılmasına dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, həmin hissələrdə iddianın rədd olunması, ipoteka predmetinin ilkin satış qiymətinin 166000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə - 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı tutularaq iddiaçı banka ödənilməsi, ödəmənin ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,8 kvadrat metr yaşayış, 85,5 kvadrat metr köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən borcun tutulması, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 15 manatının cavabdehin özünə aid edilməsi, 5 manatının isə iddiaçıdan tutularaq ona ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun iddiaçı Cavabdeh QSC BOKTdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. 3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)4497/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,8 kvadrat metr yaşayış, 85,5 kvadrat metr köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 166000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. 4. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilərək cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən torpaq sahəsi 0,10 ha torpaq sahəsinin likvid dəyəri 100000 manat müəyyən edilmişdir. 5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2021-ci il tarixli, 2(102)-6095/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1167/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.” "xxxx" QSC BOKTın Azərbaycan Respublikasının Mərkəzi Bankına və İddiaçı ünvanlanmış 10 fevral 2023-cü il tarixli 13-7/3-7/315 saylı məktubundan görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il, 101a saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı "xxxx" ASC-yə olan 18100 manat məbləğində əsas borc və 25838,96 manat məbləğində isə faiz borcu üzrə tələb hüququ 11 yanvar 2018-ci il tarixli SFK-1094 nömrəli təhvil-təslim aktına əsasən Cavabdeh QSC-yə keçmiş daha sonra isə bu borcun idarəetməsi “X3 Edilməsi Agentliyi” MMC-yə (Cəmiyyət) ötürülmüşdür. Borclu İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1167/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borc öhdəliklərini icra etmiş, lakin "xxxx" ASC ilə “Aqrarkredit" QSC arasında imzalanmış xx.xx.2018-ci il tarixli S-FK- 1094 saylı təhvil-təslim aktına əsasən borclu İddiaçı "xxxx" QSC-yə ötürülmüş 32646,25 manat məbləğində ödənilməmiş borcu qalmaqdadır. Bu səbəbdən də Cəmiyyət tərəfindən ipotekaya xitam verilməmişdir. “X3 Edilməsi Agentliyi” MMC-nin Abşeron Rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2022-ci il tarixli 5178 saylı saylı məktubundan görünür ki, borclu İddiaçı tərəfindən xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək olan tarix aralığında “X3 Edilməsi Agentliyi” MMCyə ümumilikdə 11337,71 manat ödəniş etmişdir və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-47/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə borcu qalmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 528. Öhdəliyə kreditorun xeyrinə icra nəticəsində xitam verilməsi Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu M a d d ə 48. İpotekaya xitam verilməsi 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.2. əsas öhdəliyə xitam verildikdə… 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş borc məbləği ödənildiyindən, yəni ipoteka ilə təmin edilmiş öhdəliyə icra nəticəsində xitam verildiyindən ipotekaya xitam verilmişdir və cavabdehin iddiaçıya məxsus əmlakı ipotekadan azad etməməsi qanunsuzdur. Odur ki, iddia təmin olunaraq İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ipotekadan azad edilməsi vəzifəsi "xxxx" QSC BOKT-un üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2.-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 9.1.20. Məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olması ilə bağlı dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə hesab edir ki, 100 manat dövlət rüsumu cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62,8 kv.m yaşayış, 85,5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ipotekadan azad edilməsi vəzifəsi "xxxx" QSC BOKT-un üzərinə qoyulsun. 100 (yüz) manat dövlət rüsumu "xxxx" QSC BOKT-dan dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elekron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar