Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-194/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 267393-1-33411 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış 4.867,63 manat əsas borc, 624,68 manat faiz borcu, 343,04 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.865,35 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC borcalan Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 28 faiz hesablanması şərti ilə 24 ay müddətinə 5.000 manat məbləğində kredit xətti açmışdır. Lakin cavabdeh 5.000 manat vəsaiti polastik kartından çıxarıb istifadə etsə də, borcu vaxtında qaytarmamışdır. Cavabdehin 4.867,63 manat əsas borc, 624,68 manat faiz borcu, 343,04 manat cərimə olmaqla, cəmi 5.835,35 manat borcu yaranmışdır. Borclu borcunu ödəməkdən boyun qaçırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin verdiyi kredit kartı vasitəsilə illik 28 faiz hesablanması şərti ilə 24 ay müddətinə 5.000 manat borc almışdır. Hazırda 4.867,63 manat əsas borcu qaytarmağa razıdır. 624,68 manat faiz borcu, 343,04 manat cərimə ilə razı deyildir. Çünki, bank onun kartını bağlamışdır. Bu səbəbdən borcu qaytarmaqdan imtina etmişdir. İddianın əsas borca aid hissədə təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 267393-1-33411 nömrəli kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 5.000 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə xx.xx.2020-ci il tarixə banka 4.867,63 manat əsas borc, 624,68 manat faiz borcu və 343,04 manat cərimə borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli 267393-1-33411 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış 4.867,63 manat əsas borc, 624,68 manat faiz borcu, 343,04 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.865,35 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 267393-1-33411 nömrəli kredit xətti müqaviləsi üzrə yaranmış 4.867,63 manat əsas borc, 624,68 manat faiz borcu, 343,04 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.865,35 (beş min səkkiz yüz altmış beş manat otuz beş qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-194/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-194/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver