Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1927/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququna edilən müdaxilələrə son qoyulması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mülkiyyət hüququna edilən müdaxilələrə son qoyulması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə 09.02.2021-ci il tarixdə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, 10000 (on min) manat maddi və 10000 (on min) manat mənəvi zərərin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, cavabdehin onu narahat etməməsini istəyir. Xəstədir, narahat olunmaq istəmir, müdaxiləyə son qoyulmasını xahiş edir. Müdaxilə cavabdehin ona zəng etməsi və maşınla gəlib onu narahat etməsi, üçüncü şəxslər vasitəsilə ona söz çatdırmasıdır. 10000 manat mənəvi zərər isə xəstə olduğu üçün sağlamlığına dəymiş ziyanla əsaslandırır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan torpaq sahəsi və tikili var. Lakin əvvəllər tanıdığı Cavabdeh adlı şəxs iddiaçıya hədə-qorxu gələrək ondan qanunsuz olaraq əmlak tələb etməklə yanaşı mülkiyyət hüquqlarına qanunsuz olaraq müdaxilələr edir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə 03.09.2009-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvandakı “Sevinc” kafesinin altında yerləşən 822.5 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Həmin sənədlər əsasında da sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları da dövlət qeydiyyatına alınmış və adına Çıxarış verilmişdir. Lakin buna baxmayaraq cavabdeh heç bir əsas olmadan ünvan 1 ünvanında iddiaçıya hədə-qorxu gələrək ondan əmlak tələb etmişdir. İddiaçı ilk öncə onun hədə-qorxusuna əhəmiyyət verməmişdir, çünki cavabdehin sözügedən əmlaka heç bir aidiyyatı yoxdur. Sözügedən torpaq sahəsi və tikili əvvəllər Əmlak Komitəsinə məxsus olmuş və iddiaçı da 2009-cu ildə qanunverciliyin tələblərinə əsasən alğı-satqı edərək mülkiyyət hüquqlarını dövlət reyesterində qeydiyyata aldırmışdır. Lakin buna baxmayaraq cavabdeh bu dəfə tamah məqsədilə iddiaçıya zəng vuraraq hədə-qorxu ilə iddiaçıdan əmlak tələb etmişdir. Bildirir ki, Cavabdeh əvvəllərdə dəfələrlə iddiaçıya zəng vurmuş və eləcədə küçədə qarşısını kəsərək ondan əmlak tələb etmişdir. İddiaçı ona izah etmişdir ki, həmin ərazini o, Əmlak Komitəsindən almış və adına rəsmi çıxarış verilmişdir. Lakin cavabdeh iddiaçıya demişdir ki, oranı o almaq istəyirdi. İddiaçı da ona bildirmişdir ki, o ona heç bir maneəçilik etməmişdir, əgər almaq fikri var idisə ondan əvvəl alardı. İndi də cavabdeh yüksək rütbəli şəxslərin adlarından istifadə edərək iddiaçıya qarşı şantaj xarakterli iddialar irəli sürür və hədəqorxu gəlir. Həmçinin mülkiyyət hüququnun həyata keçirilməsinə maneəçilik törədərək özbaşınalıqlar edir və qanunsuz olaraq müdaxilələr edir. Halbuki, mülkiyyət hüququ Dövlət tərəfindən qorunan hüquqdur. Bundan əlavə cavabdehin bu kimi qanunsuz hərəkətlərdən sonra iddiaçıda göz təyziqi yaranmış və haqsız yerdən əsəbləşdiyindən şəkər xəstəliyinə tutulmuşdur. Cavabdeh iddiaçıya qarşı haqsız hərəkətlərini bu gün də davam etdirir və telefon vasitəsi ilə, eləcədə qabağını kəsərək ona qarşı təzyiqlər göstərir. Həmçinin mülkiyyətinə qanunsuz olaraq müdaxilələr edir. Cavabdeh tanımadığı nömrələrdən mütəmadi olaraq zənglər vuraraq iddiaçıya psixoloji təsirlər edir. Müdaxilə dedikdə gəlir həmin yerə hədə qorxular gəlir, maneələr yaradır. Bunu polisə müraciəti ilə sübut edə bilər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu izahat verərək bildirir ki, o, hədə qorxu gəlməmişdir. O, ilahiyyatçı adamdır, heç kimə müdaxilə etməmişdir. Həmin yerdə o, uzun müddət Sevinc şadlıq sarayını işlətmişdir. Şirkətin rəhbərliyində olan İlham adlı şəxslə, Alim ona qarşı birləşmişdir. 12 ildir ki, belə söz-söhbət yox idi. Onu polis şöbəsindən çağıraraq bildirdilər ki, onluq heç nə yoxdur. O, öz öhdəliyini yerinə yetirmişdir, qarşı tərəf isə 12 ildir onu aldadır. İnternetdə araşdırma aparılsa görünər ki, İddiaçı və İlham Məmmədov möhtəkirdir. Bu haqda yazılar var. Əmlakın qaytarılması ilə bağlı şirkətin rəhbərliyinə müraciət etmişdir. Şirkətin rəhbərliyi dedikdə İlham Məmmədovu nəzərdə tutur. İddiaçılə sonuncu dəfə bu ilin fevralın əvvəlində danışmışdır. İddiaçı müqaviləni vermək üçün zəng etmişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 izahat verərək bildirir ki, mülkiyyət hüququna müdaxilə ilə bağlı heç bir sənədli sübut yoxdur. Əgər mülkiyyət hüququna müdaxilə olsa idi, bu haqda cinayət işi başlanmalı idi. Qalib müəllim yaşlı xəstə adamdır. Onun hədə qorxu gəlməsi, hansısa müdaxilə etməsi mümkün deyil. Qalib bəyin ürəyində stend var. İndiyə qədər məhkəməyə müraciət olunmamasının səbəbi Qalib müəllimin binanın tikilib hazır olmağı və ona çatası mənzilin verilməsinin gözləməsi olmuşdur. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət reyestrində 03.10.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, maklerdir. Bir dəfə Alim müəllimin yanına müştəri gətirmiş, həmin vaxt cavabdeh oraya gələrək Alim müəllimlə mübahisə etməyə başlamış, Qalib müəllim özü Alim müəllimə yaxınlaşaraq mübahisə etmişdir. Mübahisə zamanı hər hansı təhqir və ya əlbəyaxa dava olmamışdır. Bu hadisə yanvar ayının ortalarında baş vermişdir. Qalib müəllimi əvvəl orada görməmişdir. İşin halları odur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçının tələbi odur ki, cavabdeh ona hədə-qorxu gəlir, həmin əmlakın ona məxsus olduğunu bildirir. Nəticədə iddiaçının hüquqlarını pozur və ona mənəvi zərər vurur. Ona görə də mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, 10000 (on min) manat maddi və 10000 (on min) manat mənəvi zərərin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Çünki iddiaçının mülkiyyətində olan əmlakdan istifadəsinə cavabdeh tərəfindən hər hansı bir fiziki maneənin yaradılması müəyyən edilmədi. Bundan əlavə, iddiaçı məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəydiyini sübut edə bilmədi. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, 10000 ( on min) manat maddi və 10000( on min) manat mənəvi zərərin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və bu cür hərəkətlərə son qoyulması, 10000 (on min) manat maddi və 10000 (on min) manat mənəvi zərərin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1927/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1927/2021
03.05.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver