Məhkəmə qərarları › İş №2(037)-450/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-450/2024

12.06.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-450/2024 12.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov ilqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “tapşırığın icrası nəticəsində əldə edilmiş pulun, habelə maddi və mənəvi zərərin, gecikdirilmiş pul üzrə faizin vəkalət verənə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə içlasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavadeh Cavabdeh ona verilmiş tapşırığın icrası nəticəsində mənzilin alğı-satqısından əldə etdiyi 174000 manat,habelə xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi vermədiyi həmin məbləğin gecikdirilməsi üçün hər il üçün 10 faiz olmaqla 5 il üçün 870000 manat, mənəvi ziyana görə 15000 manat, valideynlərindən qalmış miras əmlakın dəyəri 7500 manat olmaqla, ümumilikdə 283000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia tələbini geri götürdüyünü,cavabdehlə bağlı heç bir tələbinin olmadığını bildirmiş, eyni zamanda məhkəməyə iddiadan imtina etməsi ilə bağlı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, gələcəkdə bununla bağlı heç bir tələbi olmayacağını bildirərək hazırkı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi üzrə iddiaçının iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının təqdim etdiyi ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan və iddiaçının iradəsini ifadə etdiyindən təmin olunmalı, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilərək,hazırkı mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki,İddiaçı məxsus mailto:akif.eliyev.1971@bk.ruElektron ünvan elektron poçt ünvanından saat 10:05 və 12:47 radələrində məhkəməyə işin təxirə salınmasına dair iki eyni məzmunlu ərizə daxil olaraq,məhkəmənin icraatında olan işi ilə bağlı qarşı tərəf onu aldadaraq öz tanışı olan notariusa adından iddiadan imtina, heç bir tələbi olmadığı və sair kimi öz şəxsi maraqlarına uyğun ərizə almaqla tezliklə ona olan borcunu bir neçə günə məhkəməyədək qaytaracağını bildirməklə aldatmış, lakin verdiyi vədə əməl etməyərək pulu qaytarmamışdır.Cavabdeh bildirmişdir ki,artıq hakimlə danışmış,işə xitam verəcək. Səhhətində problem olduğuna görə məhkəmə iclasına gələ bilməyəcəyini,adından məhkəməyə hər hansı bir notarial qaydada təsdiq olunmuş sənəd təqdim edilərsə qeyd etdiklərini nəzərə alaraq mülki işi başqa vaxta təxirə salınmasını,onun adından təqdim olunan bütün sənədlərdən imtina etdiyini,bununla bağlı notariat kontoruna gedərək həmin ərizəni ləğv etdirəcəyini, iddianı müdafiə etdiyini bildirmişdir. Lakinməhkəmə iclasında İddiaçı sözügedən yazılardan məlumatı olmadığını, vəkili tərəfindən yazıldığını, hazırda da iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiadan imtina barədə notarial qaydada təsdiq edilmiş və özü tərəfindən məhkəmə iclasında verdiyi ərizələrdən görünür ki, iddiaçı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir.Bu səbəbdən də İddiaçı Cavabdeh qarşı “tapşırığın icrası nəticəsində əldə edilmiş pulun,habelə maddi və mənəvi zərərin, gecikdirilmiş pul üzrə faizin vəkalət verənə qaytarılması” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “tapşırığın icrası nəticəsində əldə edilmiş pulun, habelə maddi və mənəvi zərərin, gecikdirilmiş pul üzrə faizin vəkalət verənə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov İş № 2(005)-3947/2018 MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 20 protokol 2018-ci il Bakı şəhəri X6 Baba oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi ilə, Məhkəmə iclası saat 11:30-da başlandı. Sədrlik edən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 178-ci maddəsinə əsasən məhkəmə baxışı iclasını açaraq iddiaçı X1 cavabdeh X3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxıldığını elan edir. Sədrlik edən məhkəmə prosesi iştirakçılarının gəlib-gəlmədiyini yoxlayıb məruzə etmək üçün sözü məhkəmə iclası katibinə verir. Məhkəmə iclası katibi məruzə edərək bildirir ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər, lakin xx.xx.2018-ci ildə iddiaçı X2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini geri götürdüyünü, mülki iş üzrə iddia tələbini geri götürdüyünü, cavabdehlə bağlı heç bir şikayətinin olmadığını bildirmiş, iddiaçı iddia tələbindən imtina etməklə hazırkı mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Sədrlik edən ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq, müşavirə otağına gedir və qayıdaraq mülki iş üzrə icraata xitam verilməsi haqqında qərardadı elan edir. Məhkəmə bağlı elan olunur. Məhkəmə iclası saat 11:45-də qurtardı. Protokol 20 avqust 2018-ci ildə tərtib edildi. Sədrlik edən Abbas Əliyev Məhkəmə iclasının katibi: Eldar Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar