Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2222/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X31” Hospitalına qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh “X31” Hospitalına qarşı “sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdeh “X31” Hospitalına qarşı “sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı azyaşlı övladının “X31” hospitalının həkimlərinin səhlənkarlığı nəticəsində onun səhhətinin pozulması ilə əlaqədar olaraq iddiaçıya dəymiş 100 000 (bir yüz min) manat maddi ziyanın və 100 000 (bir yüz min manat) dəyərində mənəvi zərərin, ümumilikdə 200 000 (iki yüz min ) manat məbləğində pul vəsaitinin cavabdeh “X31” Hospitalından iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X6 ilə 2021-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan xx.xx.2022-ci il təvəllüdlü X16 dünyaya gəlmişdir. İddiaçının övladı “X31” hospitalında dünyaya gəlmişdir. Övladı dünyaya gələndə ona hospitalda “Konjenital AV Blok” diaqnozu qoyulmuşdur. Körpənin ürək döyüntüləri 50-yə yaxın olmuş və bu normal körpə uşağın ürək döyüntülərindən təxminən iki dəfə zəif olmuşdur. İddiaçı oğlunu bir çox həkimə göstərdikdən sonra uşağın əməliyyat olunmalı olduğunu və ürək döyüntülərini tənzimləmək üçün onun üzərində “ksifoid yanaşma ilə daimi batareya və epikardia lelektrodun yerləşdirilməsi” əməliyyatı aparılmalı olduğunu bildirmişlər. Daha sonra ona X24 kardio cərrah Şiraslan Baxşəliyev və aritmoloq Bəhruz Əliyev adlı Türkiyədə uzmanlıq keçmiş həkimlərin gəldiyini, həmin həkimlərin uzun müddət Türkiyədə çalışdığını, qeyd olunan sahə üzrə savadlı mütəxəssislər olduqlarını hospitaldan ona bildirmişlər. Əməliyyatın detallarını müzakirə etdikdən sonra xx.xx.2023-cü il tarixində iddiaçının oğlu Adəm Mustafayev üzərində “ksifoid yanaşma ilə daimi batareya və epikardial elektrodun yerləşdirilməsi” əməliyyatı Bona Dea hospitalında həkim Şiraslan Baxşəliyev tərəfindən icra olunmuşdur. Əməliyyat nəticəsində azyaşlı Adəmin əzələ daxilinə ürək döyüntülərini normala salınması üçün pacemaker və Bipolar AV elektrodu yerləşdirilmişdir. Əməliyyatdan sonra xəstə bir neçə gün hospitalda qaldıqdan sonra evə buraxılmışdır. İddiaçının övladı üzərində həyata keçirilmiş əməliyyatdan sonra körpənin nəinki ürək döyüntüləri stabilləşmiş, bu dəfə də ürək döyüntüləri həddən artıq çoxalmışdır ki, bu da onun normal qidalanmasına, yatmasına, ümumiyyətlə yaşamasına olduqca böyük çətinliklər törətmişdir. Körpədə qəbzlik yaranmış, normal qidalanmadan kəsilmiş, iştahsızlıq, halsızlıq kimi simptomlar yaranmışdır. Körpənin ürək döyüntüləri 150-yə dək qalxmışdır ki, bu da onun həyatı üçün təhlükə yaratmışdır. Körpə normal qidalanmır, yatmır, gecələr dayanmadan ağlayır və zəifləməkdə davam etmişdir. Bu simptomları aşkar edən kimi iddiaçı dərhal oğlunu əməliyyat etmiş həkim Şiraslan Baxşəliyevə və müayinə həkimi Bəhruz Əliyevə müraciət etmiş, uşağın ürək döyüntülərinin normadan çox olduğunu, bunun körpənin həyatı üçün təhlükə yaratdığını və pacemakerin ayarlarının normala salınmasını xahiş etmişdir. Lakin “X31” hospitalının həkimi Şiraslan Baxşəliyev və Bəhruz Əliyev ayarların qaydasında olduğunu bildirərək ürək döyüntüsünü normala salınması üçün iddiaçının azyaşlı körpəsinə müxtəlif dərmanlar təyin etmişlər. İddiaçının oğlu Adəm əməliyyatdan təxminən 10 gün, 01 ay və 02 ay sonra təxminən hər dəfəsində bir həftəlik bir müddətdə “X31” hospitalında stasionar müalicəyə yatırılmış və ona “tənəffüs yollarının infeksiyası” diaqnozu qoyularaq yalnış müalicə aparılmışdır. Körpəyə çoxsaylı dərmanlar verilmiş, qeyd olunan müddət ərzində 1 dəfə uğursuz intubasiya və 2 dəfə uğursuz ekstubasiya olunmuş, antibiotiklər, noradrenalin, dopamin, adrenalin, mirlinon, piperasilin, tazobaktam, corolan, aldactone, Lasix, enapril, concor və s dərmanlar təyin edilərək verilmiş və müalicə yanlış istiqamətdə aparılaraq körpənin orqanizmi lazımsız dərman preparatları ilə doldurulmuşdur. Bu vəziyyət, yəni yanlış aparılmış müalicə nəticəsində iddiaçının övladının səhhəti günü-gündən pisləşmiş və körpə tamamilə demək olar ki, qidadan kəsilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının oğlu Adəm Mustafayev “X28” yerləşdirilmiş lakin, hospitalın həkimlərinin cinayətkarcasına səhlənkarlığı nəticəsində Adəm Mustafayevə edilmiş yanlış müalicə davam etdirilmiş, nəticədə onun səhhəti hospitalda olduğu müddətdə kəskin pisləşmiş, temperaturunun qalxması fonunda ürəyi ilə yanaşı ciyərlərində problemlər yaranmış, körpədə ishal, halsızlıq yaranmış və körpə zəifləyərək koma vəziyyətinə düşmüşdür. Uzun müddətdir iddiaçının oğlunu düzgün olaraq müalicə edə bilməyən həkimlər sonunda ona “ürək çatışmamazlığı” diaqnozu qoymuşlar. Yəni aparılmış düzgün olmayan müalicə nəticəsində azyaşlıda ürək çatışmamazlığı yaranmışdır. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək iddiaçının oğlu Mustafayev Adəmə “X31 Hospitalında” həkimlərin cinayətkarcasına səhlənkarlığı və etinasızlığı nəticəsində göstərilmiş keyfiyyətsiz tibbi yardım nəticəsində körpədə ürək çatışmamazlığı yaranmış və hospitaldan çıxarıldığı gün ona “ürək çatışmamazlığı, ürək ritminin digər pozğunluqları, digər dəqiqləşdirilməmiş sepsis, tam qulaqcıq-mədəcik blokadası, kalp pili bulunuşu” diaqnozu qoyulmuş və həkimlər Şiraslan Baxşəliyev və Bəhruz Əliyev körpənin müalicəsinin onların bacarıqlarından kənar olduğunu bildirərək təcili olaraq azyaşlının Türkiyəyə müalicə üçün aparılmalı olduğunu bildirmişlər. Bundan sonra iddiaçı “Mediclab Hospital”la əlaqə saxlayaraq təcili olaraq ölümcül vəziyyətdə olan oğlu Adəm Mustafayevi “X11 Fakültesi Hastanesi”nə təxliyyə etdirmiş, oğlu X17 Universiteti Xəstəxanasında professor doktor Tevfik Karagöz tərəfindən müayinə olunmuş və müayinə zamanı iddiaçının oğluna lazımsız dərmanlar və tibbi medikamentlərin verilməsi və ən əsası pacemakerin düzgün yerləşdirilməməsi və onun ayarlarının düzgün qoyulmaması müəyyən edilmişdir. Dərhal pacemakerin ayarları DDD pacingdən VVİ-yə, sürəti isə 80-ə endirilmiş, oğluna müalicə qismində verilmiş lazımsız medikamentlər kəsildikdən sonra azyaşlının vəziyyəti stabilləşmiş və onda sürətlə düzəlmə başlamışdır. xx.xx.2023-cü il tarixində iddiaçının oğlu üzərində həmin xəstəxanada yenidən əməliyyat keçirilərək düzgün yerləşdirilməyən pacemaker söndürülmüş və yeni pacemaker qoyulmuşdur. “X31” hospitalı tərəfindən qoyulmuş pacemakerin çıxarılması ilə bağlı da iddiaçının oğlu üzərində gələcəkdə yeni bir əməliyyat icra olunmalıdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının azyaşlı körpə oğlu Adəm Mustafayevin “X31” Xəstəxanasının və onun səriştəsiz həkimlərinin apardığı keyfiyyətsiz əməliyyat və ondan sonra “müalicə” tədbirləri nəticəsində səhhəti kəskin şəkildə pisləşmiş və sadəcə bir möcüzə nətixəsində Türkiyəyə təxliyyə olunanadək sağ qalmışdır. Hacettepe Universiteti Xəstəxanasından alınmış sağlıq raporlarından da görünür ki, iddiaçının oğlu Adəmin Cavabdeh Hospitalında keçirilmiş əməliyyatdan sonra səhhəti pisləşmiş və orada aparılmış və aylarla sürmüş keyfiyyətsiz tibbi müdaxilədən sonra iddiaçının oğlu koma vəziyyətinə düşmüş və onda ürək çatışmamazlığı yaranmışdır. Halbuki dəfələrlə iddiaçı tərəfindən müalicə həkimləri olan kardiocərrah Şiraslan Baxşəliyevə və aritmoloq Bəhruz Əliyevə pacemakerin ayarlarının düzəldilməli olması barədə xəbərdarlıq edilsə də həkimlər buna ehtiyac olmadığını bildirmişlər və iddiaçın oğlunun ürək döyüntülərini stabilləşdirmək üçün onun yaşına və sağlamlığına uyğun olmayan dərmanlarla onun orqanizmini yükləmişlər, onda bunun nəticəsində ürək çatışmamazlığı yaranmasını ondan gizlətmişlər və ən sonda oğlunun səhhətinin vəziyyəti kritik hala çatdıqda onun təxliyyə olunmalı olduğunu, körpədə ürək çatışmazlığı olduğunu etiraf etmişlər. Qeyd olunmalıdır ki, keyfiyyətsiz əməliyyatdan sonra iddiaçının oğlunun üzərində “X31” hospitalında aylarla davam edən eksperimentlər aparılması nəticəsində oğlu koma vəziyyətinə düşmüşdür. İddiaçı oğlu Adəmin Cavabdeh Hospitalında müalicəsi ilə bağlı 30 000 (otuz min manat) pul vəsaiti xərcləmişdir. Üstəlik aparılmış keyfiyyətsiz tibbi yardımdan sonra iddiaçının oğlu Türkiyəyə təxliyyə olunduqdan sonra onun həyatda qalması üçün iddiaçı tərəfindən daha 50 000 (əlli min) manat vəsait xərclənmişdir. Azyaşlının səhhətindəki problemlərin aradan qaldırılması üçün gələcəkdə də təxminən 20 000 manatdan artıq vəsait tələb olunacaqdır. Bu onun təkrarən əməliyyat olunaraq əvvəl düzgün yerləşdirilməyən pacemaker cihazının çıxarılması və azyaşlının müayinələri ilə bağlıdır. Cavabdeh hospitalın və onun həkimlərinin cinayətkarcasına səhlənkarlıği nəticəsində iddiaçı ümumilikdə 80 000 (səksən min) manat maddi zərərə uğramışdır və daha sonra azyaşlının Türkiyə Cumhuriyyətində müayinələrə aparılması zamanı isə 20 000 manatdan artıq iddiaçı tərəfindən məsrəf edilmişdir. Ümumilikdə iddiaçıya 100 000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, iddiaçının oğluna keyfiyyətsiz tibbi yardım və bunun nəticəsində sonuncunun səhhəti ilə bağlı sonradan yaranan problemlərlə bağlı iddiaçı oğlunu Türkiyə Cumhuriyyətinə mütəmadi həkim nəzarətindən keçməsi və müalicəsini davam etdirmək üçün aparır ki, bununla bağlı hər səfər xərci təxminən 5000 (beş min) manata başa gəlir. Həmçinin nəzərə alınmalıdır ki, “X31” hospitalında xəstənin üzərində aparılmış yanlış əməliyyat nəticəsində ona yerləşdirilmiş pacemaker aparatı söndürülsə də tibbi göstərişlər olduğundan əməliyyat olunaraq onun bədənindən çıxarılmamışdır ki, bu da gələcək də iddiaçının həmin əməliyyatı icra etdirərək maddi ziyan edəcəyini göstərir. Halbuki iddiaçının oğlu üzərində əməliyyat doğru icra edilsəydi və onun bədəninə yerləşdirilmiş pacemakerin ayarları düzgün tənzimlənsəydi, iddiaçının oğlunun əməliyyatdan sonra vəziyyəti pisləşdikdə və yenidən Cavabdeh hospitalına yerləşdirildikdən sonra onun vəziyyəti düzgün qiymətləndirilib vaxtında tibbi müdaxilə edilsəydi iddiaçıya bu qədər maddi zərər dəyməzdi. Təkcə onu qeyd etmək bəs edər ki, düzgün aparılmayan müalicə və müayinə nəticəsində iddiaçının oğlunun BNP analizlərinin (yəni şəxsdə ürək çatışmamazlığını və ürəyin yüklənməsini göstərən göstəricidir) cavabı 1500 olmuşdur. Yəni körpə uşaqda bu referans 0-100 aralığında olmalı olduğu halda Adəmdə bu referans 1500-ə qalxmışdır. Türkiyədə ilkin müdaxilədən və pacemakerin ayarları düzəldildikdən sonra isə bu ayarlar normala düşmüşdür. İddiaçı azyaşlı övladı Adəm Mustafayevin “X31 Hospital” klinikasında həkimlər tərəfindən düzgün cərrahiyyə əməliyyatı olunmaması barədə daxil olmuş müraciəti əsasında Bakı şəhəri, Nizami rayon prokurorluğunda araşdırma aparılmışdır. Təyin edilmiş həkim işinə dair komisyon məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli, 342/KEŞ nömrəli rəydən görünür ki, Adəm Mustafayev 11 iyul 2023-cü il tarixdə “X31 İnternational Hospital”da “Anadangəlmə ürək bloku”, 11 sentyabr 2023-cü il tarixdə isə “Ürək çatmamazlığı. Ürək ritminin digər pozğunluqlar. Digər dəqiqləşdirilmiş sepsis. Tam qulaqcıq-mədəcik blokadası. Kardiostimulyatorun olması” diaqnozlar ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrə əsasən diaqnoz düzgün təyin edilmişdir. Adəm Mustafayevə təyin edilmiş “Anadangəlmə ürək bloku” diaqnozu ilə əlaqədar xəstəyə ümumi anesteziya altında “Ksifoid yanaşma ilə daimi batareya və epikardial elektrodun yerləşdirilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Adəm Mustafayevin adına Türkiyə Respublikası “Hacettepe Üniversitesi”ndə tərtib edilmiş tibbi sənəddən görünür ki, Adəm Mustafayevdə şiddətli ürək çatışmazlığı olduğundan köhnə kardiostimulyator ləğv edilmiş, 28 dekabr 2023-cü il tarixdə isə “Kardiostimulyatorun revizyonu-yeni sol budaq sahəsində kardiostimulyator implantasiyası” aparılmışdır. “X31 İnternational Hospital”da kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olmuş, kardiostimulyator düzgün qoyulsa da, göstəriciləri düzgün nizamlanmamış və bu da xəstədə şiddətli ürək çatmamazlığına səbəb olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərər vurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır. Adəm Mustafayevə “X31 İnternational Hospital”da göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzilə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələbləri pozulmuşdur.
İş materialları :
3. X11 Fakültesinin “Çoçuk Sağlığı ve X12, X20” tərəfindən verilmiş arayışdan görünür ki, xəstəyə “konjenital AV Blok, DDD pacemaker implantasyonu sonrası pacemaker ilişikli kardiyomyopati, ağır kalp yetmezliği, pacemaker revizyonu-yeni sol dal alanı pacemaker implantasyonu, transkateter ASD kapatılması” diaqnozu qoyulmuş, taburculuk planı olaraq “2 ay sonra Ç.Kardiyoloji kontrolü və Ç.Hematoloji kontrolu” müəyyən edilmiş və xəstəyə 7 adda “ilaç” yazılmışdır. (Azərbaycan dilinə tərcümə edilmiş notarial təsdiqi də iş materiallarına əlavə edilib).
4. X11 Fakültesinin “Çoçuk Sağlığı ve X12, X20” tərəfindən verilmiş arayışdan görünür ki, “hasta bu bulgular ile rezervuarlı maske ile 4-5 İt/dk dan oksilen desteği alıyor halda yoğun bakıma kabul edilmiş, BNP-si 2957 pg/ml gelmiş, EKG-de atrium sens-ventriküler pace şeklinde dual chamber pace ritmi izlenmiş, sens ve capture problemi izlenmemiş, kalp hızı 140-150 atım/dk hızlarında değışiyordu. (Azərbaycan dilinə tərcümə edilmiş notarial təsdiqi iş materiallarına əlavə edilib).
5. X11 Fakültesinin “Çoçuk Sağlığı ve X12, X20” tərəfindən verilmiş arayışdan xx.xx.2022-ci il təvəllüdlü X16 xx.xx.2023-cü il tarixində “Acil Servis”ə, xx.xx.2023-cü il tarixində “Çoçuk Yoğun Bakımına”, xx.xx.2023-cü il tarixində “Bölüm-38”-ə yerləşdirilmiş, yatış nedeni Lupus, Sjögren tanılı anne bebeği olan, Konjenital AV tam bloğu olan, A tam blok nedeniyle 7 aylıkken epikardiyal dual pacemaker implantasyonu ağır kalp yetmezliği gelişen hasta, İVABRADİNE, MİLRİNONE, LASİX və ALDAKTON tedavileri alıyor şekilde, hava ambulansı ile hastaneye başvurub. Hasta çoçuk acil polikliniğinde ilk değerlendirmesinde takipneik, Akciyer grafisinde kardiyotorasik indeksi ileri derecede artmış (ağır kardiyomegalik) izlendi. Ekokardiyografik değerlendirmesinde sistolik fonksiyonlar ileri derece azalmış, kalp boşlukları dilate, orta düzeyde triküspit yetmezlik (45 mmHg gradient), iki yönlü şantın olduğu geniş ASD, hafif mitral yetersizlik ve paardoksik septal kasılma izlendi. EF %26 idi, koroner çıkışlar normal görüldü. Xəstədən “kardiyak markerları, BNP, tam kan sayımı ve akult faz reaktanları alınaraq servisə yatırılmışdır.
6. Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, ekspert rəyi və toplanmış materiallara əsasən X4 üzərində “X31 Hospital” klinikasında göstərilmiş tibbi xidmət zamanı Səhiyyə Nazirliyi tərəfindən 19 sentyabr 2012-ci il tarixli 700 nömrəli əmrlə təsdiq edilmiş Tibb təlimatları”nın 24.1 bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) tələbləri pozulsa da, “X31 Hospital” klinikasında Adəm Mustafayevin diaqnozunun aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilməsi, həqiqətən kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olması, kardiostimulyatorun düzgün qoyulmasına baxmayaraq, sadəcə göstəricilərinin düzgün təyin edilmədiyinə görə göstərilmiş qüsurlu tibbi xidmət nəticəsində Adəm Mustafayevin sağlamlığına zərərvurmanının dərəcəsi təyin edilmədiyindən, həmçinin sonuncunun üzərində Türkiyə Respublikasının “Hacettepe Universiteti”ndə icra edilmiş tibbi prosedurdan sonra Adəm Mustafayevin sağlamlıq vəziyyətinin pisləşməsinin aradan qalxması səbəbindən “X31 Hospital” klinikasının əməli fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətə və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurlma kimi qiymətləndirilməmiş, toplanmış material üzrə “X31 Hospital” Klinikasının həkimlərinin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə X1 Birliyi” X21 342/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2022-cİ il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.Adəm Mustafayevin adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, o, xx.xx.2023cü il tarixdə “X31 İnternational Hospital”a “Anadangəlmə ürək bloku”, xx.xx.2023-cü il tarixdə isə “Ürək çatmamazlığı. Ürək ritminin digər pozğunluqları. Digər dəqiqləşdirilmiş sepsis. Tam qulaqcıq-mədəcik blokadası. Kardiostimulyatorun olması” diaqnozları ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrə əsasən diaqnoz düzgün təyin edilmişdir. 2. Adəm Mustafayevə təyin edilmiş “Anadangəlmə ürək bloku” diaqnozu ilə əlaqədar xəstəyə ümumi anesteziya altında “Ksifoid yanaşma ilə daimi batareya və epikardial elektrodun yerləşdirilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Adəm Mustafayevin adına Türkiyə Respublikası “Hacettepe Üniversitesi”ndə tərtib edilmiş tibbi sənəddən göründüyü ki, xəstədə şiddətli ürək çatışmazlığı olduğundan köhnə kardiostimulyator ləğv edilmiş, xx.xx.2023-cü il tarixdə isə “Kardiostimulyatorun revizyonu-yeni sol budaq sahəsində kardiostimulyator implantasiyası” aparılmışdır. Qeyd olunanları nəzərə alaraq “X31 İnternational Hospital da kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olmuş, kardiostimulyator düzgün qoyulsa da göstəriciləri düzgün nizamlanmamış və bu da xəstədə şiddətli ürək çatmamazlığına səbəb olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. 3.4. Adəm Mustafayevə “X31 İnternational Hospitaf’da göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları’nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulmasıdır.
8. “X31 Hospitalı” “Uşaq Sağlamlığı və Xəstəlikləri” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarxidə xəstəxanaya “rutin çoçuk sağlığı müayinəsi” diaqnozu ilə gəlib. KVS: luoua anne bebeği, av blokla doğulub.
9. “X31 Hospitalı” “Uşaq Kardiologiya” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarxidə xəstəxanaya tənəffüs çatışmazlığı şikayəti ilə gəlib. Fiziki müayinə: ümumi vəziyyəti orta ağırdır. Maska ilə oksigen dəstəyi alır. Oksigenlə saturasiya 90-95 arası izlənir. xx.xx.2024-cü il tarixdə evə yazılıb. Diaqnoz-Akut üst solunum yolu enfeksiyonu, tanımlanmamış; Konjenital kalp bloğu.
10. “X31 Hospitalı” “Uşaq Kardiologiya” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarxidə xəstəxanaya tənəffüs sıxıntısı şikayəti ilə gəlib. xx.xx.2024-cü il tarixdə evə yazılıb. Diaqnoz-yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası..
11. “X31 Hospitalı”nın xx.xx.2023-cü il tarixli ameliyat raporundan görünür ki, Mustafayev Adəm xx.xx.2024-cü il tarixdə əməliiyat olunub və ə iki odalı daimi pacemaker ve bipolar AV elektrodu yerləşdirilmişdir.
12. “X31 Hospitalı” “Uşaq Ürək-Damar Cərrahiyəsi” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarixdə pacemaker implantasiyası üçün yerləşdirilib. xx.xx.2023-cü il tarixində evə yazılıb. Diaqnoz: ön tanı-tam qulaqcıq-mədəcik blokadası, konjenital kalp bloğu.
13. “X31 Hospitalı” “Uşaq Ürək-Damar Cərrahiyəsi” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarixində ümumi narahatlıq, subfebril qızdırma şikayəti ilə xəstəxanaya gəlib. xx.xx.2023cü il tarixdə evə yazılıb. Diaqnoz: yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası.
14. “X31 Hospitalı” “Uşaq Sağlamlığı və Xəstəlikləri” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarxidə taburculuk sonrası ilk kontrol üçün xəstəxanaya gəlib.Diaqnoz rutin çoçuk sağlığı müayinəsi”.
15. “X31 Hospitalı” “Uşaq Sağlamlığı və Xəstəlikləri” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarxidə xəstəxanaya ateş, teneffüs çatışmazlığı, peroral sianoz, rengin avaziması, interkostal subkostal cekinmeler şikayəti ilə gəlib. Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub.
16. “X31 Hospitalı” “Uşaq Ürək-Damar Cərrahiyyəsi” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarxidə xəstəxanaya solunum sıxıntısı və taşıkardi şikayəti ilə gəlib. xx.xx.2023-cü il tarixdə “Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu ilə evə yazılıb.
17. “Uşaq Sağlamlığı və Xəstəlikləri” şöbəsi tərəfindən verilmiş epikrizdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev xx.xx.2023-cü il tarxidə xəstəxanaya temperatur, göyərmə, soluqluq, halsızlıq, huzursuzluq şikayəti ilə gəlib. xx.xx.2023-cü il tarixdə Xəstə ailənin istəyi ilə iləri tədqiq və müalicə məqsədi ilə transfer olunması üçün tibbi komandaya təsim edilib. Diaqnoz- Ürək çatışmazlığı, ürək ritminin digər pozğunluqları, digər dəqiqləşdirilmiş sepsis, tam qulaqcık-mədəcik blokadası, kalp pili bulunuşu.
18. İddiaçı məxsus 416973******1772 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2023 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “HacettepeUniDONSEAnkara” təsviri üzrə 2438.97 manat və xx.xx.2023-cü il tarixdə “X29 Otel Ankara” təsviri üzrə 1066.06 manat vəsait kartdan məxaric edilmişdir.
19. İddiaçı məxsus 416973******1772 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-xx.xx.2024-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir.
20. İddiaçı məxsus 416973******1772 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2023 dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə “X30 2” təsviri üzrə 1000 manat vəsait kartdan məxaric edilmişdir.
21. İddiaçı məxsus 418980******65094 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir.
22. İddiaçı məxsus 418980******12574 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2024-cü il, xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövrləri əhatə hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir.
23. İddiaçı məxsus 418980******06639 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-xx.xx.2024-cü il, xx.xx.2024-xx.xx.2024-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir.
24. X2 məxsus 418980******72837 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2024-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir.
25. İddiaçı məxsus 40****9723 nömrəli karta dair "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarış iş materiallarına əlavə edilmişdir.
26. xx.xx.2024-cü il tarixli, **********39 transaksiya nömrəli mədaxil qəbzindən görünür ki, “Turkish Airlines” hesabına həmin tarixdə 1852.80 manat ödəniş edilmişdir.
27. İş materiallarına 2 yetişkin-İddiaçı, Nahidə Babazadə və 1 uşaq- Adəm Mustafayevin xx.xx.20214-xx.xx.2024-cü il tarixli Türkiyə səfərinə dair uçuş tarixi, yer və uçuş üzrətinə dair sənədlər əlavə edilmişdir.
28. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə Həsənova Günay tərəfindən “ETS TUR” hesabına 880.36 manat ödəniş edilmişdir.
29. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə Həsənova Günay tərəfindən “Turkish Airlines” hesabına 1806.06 manat ödəniş edilmişdir.
30. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə Həsənova Günay tərəfindən “Turkish Airlines” hesabına 1866.32 manat ödəniş edilmişdir.
31. İş materiallarına 2 yetişkin-İddiaçı və Nuh Həşimovun xx.xx.2023-cü il, Abbasoba Sevda və Oqtay Xəlilovun xx.xx.2023-xx.xx.2023-cü il tarixli və Samirə Bbayeva, Nahidə Babazadə, Adəm Mustafayevin xx.xx.2023-cü il tarixli Türkiyə səfərinə dair uçuş tarixi, yer və uçuş üzrətinə dair sənədlər əlavə edilmişdir.
32. X25 ürünlər GİDA SAN.ve TİC. LTD.ŞTİ tərəfindən Adəm Mustafayevə dair verilmiş xx.xx.2023-cü il tarixli faturadan görünür ki, “Pacemaker” cihazı üçün cəmi 38.000.60 TL ödənilməlidir.
33. X26 Sanayi ve Ticaret Ltd. Şti tərəfindən Adəm Mustafayevə dair verilmiş xx.xx.2024-cü il tarixli faturadan görünür ki, 58.894.00 TL ödənilməlidir.
34. xx.xx.2024-cü il tarixli “İş yerinə dair arayışdan” görünür ki, X9 xx.xx.2007-ci ildən "xxxx" MMC-də tibb bacısı işləyir.
35. xx.xx.2024-cü il tarixli “İş yerinə dair arayışdan” görünür ki, X18 xx.xx.2019-cu il tarixdənxx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də pediatriya şöbəsinin rəhbəri işləyib.
36. İş materiallarına Gultamam Kərimova, Nahidə Babazadə, Zəminə Məmmədova və Adəm Mustafayevə aid xx.xx.2024-cü il dövrə dair bilet və uçuş xərcinə dair sənədlərəlavə edilmişdir. Toplam 25.814.72 manat ödənilmişdir.
37. İş materiallarına xx.xx.2023-cü il tarixdə Ankarada Bakıye geri dönüş biletinə və uçuş xərcinə dair sənədlər əlavə edilmişdir.
38. Azərbaycan Respublikası Mərkəzi Bakının rəsmi saytından əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Türkiyə lirəsinin məzənnəsi 0.0564 AZN olub.
39. Azərbaycan Respublikası Mərkəzi Bakının rəsmi saytından əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Türkiyə lirəsinin məzənnəsi 0.0602 AZN olub.
Tərəflərin izahatları :
40. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, ailəsinin geri dönüşü üçün ödənilən bilet pulunda, uşaq üçün əlavə kəmər və.s. verildiyi üçün biletin pulu azdır. Uşaq üçün ödənilmiş biletin pulundan da vergi tutulur. Uşağın bileti üçün nə qədər vergi tutulduğunu müəyyən etmək mümkün deyil. O mail adresinə də baxmış, lakin həmin faturaları tapa bilməmişdir. Hər şey sistem üzərindən hesablandığı üçün elektron faturalar çıxmır. Türkiyəyə sorğu edilməli olduğunu bildirmişlər, həmin sorğunun cavabı isə bir aydan tez gəlməyəcəkdir.
41. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
42. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qəbul etməyərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
İşin faktiki halı :
43. İddiaçı telma oğlunun övladı Adəm Mustafayev xx.xx.2022-ci il tarixdə cavabdeh «X31» Hospitalda doğulmuşdur. Uşaq doğulan zaman AV Kalp Blok ilə doğulmuşdur.
44. Uşaq xx.xx.2023-cü il tarixdə tənəffüs sıxıntısı və konjenital kalp bloğu diaqnozu ilə «X31» Hospital “Uşaq Kardiologiya” şöbəsinə yerləşdirilib. Fiziki müayinə zamanı ümumi vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Uşaq xx.xx.2023-cü il tarixdə ümumi vəziyyəti kafi olaraq qiymətləndirilməklə “Akut üst solunum yolu enfeksiyonu, tanımlanmamış” və “Konjenital kalp bloğu” diaqnozu ilə evə yazılıb.
45. Uşaq yenidən xx.xx.2023-cü il tarixdə “yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu ilə «X31» Hospital “Uşaq Kardiologiya” şöbəsinə yerləşdirilib. Fiziki müayinə zamanı ümumi vəziyyəti orta ağır olaraq qiymətləndirilib. Uşaq xx.xx.2023cü il tarixdə ümumi vəziyyəti kafi olaraq qiymətləndirilməklə ailənin istəyi ilə tədavi rədd imzalanmaqla evə yazılıb.
46. Adəm Mustafayev xx.xx.2023-cü il tarixdə cavabdeh «X31» Hospitalda əməliyyat olunmuş və uşağa iki odalı daimi pacemaker və bipolar AV elektrodu yerləşdirilib. Uşaq xx.xx.2023-cü il tarixdə evə yazılıb.
47. xx.xx.2023-cü il tarixdə uşaq ümumi narahatlıq, subfebril qızdırma şikayəti ilə xəstəxanaya yerləşdirilib, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub, xx.xx.2023-cü il tarixdə evə yazılıb.
48. xx.xx.2023-cü ildə “Uşaq sağlamlığı və Xəstəlikləri” şöbəsində rutin çocuk sağlığı müayinəsi olunub.
49. xx.xx.2023-cü il tarixdə qızdırma, tənəffüs çatışmazlığı, peroral sianoz, rengin avazimasi, interkostal subkostal cekinmeler şikayəti ilə xəstəxanaya gəlib. Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub.
50. xx.xx.2023-cü il tarixdə solunum sıxıntısı və taşikardi şikayəti ilə “Uşaq Ürək-Damar Cərrahiyyəsi” şöbəsinə yerləşdirilib. Yenidən “yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası” diaqnozu qoyularaq xx.xx.2023-cü il tarixdə evə yazılıb.
51. xx.xx.2023-cü il tarixdə temperatur, göyərmə, soluqluq, halsızlıq, huzursuzluq şikayəti ilə xəstəxanaya yerləşdirilib. Daxil olarkən ümumi vəziyyət ağır olaraq qiymətləndirilib. Uşaq intubasiya olunaraq STA-ya qoşulub. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uşağın vəziyyəti çox ağır olaraq qiymətləndirilib. Huşu çox zaman sedasiya halında olub. xx.xx.2023-xx.xx.2023 cü il tarixlərində isə uşağın ümumi vəziyyəti kafi olaraq qiymətləndirilib.
52. xx.xx.2023-cü il tarixdə uşaq ailənin istəyi ilə iləri tədqiq və müalicə məqsədi ilə transfer olunması üçün tibbi komandaya təhvil verilib. Uşağa ürək çatışmazlığı, ürək ritminin digər pozğunluqları, digər dəqiqləşdirilmiş sepsis, tam qulaqcıq-mədəcik blokadası, kalp pili bulunuşu diaqnozu qoyulub.
53. xx.xx.2023-cü il tarixdə Adəm Mustafayev tibbi heyət, hava ambulansı ilə Türkiyə Respublikası aparılaraq, “X13 Fakültəsi”nə yerləşdirilmişdir.
54. “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən uşağa konjenital AV Blok, DDD pacemaker implantasyonu sonrası pacemaker ilişkili (əlaqəli) kardiyomyopati, Ağır ürək çatışmazlığı, kardiostimulyatorun revizyası-yəni sol istiqamət sahəsində kardiostimulyator implantasiyası, transkatater ASD bağlanması diaqnozu qoyulmuşdur.
55. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası və xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası uşaq “Hacettepe Universiteti Tıp Fakültəsi”ndə stasionar, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası və xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arası isə ambulator qaydada müşahidə edilmişdir.
56. “Hacettepe Universiteti Tıp Fakültəsi”ndə yerləşdirildikdən sonra uşaqda olan pacemakerin temp rejimi DDD pacingdən VVİ pacingə keçirilmiş, temp sürəti 80-ə endirilmiş, müalicəyə başlanılmış və bir neçə gün ərzində BNP-də əhəmiyyətli dərəcədə azalma (300-ə qədər), sürətli klinik yaxşılaşma müşahidə edilmişdir.
57. Mövcud kardiostimulyator və septumda aşkar paradoksal daralma və dissinxroniya olması, EKD-də QRS-lərin çox geniş olması səbəbi ilə xəstəxananın kardiologiya və ürəkdamar cərrahiyəsi şöbəsində təkrar cərrahi biventrikulyar pacemaker implantasiyası və keçirici sistemli pacemaker implantasiyası müzakirə edilmiş və mövcud ağır KMP (kardiyomiyopati) səbəbi ilə cərrahi əməliyyat risklərinin daha yüksək olduğu nəzərə alınaraq, transvenoz sol mədəciyin endokardiyal ya a sol budaq nahiyyəsinin pacing edilməsi qərara alınmışdır.
58. xx.xx.2023-cü il tarixdə isə uşaq sol budaq nahiyyəsinin pacinqi məqsədi ilə prosedura alınmışdır.
59. Uşaqda olan köhnə pacemaker ləğv edilmişdir.
60. Uşaqda ASD olması səbəbi ilə xx.xx.2023-cü tarixdə xəstəxanaya yerləşdirilmiş və ASD-si transkatater üsulu ilə bağlanmışdır.
61. xx.xx.2024-cü il tarixdə uşaq 2 ay sonra uşaq kardioloqu və uşaq hematoloqunun qəbuluna gəlməli olduğu bildirilməklə evə yazılmışdır.
62. xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasında uşaq “Hacettepe Universiteti Tıp Fakültəsi”nə yoxlanışa aparılmışdır.
Məhkəmə baxışının hədləri:
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
65. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.1. hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112. tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1120.1. On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir.
66. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu:
57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.
67. “Özəl tibbi fəaliyyət” haqqında Qanun:
9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.
16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir.
68. Avropa İnsan Hüquqları Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 2001-ci il tarixli Qərarı: “Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir.”
69. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini formalaşdıran 2(102)-388/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarı.
70. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli Qərarı.
71. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
72. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
73. İddiaçı cavabdeh “X31” Hospitalına qarşı 100.000 manat məbləğində maddi və 100.000 manat məbləğində mənəvi ziyanın tutulmasına dair iddia tələbini cavabdeh xəstəxanada həkim səhlənkarlığı nəticəsində onun övladının sağlamlığının pozulması, sağlamlığına ziyan vurulması və bunun nəticəsində ona həm maddi ziyan, həmçinin mənəvi zərər dəyməsi ilə əsaslandırmışdır.
74. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
75. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
77. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
78. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
79. İşin faktiki halı odur ki, İddiaçı övladı Adəm Mustafayev cavabdeh «X31» Hospitalında əməliyyat olunmuş və əməliyyatdan sonra uşağın vəziyyəti ağırlaşdığı üçün bir neçə dəfə xəstəxanada müalicəsi davam etdirilmiş, lakin uşağın vəziyyəti pis olduğundan müalicə üçün Türkiyə Respublikasına aparılmışdır.
80. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.
81. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” dair müddəaları nəzərdən keçirilə bilər.
82. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.
83. Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.
84. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir.
85. Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli Qərarında qeyd edilir ki, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
86. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
87. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək məhkəmə işin aşağıdakı müəyyən edilmiş faktiki hallarına əsasən qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır.
88. İlk növbədə hazırki iddia tələbi üzrə uşağın sağlamlığına zərər vurulubvurulmamasına və vurulubsa, zərərin cavabdehin hərəkət-hərəkətsizliyi nəticəsində baş verməsinə qiymət verilməlidir.
89. İşin müəyyən edilmiş faktiki halı odur ki, xx.xx.2022-ci il təvəllüdlü Adəm Mustafayev AV Blok ilə doğulmuşdur. Av Blokun nə olduğunun “google” axtarış sistemində araşdırılması zamanı hamıya bəlli olur ki, AV Blok ürəkdə ritm pozuntusudur. Bu pozuntu, ürəyin normaldan daha yavaş atmasına ya da düzənsiz atmasına səbəb ola bilir.
90. xx.xx.2023-cü il tarixdə isə uşaq tənəffüs çatışmazlığı şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, ümumi vəziyyəti ağır olaraq qiymətləndirilməklə, konjenital kalp bloğu, yəni anadangəlmə olan ürək xəstəliyi və akut üst solunum yolu enfeksiyonu, tanımlanmamış diaqnozu qoyulmuşdur. Uşaq yenidən xx.xx.2023-cü il tarixdə tənəffüs sıxıntısı şikayəti ilə xəstəxanaya müraciət edib, ümumi vəziyyəti orta ağır olaraq qiymətləndirilməklə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə isə uşaq əməliyyat olunmuşdur.
91. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına (epikrizlər, Hecettepe Tıp fakültəsinin raporu, ekspert rəyi) əsasən müəyyən edilmişdir ki, uşaqda əməliyyatın icra olunaraq pacemaker aparatı (kardiostimulyator) yerləşdirilməsinə tibbi göstəriş olmuşdur. Lakin işin müəyyən edilmiş halı odur ki, cavabdeh «X31» Hospitalı tərəfindən kardiostimulyatorun göstəriciləri düzgün nizamlanmamış və bu da uşaqda şiddətli ürək çatışmazlığına səbəb olmuşdur.
92. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə X1 Birliyi” X21 342/KEŞ nömrəli ekspert rəyindən görünür ki, “X31 İnternational Hospital”da kardiostimulyatorun qoyulmasına tibbi göstəriş olmuş, kardiostimulyator düzgün qoyulsa da göstəriciləri düzgün nizamlanmamış və bu da xəstədə şiddətli ürək çatmamazlığına səbəb olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb. Adəm Mustafayevə “X31 İnternational Hospital’da göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları’nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) pozulmasıdır.
93. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, ekspertin rəydə gəldiyi nəticə işdə olan digər sübutlar ilə də öz təsdiqini tapdığından mötəbər sübut kimi qəbul edilməlidir.
94. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən prosessual qənaət prinsipi nəzərə alınaraq əlavə və təkrar ekspertiza təyin edilməmiş, cavabdeh tərəf isə əlavə və ya təkrar ekspertizanın təyin edilməsi zəruriliyini kifayət qədər əsaslandırmamışdır. Cavabdehin nümayəndəsi və vəkilinin tək etirazı isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X14” PHŞ tərəfindən verilmiş 342/KES nömrəli rəy üzrə məhkəmə-tibbi ekspert komissiyasının tərkibinə mütəxəssis qismində cəlb edilmiş Ramil Əliyevin müvafiq rəy vermək səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. O, mütəxəssisin rəy vermək üçün müvafiq səlahiyyətə malik olmaması ilə bağlı etirazının dəlilini isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 07 fevral 2023-cü il tarixli, 3-28/3-1-98/2023 saylı, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri haqqında” əmrinə istinad etməklə əsaslandırmışdır. Belə ki, cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, əmrdə göstərilən Səhiyyə Nazirliyinin müətəxəssis-ekspertlərinin siyahısında Ramil Əliyevin adı qeyd edilməmişdir. Lakin iş üzrə izahatı alınmış, məhkəmə-tibbi ekspert komissiyasının şöbə rəisi Cavid Cahangirli bildirmişdir ki, onlar tərəfindən komissiyon məhkəmə ekspertizası onların öz Əsasnamələrinə uyğun olaraq təşkil edilir. Əgər ekspertizanı təyin etmiş orqan tərəfindən konkret olaraq Səhiyyə Nazirliyinin müvafiq əmrində qeyd edilən ekspertlərin mütəxəssis qismində cəlb edilməsi ilə bağlı tələb olduğu halda həmin ekspert mütəxəssislər cəlb edilirlər. Həmin əmrdə qeyd edilən mütəxəssis-ekspertlər Səhiyyə Nazirliyinin həkimlərindən şikayət olduğu halda cəlb edilirlər. Əgər ekpertizanın təyin edilməsi ilə bağlı qərarda konkret olaraq ekspertin adı qeyd olunmayıbsa, bu zaman eksperti onlar özləri müəyyənləşdirirlər. Mübahisələndirilən ekpsert rəyi üzrə də, konkret göstəriş olmadığına görə Ramil Əliyevin mütəxəssis kimi cəlb olunduğu və onun 20 illik təcrübəsi, rəy vermək səlahiyyəti olduğunu bildirmişdir. Cavabdeh tərəfindən həmin rəy üzrə mütəxəssis qismində cəlb edilmiş şəxsin rəy vermək səlahiyyəti olmadığını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
95. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özüözlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Cavabdehin nümayəndəsi ekspert rəyi ilə razı olmamasını kifayət qədər əsaslandırmamış və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları məhkəməyə təqdim etməmişdir
96. İşdə olan sübutlarda, ilk öncə «X31» Hospitalı tərəfindən əməliyyat icra edildikdən sonra xəstəxanada davam edən müalicəyə dair epikrizlərdən aydın olur ki, əməliyyatdan sonra evə yazıldığı xx.xx.2023-cü il tarixdən sonra xx.xx.2023-cü il tarixdə uşaq ümumi narahatlıq, qızdırma şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyularaq xx.xx.2023-cü il tarixdə eve yazılmışdır. Həmin dövrü əhatə edən müşahidə qeydindən görünür ki, uşaqda ürək ritmi 120-130, 120-140, 120-150 arası, tənəffüsü zəif taxipnoik (tənginəfəs) olmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə rutin müayinə üçün müraciət etmiş, xx.xx.2023-cü il tarixdə uşaq yenidən qızdırma, tənəffüs çatışmazlığı, şikayəti ilə xəstəxanaya gətirilib, yenidən yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub. xx.xx.2023-cü ildə solunum sıxıntısı və taşikardi şikayəti ilə xəstəxanaya yerləşdirilib, yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. Həmin dövrü əhatə edən müşahidə qeydindən görünür ki, uşağın ürək ritmi 163, 103, 130-150, 110-130, 100-120 arası, tənəffüsü zəif taxipnoik (tənginəfəs) olmuşdur. xx.xx.2023-cü il tarxidə isə temperatur, göyərmə, soluqluq, halsızlıq, huzursuzluq şikayəti ilə xəstəxanaya yerləşdirilmiş, ümumi vəziyyəti ağır qiymətləndirilmiş, intubasiya olunaraq STA-ya qoşulmuş, uşağa ürək çatışmazlığı, ürək ritminin digər pozğunluqları, digər dəqiqləşdirilmiş sepsis, tam qulaqcıq-mədəcik bolkadası, kalp pili bulunuşu diaqnozları qoyulmuşdur. Uşağın vəziyyəti daxil olduğu vaxtdan xx.xx.2023-cü il tarixədək ağır olaraq qiymətləndirilmiş, huşu sedasiya (anestezioloq tərəfindən tətbiq olunan yuxu halı) altında olmuşdur. Uşaq xx.xx.2023-cü il tarixdə isə iləri tədqiq müalicə üçün transfer olunması üçün tibbi komandaya təslim edilmişdir.
97. İşin müəyyən edilmiş digər faktiki halı odur ki, uşaq həkim nəzarəti altında hava ambulansı (təcili tibbi yardım) ilə xx.xx.2023-cü il tarixdə, Türkiyə Respublikası, Ankara şəhərinə aparılmış və “X15 Fakültəsi” Acil Servisə yerləşdirilmişdir. Daha sonra uşaq 4- 5lt/dk oksigen dəstəyi ilə yoğun bakıma yerləşdirilmişdir. Uşağa xəstəxanada konjenital AV Blok, DDD pacemaker implantasyonu sonrası pacemaker ilişkili (əlaqəli) kardiyomyopati, Ağır ürək çatışmazlığı, kardiostimulyatorun revizyası-yəni sol istiqamət sahəsində kardiostimulyator implantasiyası, transkatater ASD bağlanması diaqnozu qoyulmuşdur.
98. Göründüyü kimi cavabdeh “X31” Hospitalı tərəfindən icra edilmiş “pacemaker” əməliyyatının nəticəsində həmin pacemakerin göstəricilərinin düzgün nizamlanmaması uşaqda ürək çatışmazlığına səbəb olmuşdur.
99. Belə ki, X15 Fakültəsi tərəfindən verilmiş arayışdan da aydın olur ki, uşağa DDD kardiostimulyator (pacemaker) implantasiyasından sonra kardiostimulyator (pacemaker) əlaqəli kardiyomyopati diaqnozu qoyulmuşdur.
100. Kardiyomyopatı isə “google” axtarış sistemində araşdırılması zamanı vikipediyadan (virtual açıq ensiklopediya) əldə edilən məlumata əsasən ürək əzələlərinin birinci xəstəlikləri qrupudur. Xəstəlik ürək çatışmazlığıa səbəb olur və əlamətləri: nəfəs darlığı, yorğunluq, düzənsiz ürək atışları vəs.
101. Məhkəmə qeyd edir ki, uşaqda ağır ürək çatışmazlığının olması və ürək çatışmazlığının uşaqda anadan olarkən deyil, cavabdeh «X31» Hospitalı tərəfindən icra edilmiş əməliyyatdan sonra yaranması işin mübahisəsiz halıdır. Uşaqda ürək çatışmazlığının həkim səhlənkarlığının nəticəsi olması isə həm verilmiş ekspert rəyi, həmçinin məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları ilə də müəyyən olunmuşdur. Belə ki, qeyd etdiyimiz kimi uşaqda kardiyomyopatinin əlamətləri olan nəfəs darlığı, yorğunluq, düzənsiz ürək atışları olmasına baxmayaraq uşağa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulmuşdur.
102. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən qeyd edir ki, şəxs tibb müəssisəsinə tibbi xidmətdən yararlanmaq üçün müraciət edərkən, tibb müəssisəsinin personalından tutmuş, tibbi avadanlıqları ilə birlikdə vahid xidmət göstərən müəssisə şəklində çıxış edir. Bu səbəbdən də tibbi xidmətlə əlaqədar əmələ gələn deliktlərə görə məhz cavabdeh təşkilat öz işçisinin törətdiyi mülki hüququ pozuntusu (delikt) üçün mülki hüquqi məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməyə borcludur.
103. Tibb müəssisəsində müayinə və müalicə zamanı yanlışlığa yol verildikdə, yəni xəstə səhv cərrahi əməliyyat edildikdə, xəstəyə yanlış diaqnoz qoyulduqda və sair nəticəsində xəstənin sağlamlığına dəymiş maddi və mənəvi zərərin əvəzini ödəməyə borcludur, tibb müəssisəsi mülki hüquqi məsuliyyətdən o, vaxt azad edilə bilər ki, zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirsin.
104. Mülki Məcəllənin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
105. Göründüyü kimi, qanunvericilik tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı iddialarda sübutetmə vəzifəsini zərərvuranın üzərinə qoymuşdur. Hazırki işdə cavabdeh «X31» Hospitalı tərəfindən zərərin cavabdehin təqsiri üzündən baş vermədiyi sübuta yetirilməmişdir.
106. Həmin Məcəllənin 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir.
107. Məhkəmə qeyd edir ki, cavabdeh «X31» Hospitalı tərəfindən icra edilmiş əməliyyat nəticəsində iddiaçının övladının sağlamlığının pozulması (ürək çatışmazlığının yaranması) və bunun cavadehin üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsinin nəticəsi olması işin müəyyən edilmiş halı olduğundan cavabdeh «X31» Hospitalı tərəfindən iddiaçıya dəymiş ziyan ödənilməlidir.
108. Hazırki mərhələdə isə cavabdeh “X31” Hospitalı öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi nəticəsində iddiaçıya zərər dəyibdəyməməsi, zərər dəymişdirsə, həmin zərərin cavabdehin hüquqa zidd əməli nəticəsində dəyməsi və dəymiş zərərlə cavabdehin hərəkət-hərəkətsizliyi arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməldir.
109. Məhkəmə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
110. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.
111. Hazırki işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, cavabdehin öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi nəticəsində iddiaçıya həm maddi ziyan, həmçinin mənəvi zərər dəymişdir.
112. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquqi məsuliyyətin yaranması üçün digər şərt-zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi şərti də mövcud olmalıdır.
113. Hüquqazidd əməl dedikdə, mülki hüquq normalarını pozan əməl başa düşülür. Bu əməl müəyyən hərəkət və ya hərəkətsizlikdə özünü nümayiş edə bilər.
114. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdehin öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi hüquqazidd əməl olmuş, ekspert rəyinə və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən “X31” Hospitalında göstərilmiş tibbi xidmət zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işilərin nümunəvi vəzifə təlimatları”nın 24.1-ci bəndinin tələbləri pozulmuşdur.
115. Cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçıya dəymiş maddi ziyanın məbləğində dair hissədə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
116. Belə ki, İddiaçı tərəfindən cavabdehin birbaşa hüquqazidd əməli nəticəsində ona 100 manat maddi ziyan dəydiyi sübuta yetirilə bilməmişdir.
117. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək öhdəliyi zərərvuranın üzərinə düşsə də, dəymiş maddi ziyanın məbləğinə dair hissədə isə sübutetmə yükü iddiaçının üzərinə düşür.
118. Nəzərə alınmalıdır ki, delikt məsuliyyətinin yaranması üçün zərər biləvasitə zəzərvuranın qanunsuz hərəkət və ya hərəkətsiliyi nəticəsində vurulmalıdır.
119. Məhkəmə dəymiş zərərin miqdarı ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində ona dəymiş maddi ziyan bir neçə istiqamətdə əsaslandırıldığından hər birinə ayrı-ayrılıqda qiymət verilməlidir:
1. «X31» Hospitalında çəkilmiş xərclər;
2. “Hacettepe Universiteti Tıp Fakültəsi”ndə çəkilmiş xərclər;
3. Nəqliyyat xərcləri;
4. Türkiyədə otel xərclər.
5. Mart səfəri ilə bağlı xərclər;
6. Avqust səfəri ilə bağlı xərclər.
120. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
121. Göründüyü kimi İddiaçı övladının sağlamlığının pozulması ilə bağlı çəkdiyi əlavə xərclərin əvəzinin cavabdeh “X31” Hospitalı tərəfindən ödənilməsini tələb etmək hüququna malikdir.
122. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh “X31” Hospitalından tələb edilən çəkilən xərclərə ayrı-ayrılıqda qiymət verilməlidir.
“X31” Hospitalında çəkilmiş xərclər:
123. İddiaçı cavabdeh “X31” Hospitalında 26775 manat xərc çəkildiyini bildirməklə, həmin çəkilmiş xərclərə dair bank hesabından ("xxxx" ASC, "xxxx", "xxxx" ASC) çıxarışları məhkəməyə təqdim etmişdir. Həmin məbləğə (26775 manat) xx.xx.2023-cü il tarixdən xx.xx.2013-cü il tarixədək cavabdeh “X31” Hospitalında çəkilmiş xərclər, həmçinin xx.xx.2023-cü il tarixdə “Medical Plaza” da çəkilmiş 1000 manat xərc daxil edilmişdir.
124. Məhkəmə iclasında bank hesabından çıxarışlar tədqiq edilərkən iddiaçı izahatında bildirmişdir ki, onun tərəfindən tələb edilən məbləğlər təqdim edilmiş bank hesabından çıxarışda xüsusi olaraq sarı rəng ilə göstərilmişdir.
125. Həmçinin məhkəmə iclasında bank hesabından çıxarışlar tədqiq edilərkən iddiaçı tərəfindən “X31” Hospitalında çəkilmiş xırda məbləğlər də olduğu müəyyən edilmiş, lakin iddiaçı həmin məbləğləri tələb edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarxili məhkəmə iclasında çəkilmiş xırda xərcləri tələb etmədiyini bildirmiş, lakin iddiaçı həmin xərclərdən onun tərəfindən xüsusi olaraq işarələnməmiş "xxxx" hesabından çıxarışda olan xx.xx.2023-cü il tarixdə icra olunmuş 52.50 manat məbləğində xərci və xx.xx.2023-cü il tarixdə icra olunmuş 59.50 manat məbləğində xərci də tələb etdiyini bildirmişdir. Yəni ümumulikdə cavabdeh “X31” Hospitalında çəkilmiş xərclər ilə bağlı 26887 manat tələb irəli sürülmüşdür.
126. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən cavabdeh “X31” Hospitalında çəkilən xərclər ilə bağlı tələb etdiyi məbləğlər üzrə əməliyyatların icra tarixi ilə iddiaçının övladı Adəm Mustafayevin cavahdeh “X31” Hospitalında müalicə olduğu tarixlər ilə üst-üstə düşür.
127. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə iddiaçı tərəfindən cavabdeh «X31» Hospitalında 25886.39 manat (tələb edilən məbləğlər üzrə) xərc çəkildiyi müəyyən edildiyindən, iddia tələbi cavabdeh klinikada çəkilmiş xərclər üzrə 25886.39 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissədə əsaslıdır.
128. İddiaçı “Medical Plaza”da xx.xx.2025-ci il tarxidə çəkilmiş 1000 manat məbləğində xərci də cavabdeh “X31” Hospitalında çəkilmiş xərclərə aid edərək cavabdehdən tutulmasını tələb etmişdir. Lakin iddiaçı həmin çəkilən xərcin cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə səbəbli əlaqəsini sübuta yetirə bilmədiyindən məhkəmə qeyd edir ki, həmin məbləğin cavabdehdən tutulmasına dair iddiaçının tələbi təmin edilə bilməz.
129. Belə ki, məhkəmə iclasında iddiaçı verdiyi izahatda bildirmişdir ki, cavabdeh “X31” Hospitalında icra edilmiş əməliyyatdan evə qayıtdıqdan (xx.xx.2023) sonra uşağın vəziyyəti pisləşdikdə o, uşağı Cavabdeh klinikasına aparmaq istəməmiş və bu səbəbdən “Medical Plaza” klinikasına müraciət etmişdir, lakin “Medical Plaza” klinikası uşağı saxlamaqdan imtina edərək yenidən Cavabdeh klinikasına aparmasını bildirmişdir.
130. Məhkəmə işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarına əsasən iddia tələbinin Türkiyə Respublikasında çəkilən xərclərin cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən (biləvasitə əlaqə sübut edilən hissə) əsaslıdır.
131. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının övladının uzun müddət ərzində cavabdeh «X31» Hospitalında davam edən müalicəsi və icra edilmiş əməliyyat nəticəsində sağlamlıq vəziyyəti yaxşıya doğru getmək əvəzinə daha da pisləşmiş, nəticədə uşaq koma vəziyyətinə düşmüşdür.
132. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı uşağın müalicəsinin digər tibb müəssisəsində davam etməsi üçün də müraciət etmiş, lakin həmin klinikada da müsbət nəticə əldə edilməmişdir.
133. Belə olan halda Azərbaycanın ən yaxşı, nüfuzlu tibb müəssisələrindən biri olan “X31” Hospitalında uşağın müalicəsi mümkün olmadığı, yəni uşağın sağlamlıq vəziyyətini uzun müddət davam edən müailcəyə baxmayaraq bərpa etmək mümkün olmadığı bir halda, həmçinin uşağın mövcud sağlamlıq vəziyyəti, yaşı nəzərə alınaraq valideynin uşağın koma vəziyyətində olduğu bir halda Azərbaycanda digər tibb müəssisələrinə müraciət etməsi əvəzinə Türkiyə Respublikasına müraciət etməsi təbiiki daha ağlabatan olaraq qiymətləndirilməlidir. Türkiyə Respublikasında tibb sahəsinin inkişafı da hamıya bəllidir. Həmçinin uşağın Türkiyə Respublikasında aparılan müalicə nəticəsində qısa müddət ərzində sağlamlıq vəziyyətinin bərpası da, bu nəticəyə gəlməyə əsas verir ki, uşağın Türkiyə Respublikasına aparılması məqsədəmüvafiq olmuşdur.
134. Məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, nəzərə alınmalıdır ki, sağlamlığı pozulmuş şəxs iddiaçının övladıdır və 8-9 aylıq körpədir. İddiaçının övladının sağlamlığının bərpası üçün dəfələrlə cavabdehə və digər xəstəxanaya müraciət etməsinə baxmayaraq uşağın vəziyyətinin pis olması, davam edən müalicələrə baxmayaraq iddiaçının gözü qarşısında övladının getdikcə vəziyyətinin pisləşdiyi bir vəziyyətdə iddiaçının cavabdehin müşahidə qeydlərində (xx.xx.2023 tarixli) qeyd etdiyi kimi daha iləri tədqiq və müalicə üçün ümid edərək uşağı Türkiyə Respublikasına aparmasına niyə digər xəstəxanalara müraciət etməyib, həmin xərclərin çəkilməsi iddiaçının öz seçimidir, cavabdehdən tutulmalı deyil deyə qiymət vermək həm vicdanlılıq prinsipinə uyğun deyil, həmçinin nəzərə də alınmalıdır ki, cavabdeh öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etsə idi, yəni cihazın göztəricilərini düzgün təyin etsə idi, uşaqda ağır ürək çatışmazlığı yaranmaz, yəni uşağın sağlamlıq vəziyyətini bərpa etmək üçün iddiaçı əlavə xərclər çəkməyə məcbur olmazdı. Nəqliyyat xərcləri :
135. İddiaçı biletlərin alınması ilə bağlı 8926 manat məbləğində xərc çəkildiyini bildirməklə, həmin çəkilmiş xərclərə dair bank hesabından ("xxxx" ASC, "xxxx", "xxxx" ASC) çıxarışları, biletlərə dair məlumatları məhkəməyə təqdim etmişdir.
136. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı bilet xərci qismində həm özü, arvadı, övladının Türkiyə Respublikasına gediş-dönüşü ilə bağlı çəkilən xərcləri, həmçinin onlarla birlikdə getmiş tibbi heyət (həkim və tibb bacısı) və ailə üzvlərinin də gediş-dönüşü ilə bağlı çəkimiş xərcləri tələb etmişdir.
137. Məhkəmə bilet xərcləri ilə bağlı iddiaçının irəli sürdüyü iddia tələbini qismən əsaslı hesab edərək, qeyd edir ki, iddiaçı tərəfindən özü (bir gediş və dönüş), arvadı, övladının və həkim heyətinin gediş-dönüşü ilə bağlı çəkilən xərclərin cavabdehdən tutulmasına dair hissədə iddiaçının tələbi təmin edilməli, özünün ikinci səfəri (2023 dekabr), digər ailə üzvlərinin səfəri ilə bağlı çəkilmiş bilet xərclərinə dair hissədə isə təmin edilməməlidir.
138. İlk növbədə təmin edilən hissəyə münasibətdə qeyd edək ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarxidə ilk olaraq bacısının yoldaşı ilə birlikdə getmiş, daha sonra həmin gün tibbi heyət ilə birlikdə arvadı, övladı, qaynanası Türkiyə Respublikasına getmişdir.
139. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları (hesabdan çıxarış, bilet məlumatları, qəbzlər) ilə müəyyən edilmişdir ki, həkim və tibb bacısının gediş-dönüşü üçün 1866.32 manat, iddiaçının özünün gedişi üçün 440.18 manat (880.36 (bacısının yoldaşı ilə iddiaçının özünün gedişi üçün alınan bilet xərci):2=440.18) məbləğində xərc çəkilmiş və iddiaçının övladı və yoldaşının gedişi üçün 1204.04 manat (1806.06 manat (uşaq, iddiaçını yoldaşı və iddiaçının qaynanasının gedişi üçün alınan bilet xərci) :3x2 (uşaq və iddiaçının yoldaşının bilet xərci) = 1204.04) xərc çəkilmişdir.
140. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları (cavabdeh tərəfindən verilmiş epikrizlər, X7 fakültəsi tərəfindən verilmiş arayış, "xxxx" MMC tərəfindən verilmiş arayış, biletlərə dair məlumatlar) ilə müəyyən edilmişdir ki, uşaq xx.xx.2023-cü il tarixdə həkim müşayiəti altında getmiş və onun həkim müşayiəti altında getməsinə zərurət olmuşdur.
141. Belə ki, cavabdeh “X31” Hospital tərəfindən verilmiş epikrizin gündəlik müşahidə qeydinə əsasən xx.xx.2023-cü il tarxidə uşağın tənəffüsü zəif taxipnoik olmuş, davamlı EKG cihazına bağlı olmuş, uşaq müalicə məqsədi ilə transfer olunması üçün tibbi komandaya təslim edilmişdir. “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən verilmiş arayışdan da aydın olmuşdur ki, A tam blok səbəbi ilə 7 aylıq olanda pacemaker implantasyası sonrası ağır ürək çatışmazlığı olan xəstə hava ambulansı ilə xəstəxanaya yerləşdirilmişdir.
142. İddiaçının yoldaşı, qaynanası və uşağının bilet xərcinə (xx.xx.2023) dair hissədə də yuxarıda qeyd etdiyimiz kimi, bu hissədə iddiaçının yoldaşı və uşağına dair hissədə iddiaçının tələbi əsaslı olsa da, qaynanasına dair hissədə iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Məhkəmə iddiaçının uşaq üçün ayrıca yer almasının səbəbinə dair verdiyi izahatı ağlabatan hesab etmişdir.
143. İddiaçı izahatında xx.xx.2023-cü il tarixldə 3 yer, yəni uşaq üçün ayrı yer almasına dair izahatında bildirmişdir ki, uşaq aparata bağlı olduğundan həmin aparatın yerləşdirilməsi üçün ayrıca yer almışdır. Uşağın aparata bağlı olması həm cavabdeh “X31” Hospital tərəfindən verilmiş epikrizin gündəlik müşahidə qeydinə əsasən, həmçinin “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən verilmiş arayışa əsasən müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi cavabdeh “X31” Hospital tərəfindən verilmiş epikrizin gündəlik müşahidə qeydinə əsasən xx.xx.2023-cü il tarxidə uşaq davamlı EKG cihazına bağlı olmuşdur, uşağın tənəffüsü zəif taxipnoik olmuş, həmçinin “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən verilmiş arayışa əsasən uşaq oksigen dəstəyi alan vəziyyətdə yoğun bakıma qəbul edilmişdir.
144. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının gediş ilə bağlı bilet xərclərinə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının tələbi həkim və tibb bacısının gedişdönüşü üçün 1866.32 manat, iddiaçının özünün gedişi üçün 440.18 manat, iddiaçının övladı və yoldaşının gedişi üçün 1204.04 manat məbləğində çəkilmiş bilet xərcinin cavabdehdən tutulmasına dair hissədə əsaslıdır.
145. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş iş materialları (hesabdan çıxarış, bilet məlumatları) ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycana geri qayıtmış və geri dönüş bileti üçün 345.53 manat məbləğində vəsait sərf edilmişdir. Məhkəmə qeyd edir ki, təbiidir ki, iddiaçının gedişi üçün çəkdiyi xərc üçün eyni əsaslarla onun dönüşü üçün çəkilmiş 345.53 manat məbləğində xərcin cavabdehdən tutulmasına dair iddiaçının tələbi əsaslıdır.
146. Məhkəmə qeyd edir ki, təbiidir ki, iddiaçının Türkiyə Respublikasına səfəri cavabdehin öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi nəticəsində uşağın sağlamlığının pozulması, uşaqda ürək çatışmazlığını yaranması ilə bağlı uşağı Türkiyə Respublikasına aparmasına zərurətlə bağlı olduğundan, onun gedişi və dönüşü üçün biletə çəkdiyi xərclər cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, bu inkar edilməz haldır ki, uşağın anası da uşağın yanında olmalıdır. Odur ki, uşağın anasının gedişi və dönüşü ilə bağlı xərclərin cavabdehdən tutulmasına dair hissədə də iddiaçının tələbi əsaslıdır.
147. Məhkəmə iclasında müəyyən edilmişdir ki, uşaq xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikaından Azərbaycana geri qayıtmışdır. Uşaq geri qayıdarkən ümumilikdə iddiaçı tərəfindən uşaq, yoldaşı, anası, xalasının geri dönüşü üçün bilet xərcinə xx.xx.2023-cü il tarixdə 1473.88 manat (25.814 TL) məbləğində pul vəsaiti sərf edilmişdir.
148. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli geri dönüş bilet xərcinin cavabdehdən tutulmasına dair tələbi qismən uşaq və yoldaşına dair hissədə əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir.
149. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, iddiaçı tərəfindən sərf edilmiş 25.814.72 TL vəsaitdən 17.520 TL 3 yetişkin üçün və 572 TL bir uşaq üçün hesablanmış, fuel fee (yanacaq haqqı) üçün cəmi 4966.68 TL və vergi və digər xərclər üçün 2756.04 TL hesablanmışdır.
150. Yəni məhkəmə iclasında tədqiq edilmiş iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş digər biletlərə dair məlumatlar ilə müqayisə edilməsi nəticəsində məhkəmə belə nəticətə gəlmişdir ki, yanacaq haqqı olaraq tutulmuş 4.966.68 TL və vergi və digər xərclər qismində tutulmuş 2756.04 TL-də uşaq üçün ücrət yetişginlər üçün müəyyən edilmiş məbləğdə olmasa da, hesablanmışdır. Lakin həmin məbləği dəqiq müəyyən etmək mümkün olmamışdır. İddiaçı tərəfindən də qeyd edilən halı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı izahatında (xx.xx.2023-cü il tarixli) bildirmişdir ki, həmin məlumatları əldə edə bilməmişdir, bunun üçün Türkiyə Respublikasına müraciət etməlidir və azı 1 ay vaxt lazımdır. Belə olan halda uşaq üçün hesablanan məbləğ iddiaçı tərəfindən sübuta yetirilməmiş olaraq qiymətləndirilərək iddiaçının zərərinə olaraq hesablanacaqdır.
151. Belə olan halda, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli geri dönüş bileti üçün iddiaçı tərəfindən çəkilmiş xərclər 8342.68 tl hissədə təmin edilməlidir.
152. Yəni 3 yetişkin üçün çəkilmiş xərc olan 17520 TL iddiaçının yoldaşına dair hissədə əsaslı olduğundan yalnız ona aid olan hissədə, yəni 5840 tl (17520:3=5840 TL) hissədə əsaslıdır. Həmçinin uşaq üçün çəkilmiş 572 TL-nin cavabdehdən tutulmasına dair hissədə də iddiaçının tələbi əsaslıdır. Lakin qeyd etdiyimiz kimi yanacaq haqqı olan 4966.68 tl və vergi və digər xərclər üçün tutulmuş 2756.04 TL-də uşaq üçün tutulmuş xərci müəyyən etmək mümkün olmadığından, həmin hissədə məhkəmə tərəfindən 1930.68 TL (4966.68+2756.04=7722.72:4=1930.68 TL) məbləğində vəsaitin cavabdehdən tutulmasını məhkəmə qanuni hesab edir. Belə ki, uşaq üçün hesablanmış vəsait iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, uşaq üçün hesablanan vəsaitinin yetişgin üçün hesablanan vəsaitdən az olduğu isə müəyyən edildiyindən (xx.xx.2024-cü il tarixli bilet məlumatı əsasında, həmçinin digər bilet məlumatlar ilə müqayisə etməklə) 7722.74 TL-ni 4-ə böldükdə alınan məbləği 2 nəfər üçün hesabladıqda, və ya 3-ə bölüb 2 nəfər üçün hesabladıqda cavabdehin ziyanına olduğundan və bu hissədə sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, məhkəmə tərəfindən 7722.74 TL-nin 3-ə bölünməsi nəticəsində 1 nəfər üçün müəyyən edilmiş məbləğin cavabdehdən tutulmasını qanuni hesab edir.
153. Belə olan halda, 5840TL+572TL+1930.68TL=8342.68TL-nin həmin əməliyyatın icra edildiyi xx.xx.2024-cü il tarixdəki milli valyutaya ekvivalenti cavabdehdən tutulmalıdır.
154. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internət səhifəsindən əldə edilən məlmata əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 1TL=0.0564 AZN olmuşdur. Odur ki, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi xx.xx.2024-cü il tarixli geri dönüş bileti üçün çəkilən xərc 470.52 manat məbləğində təmin edilməlidir.
155. Məhkəmə iddiaçının özünün və atasının dekabr ayında etdiyi səfərin (xx.xx.2023xx.xx.2024), o cümlədən öz anası, qaynanasının, xalasının Türkiyə Respublikasına getməsi ilə bağlı çəkilən xərclərin iddiaçı tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə biləvasitə səbəbli əlaqəsini sübuta yetirə bilmədiyindən həmin hissədə təmin edilə bilməz.
“Hacettepe Universiteti Tibb Fakültəsi”ndə çəkilmiş xərclər:
156. İddiaçı “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə uşağın müalicəsi ilə bağlı 33730 manat məbləğində xərc çəkildiyini bildirməklə, həmin vəsaitin cavabdehdən tutulmasını tələb etmişdir. Həmin xərclərə aid etmişdir - uşağın xəstəxanada müalicəsi, keçirdiyi 2 əməliyyata dair xərcləri, həkimə əlbəəl verilmiş məbləği, yeni pacemaker cihazının alınmasına sərf edilmiş vəsaiti, ürəkdə olan deliyin bağlanılması üçün cihazın alınmasına sərf edilmiş vəsaiti və həmin çəkilmiş xərclərə dair bank hesabından ("xxxx" ASC, "xxxx",) çıxarışları, ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir.
156. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının övladı xx.xx.2023-cü il tarixdə “Hacettepe Universiteti Tibb Fakültəsi”nə yeləşdirilmiş və xx.xx.2023-cü il tarixdə isə ambulator nəzarətdə olmaqla evə yazılmışdır. Daha sonra isə xx.xx.2023-cü il tarxidə ASD (qulaqcıqlarası çəpər qüsuru) ilə bağlı əməliyyat olunmuş və xx.xx.2023-cü il tarixdə müvafiq tövsiyyələr ilə evə buraxılmış, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasında ambulator olaraq müşahidə edilmişdir.
157. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, uşağın “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə olduğu xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında iddiaçı tərəfindən uşağın müalicəsi ilə bağlı 15273.14 manat məbləğində vəsait xərclənmişdir.
158. Məhkəmə qeyd edir ki, işin tədqiq edilmiş hallarından görünür ki, uşaq xx.xx.2023cü il tarixdə təcili tibbi yardımla (təyyarə) xəstəxanaya-“Hacettepe Universiteti Tibb Fakültəsi”nə yerləşdirilmişdir. “Hacettepe Universiteti Tibb Fakültəsi” tərəfindən verilmiş arayışdan görünür ki, temp rejimi DDD pacingdən VVİ pacingə keçirilmiş, temp sürəti 80-ə endirilmiş (hansıki tədqiq edilmiş cavabdehin müşahidə gündəliklərinə əsasən 120-150 arası idi), müalicəyə başlanılmış və bir neçə gün ərzində BNP-də əhəmiyyətli dərəcədə azalma (300-ə qədər), sürətli klinik yaxşılaşma müşahidə edilmişdir. Tədqiq edilmiş iş materiallarından görünür ki, mövcud kardiostimulyator və septumda aşkar paradoksal daralma və dissinxroniya olması, EKD-də QRS-lərin çox geniş olması səbəbi ilə xəstəxananın kardiologiya və ürək-damar cərrahiyəsi şöbəsində təkrar cərrahi biventrikulyar pacemaker implantasiyası və keçirici sistemli pacemaker implantasiyası müzakirə edilmiş və mövcud ağır KMP (kardiyomiyopati) səbəbi ilə cərrahi əməliyyat rsiklərinin daha yüksək olduğu nəzərə alınaraq, transvenoz sol mədəciyin endokardiyal ya da sol budaq nahiyyəsinin pacing edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə isə uşaq sol budaq nahiyyəsinin pacinqi məqsədi ilə prosedura alınmışdır. Təhlükəsiz seçim (3830) lead istifadə edərək, sol budaq sahəsi hədəflənərək mədəciklərarası septumun dərinliyinə implantasiya edilmişdir. LV endokardial pacing ilə RBBB (ürəyin keçiricilik sistemində baş verən pozğunluq) morfologiyası ilə daha dar QRS ristmi əldə edilmiş və sol körpücükaltı nahiyəyə VVİ pace batareyası yerləşdirilməklə əlaqə tamamlanmışdır. Uşaqda olan köhnə pacemaker ləğv edilmişdir. Bu vəziyyətdə septumda daha yaxşı bir sinxronizasiya əldə edilmişdir. Uşaqda BNP səviyyəsi 100-dəna aşağı düşdüyü və 50-60 arası olduğu müşahidə edilmişdir.
159. Göründüyü kimi “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə cavabdeh tərəfindən yerləşdirilmiş pacemaker və septumda aşkar paradoksal daralma və dissinxroniya olması səbəbi ilə həmin pacemaker ləğv edilmiş və yenisi yerləşdirilmiş və nəticədə uşağın vəziyyətində müsbət irəliləyiş əldə edilmişdir. Yəni cavabdeh tərəfindən yerləşdirilmiş pacemakerin ləğv edilməsinə və yeni pacemakerin yerləşdirilməsinə tibbi zərurət olmuşdur. Əldə edilən nəticədə - uşağın vəziyyətinin qısa müddət ərzində yaxşılaşması, bu nəticəyə gəlməyə əsas verir. Ən azından ona görə ki, “Hacettepe Universiteti Tibb Fakültəsi” tərəfindən verilmiş arayışdan görünür ki, qeyd edilən qərar xəstəxananın kardiologiya və ürək-damar cərrahiyəsi şöbəsində müzakirə edilərək qəbul eidlmişdir. Cavabdeh tərəfindən verilən müşahidə qeydlərində isə uzun müddət davam edən müalicəyə və uşağın vəziyyətində irəliləyiş olmamasına baxmayaraq cavabdeh tərəfindən uşağın vəziyyətinin dəyərləndirilməsinin aparılması müşahidə edilməmiş, eyni diaqnoz qoyulmaqla eyni müalicə davam etdirilmiş və nəticədə isə ağır ürək çatışmazlığı diaqnozu qoyulmuşdur.
160. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş qeyd edilən faktiki hallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının övladının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə müalicəsi ilə bağlı çəkilən xərclər - 15273.14 manat məbləğində vəsait (həm xəstəxana, həm aptek, həm yeni pacmakerin satın alınması) cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə biləvasitə səbəbli əlaqəli olduğundan, onun öz üzərinə düşən vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsinin nəticəsi olduğundan cavabdehdən tutulmalıdır.
161. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, iddiaçı yeni pacemakerin satın alınması üçün xx.xx.2023-cü il tarixdə 38.000.6 TL vəsait xərcləmişdir. İddiaçı məhkəmə iclasında izahatında qeyd etmişdir ki, həmin vəsaiti nağd şəkildə ödəmişdir. Yeni pacemakerin yerləşdirilməsi də işin mübahisəsiz halıdır.
162. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internət səhifəsindən əldə edilən məlmata əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə 1TL=0.0602 AZN olmuşdur. Odur ki, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi yeni pacemaker üçün çəkilən 38.000.6 TL xərcin milli manata ekvivalenti qismində 2287.63 manat məbləğində vəsait cavabdehdən tutulmalıdır.
163. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında “Hacettepe Universiteti Tibb Fakültəsi”ndə çəkilən xərclər iddiaçının övladında ASD olması səbəbi ilə keçirilən əməliyyat ilə bağlı xərclərdir.
164. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən pacemakerin göstəriciləri düzgün nizamlanmadığı üçün uşağın ürəyində delik əmələ gəlmiş və keçirilən əməliyyat həmin dəliyin qapadılması ilə bağlı olmuşdur.
165. Cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, uşağın ürəyində delik əmələ gəlməsinin cavabdeh tərəfindən yerləşdirilmiş pacemaker ilə səbəbli əlaqəsi ekspert rəyi ilə müəyyən edilməmişdir.
166. Həmçinin qeyd edilən halı sübut etmək yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq iddiaçı qeyd edilən halı təsdiq edən sübut məhkəməyə təqdim etməmiş və qeyd edilən halı müəyyən etmək üçün ekspertiza keçirilməsinə etiraz etmişdir.
167. Məhkəmə tərəfindən aparılan araşdırma nəticəsində (“Google” axtarış sistemində) isə müəyyən edilmişdir ki, ASD-qulaqcıqlararası çəpər qüsuru – anadangəlmə ürək anomaliyası olub, qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmasına səbəb olan anadangəlmə ürək qüsurudur.
168. Yəni məhkəmə tərəfindən işin araşdırılan halları ilə ürəkdə yaranan dəliyin cavabdehin hüquqazidd əməlinin nəticəsi olduğu müəyyən edilmədiyindən və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən həmin delik ilə bağlı çəkilən xərclərin (əməliyyat, xəstəxana, cihazın satın alınması) cavabdehdən tutulmasına dair iddiaçının tələbi təmin edilə bilməz. Otel və kirayə ev ilə bağlı çəkilmiş xərclər:
169. İddiaçı cavabdeh “X31” Hospitaldan Ankarada oteldə qalmaq üçün çəkilmiş 3810 manat və kirayə ev üçün çəkilmiş 1986 manat məbləğində xərcin tutulması tələbini də irəli sürmüşdür.
170. İddiaçı məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, Ankara şəhərinə getdikləri vaxtdan dekabr ayının əvvəlinədək oteldə qalmış, daha sonra isə, daha ucuz olduğu üçün kirayə evdə qalmışlar.
171. Məhkəmə ilk növbədə yuxarıda qeyd etdiyi mövqedən (cavabdehin öz üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətli icra etsə idi) çıxış edərək qeyd edir ki, iddiaçı qeyd edilən xərclərin cavabdehdən tutulması tələbini irəli sürməkdə haqlıdır.
172. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları (hesabdan çıxarış) ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən otel xərci olaraq 3812.04 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Odur ki, iddiaçı tərəfindən otel üçün çəkilmiş 3812.04 manat məbləğində xərc cavabdehdən tutulmalıdır.
173. Məhkəmə qeyd edir ki, iddiaçı daha ucuz olduğu üçün daha sonra kirayə mənzildə yaşadığını bildirsə də, məhkəməyə qeyd edilən halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfindən ev üçün çəkilmiş xərci təsdiq etmək üçün təqdim edilmiş qəbzlər ilə isə həmin ödənilmiş vəsaitlərin ev üçün kirayə haqqı olaraq ödənilmiş vəsait olduğunu müəyyən etmək mümkün olmamışdır.
174. Odur ki, iddiaçı tərəfindən kirayə mənzildə yaşadığı sübuta yetirilə bilmədiyindən, kirayə mənzildə yaşadığını qəbul etsək belə, kirayə haqqı olaraq ödənilmiş vəsaiti sübuta yetirə bilmədiyindən, yəni təqdim edilmiş ödənişə dair qəbzlərin kirayə haqqı olaraq ödənilmiş vəsait olduğunu sübuta yetirə bilmədiyindən iddiaçının tələbi həmin hissədə təmin edilmə bilməz.
Mart səfəri ilə bağlı çəkilmiş xərclər:
175. İddiaçı cavabdeh “X31” Hospitalından həmçinin yoldaşı və övladı ilə birlikdə 20-24 mart 2024-cü il tarixdə Türkiyə Respublikasına edilmiş səfər ilə bağlı çəkilmiş xərclərin (bilet, otel, aptek) də tutulmasını tələb etmişdir.
176. İlk növbədə, iddiaçı tərəfindən mart səfəri ilə bağlı çəkilmiş xərclərin cavabdehin törətdiyi mülki hüquq pozuntusu ilə biləvasitə səbəbli əlaqəli olub-olmamasına qiymət verilməlidir.
177. Məhkəmə tədqiq edilmiş iş materiallarına əsasən belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən mart səfəri ilə bağlı çəkilmiş xərclər cavabdeh “X31” Hospitalı tərəfindən öz üzərinə düşən vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli icra edilməməsinin nəticəsi olmuşdur.
178. Belə ki, “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən verilmiş arayışdan görünür ki, “Hacettepe Universiteti Tıp Fakültəsi” tərəfindən uşaq evə yazılarkən 2 ay sonra uşağın uşaq kardioloqu və uşaq hematoloqun qəbuluna gəlməli olduğu qeyd edilmişdir.
179. Bu da təbiidir ki, ağır ürək çatışmazlığı ilə Türkiyə Respublikasına getmiş, üzərində 2 əməliyyat icra edilmiş uşağın nəzarət üçün yoxlanışa getməsi, Türkiyə Respublikasına (öz həkiminin yanına) getməsi ağlabatandır.
180. İşin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mart səfəri üçün 2150.66 manat məbləğində vəsait (otel, bilet) xərclənmiş və həmin xərc cavabdehdən tutulmalıdır.
181. İddiaçı tərəfindən mart səfəri zamanı çəkilmiş xərc qismində tələb edilən aptek xərclərinə dair hissədə isə məhkəmə qeyd edir ki, həmin xərclərin biləvasitə cavabdehin hüquqazidd əməli ilə səbəbli əlaqəsi sübuta yetirilə bilmədiyindən həmin çəkilmiş xərclər cavabdehdən tutula bilməz. İddiaçının arvadı tərəfindən çəkilmiş xərclər:
182. İddiaçı ona dəymiş maddi ziyan qismində cavabdehdən həmçinin arvadı X6 tərəfindən çəkilmiş 2386 manat məbləğində xərcin də tutulmasını tələb etmişdir. Qeyd edilən halı təsdiq etmək üçün X2 məxsus olan "xxxx" hesabından çıxarışı təqdim etmişdir.
183. İddiaçı izahatında bildirmişdir ki, arvadı tərəfindən çəkilmiş xərc o Azərbaycana qayıtdıqdan sonra onun tərəfindən Babazadə Nahidənin kart hesabına göndərilən vəsait hesabına çəkilmiş xərclərdir.
184. Məhkəmə qeyd edir ki ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
185. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
186. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir.
187. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı Babazadə Nahidə tərəfindən edilmiş ödənişlərin onun tərəfindən göndərilmiş vəsait hesabına həyata keçirilmiş ödənişlər olduğunu bildirməklə, həmin vəsaiti cavabdehdən tələb edir. Lakin iddiaçı tərəfindən X6 tərəfindən çəkilmiş xərclərin onun tərəfindən göndərilən vəsait hesabına çəkildiyi sübuta yetirilməmişdir.
188. Belə olduğu halda məhkəmə qeyd edir ki, İddiaçı cavabdehdən həmin pul vəsaitini tələb etməkdə subyektiv hüququ yoxdur.
189. Belə ki, cavabdehdən həmin pul vəsaitini X6 məhkəmədə iddia qaldırmaqla tələb etmək hüququna malikdir.
Avqust səfəri ilə bağlı çəkilmiş xərclər:
190. İddiaçı X5 cavabdeh “X31” Hospitalından 2024-cü ilin avqust ayında Türkiyə Respublikasına edilmiş səfər ilə bağlı çəkilmiş xərclərin də tutulmasını tələb etmişdir.
191. İddiaçı məhkəmə iclasında verdiyi izahatda avqust ayında Türkiyə Respublikasına səfər etməsini köhnə pacemakerin çıxarılması ilə bağlı müzakirə, yoxlanış ilə əlaqəli olduğunu bildirmişdir.
192. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 2024-cü ilin avqust ayında Türkiyə Respublikasına edilmiş səfər ilə bağlı çəkilmiş xərclərin cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu ilə biləvasitə səbəbli əlaqəsi sübuta yetirilmədiyindən həmin vəsait cavabdehdən tutula bilməz.
193. İddiaçı həmçinin köhnə pacemakerin çıxarılması ilə bağlı icra ediləcək əməliyyat üçün 20000 manat məbləğində vəsait tələb edildiyini bildirsə də və həmin vəsaitində cavabdehdən tutulmasını tələb etsədə, qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçının tələbi qeyd edilən vəsaitin cavabdehdən tutulmasına dair hissədə təmin edilə bilməz.
194. Məhkəmə qeyd edir ki, Mülki Prosessual qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
195. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
196. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
İddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissəsi :
197. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
198. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
199. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
200. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
201. Həmin Qərarda həmçinin qeyd edilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
202. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
203. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014- cü il tarixli qərarlarnda mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir.
204. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 2009-cu il tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir.
205. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
206. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi təkzib olunmazdır. Belə ki, sağlamlığına zərər dəymiş şəxş onun övladıdır.
207. Məhkəmə qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi cavabdeh tibb müəssisəsi tərəfindən öz vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli icra edilməməsinin nəticəsi olması işin mübahisəsiz halıdır. Həmçinin cavabdeh tibb müəssisəsi tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində iddiaçının övladına ağır zərər dəymiş, uşaqda ağır ürək çatışmazlığına səbəb olmuşdur.
208. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından görünür ki, cavabdeh tibb müəssisəsində əməliyyat həyata keçirildikdən sonra iddiaçı qızdırma, tənəffüs çatışmazlığı halsızlıq şikayətləri dəfələrlə övladını xəstəxanaya yerləşdirmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uşağın vəziyyəti çox ağır olaraq qiymətləndirilmiş və uşaq koma (huşu sedasiya altında olmuş) vəziyyətində olmuş, həmçinin intubasiya olunmuşdur.
209. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş qeyd edilən faktiki halları bir valideyinin qeyd edilən faktiki hallar üzrə mənəvi sarsıntı və iztirab keçirdiyini təkzibedilməz edir.
210. Belə ki, 8-10 aylıq bir körpədə valideynin gözü qarşısında qızdırmanın, tənəffüs çatışmazlığının olması, valideynin çarəsizliyi (övladına kömək edə bilməməsi), dəfələrlə tibb müəssisəsinə müraciət etməsinə baxmayaq xəstəxanadan evə yazıldıqdan sonra eyni şikayətlər ilə yenidən xəstəxanaya müraciət etməsi və yenidən eyni diaqnoz (yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası) ilə evə yazılması və nəticədə isə uşağa ürək çatışmazlığı diaqnozu qoyulması, uşağın koma vəziyyətinə düşməsi, intubasiya edilməsi və valideynin “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı” hissləri keçirməsini təkzibedilməz edir.
211. Odur ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi cavabdehin törətdiyi mülki huquq pozuntusunun nəticəsi olduğundan onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur.
212. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
213. İlk olaraq, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
214. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin avtomobil qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.
215. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir.
216. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.
217. Zərərvuranın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Bu anlamda, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərənin məbləği ilə eyni olmamalıdır.
218. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.
219. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 100000 (yüz min) manat tələb etmişdir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir.
220. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədə ki, Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.
221. Buna baxmayaraq, məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, hazırda uşağın sağlamlıq vəziyyətinin bərpa edilməsini, zərərin vurulmasının zərərvuran tərəfindən qəsdən edilmiş hərəkətlərin nəticəsi olmadığını, hadisədən uzun müddət keçməsini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 5000 (beş min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.
Məhkəmə xərcləri :
222. “Dövlət rüsumu” haqqında qanunun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
223. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
224. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələbinə uyğun olaraq 259.35 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə :
225. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “X31” Hospitalından 51448.82 manat məbləğində dəymiş maddi ziyan və 5000 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilməlidir.
226. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. “X31” Hospitalından 51448.82 manat məbləğində dəymiş maddi ziyan və 5000 manat məbləğində mənəvi zərər tutularaq İddiaçı ödənilsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 259.35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Starə Əliyeva