Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1954/2022 28.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307 saylı kredit müqaviləsinin və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307/ZM saylı zaminlik müqaviləsinin ləğv edilməsi; 20.05.2020-ci il tarixli, 01307 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 aid 15069,87 manat əsas borc, 576,84 manat məbləği hesablanmış faiz borcu, 67,38 manat cərimə borcu olmaqla cəmi 15714,09 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,55 pul vəsaitinin 13.11.2020-ci il tarixli 01307/İM sayılı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan “Toyota Prius” markalı, “**-OX-***” dövlət nəqliyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi; Baş Dövlət Yol Polisi İdarəsinə əmlakın mövcudluğu barədə sorğu müraciətinin göndərilməsi, avomobilin açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait borcu ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT ММС-уə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307 saylı kredit müqaviləsinin və Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307/ZM saylı zaminlik müqaviləsinin ləğv edilməsi, 20.05.2020-ci il tarixli, 01307 saylı kredit müqaviləsi üzrə 12800,73 manat əsas borc, 73,96 manat faiz borcu olmaqla cəmi 12874,69 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,55 pul vəsaitinin 13.11.2020-ci il tarixli 01307/İM sayılı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan “Toyota Prius” markalı, “**-OX-***” dövlət nəqliyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi; avomobilin açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait borcu ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT ММС-уə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X7 Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərlə İddiaçı BOKT MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 36 ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 26% faiz olmaqla 25050 (manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında 20.05.2020-ci il tarixli, 01307/ZM saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Bunun xaricində, əlavə təminat olaraq “Toyota Prius” markalı, **-OX-*** dövlət nəqliyyat nişanlı nəqliyyat vasitəsi çıxış edir və bir tərəfdən X6, digər tərəfdən Cavabdeh1 və İddiaçı BOKT MMC arasında 13.11.2020-ci il tarixli 01307/İM sayılı İpoteka Müqaviləsi ilə tənzimlənir. İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikinə əsasən ödəməli olduğu kredit üzrə ödənişləri yerinə yetirmir. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər ödənilməmişdir. Cavabdeh1 28.02.2022-ci il tarixə Kredit müqaviləsi üzrə İddiaçı BOKT MMC-yə 15069,87 manat məbləği əsas borc, 576,84 manat məbləği hesablanmış adi faizlər üzrə borc, 67,38 manat isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 15714,09 manat məbləğində borcu vardır. İddiaçı BOKT MMC-nin nümayəndəsi X8 iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclu tərəfindən 10.03.2022-ci il tarixində 1200 manat və 05.04.2022-ci il tarixində 2200 manat ödənilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişi göndərilməklə və mobil telefon vasitəsilə əlaqə saxlanılaraq məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 26% dərəcəsi ilə 25050 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında 20.05.2020-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin İddiaçı BOKT MMC-yə 12800,73 manat məbləğində əsas, 73,96 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 12874,69 manat məbləğində borcu vardır. İş materiallarına olan İddiaçı BOKT MMC ilə X6 arasında bağlanılmış 12.11.2020-ci il tarixli 01307/İM nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən kredit müqaviləsinin təminatı kimi X1 mülkiyyətində olan “Toyota prius (hibrid) minik” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına olan İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 7 gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı BOKT MMC Cavabdeh1 25050 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Digər Cavabdeh2 ilə 20.05.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin icrası üçün onunla birgə və eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin, cərimənin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 20.05.2020-ci il tarixli, 01307 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı BOKT MMC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 26% dərəcəsi ilə 25050 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə İddiaçı BOKT MMC arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307/ZM nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında 12800,73 manat əsas və 73,96 manat faiz borcu yaranmışdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 12.11.2020-ci il tarixli 01307/İM nömrəli ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan “Toyota prius (hibrid) minik” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka ilə yüklü edilməsinə baxmayaraq, həmin ipoteka müqaviləsi notariat qaydasında təsdiq edilməmiş və dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən həmin ipoteka müqaviləsi qüvvəyə minməmişdir. Belə ki, ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Məhkəmə hesab edir ki, X1 mülkiyyətində olan “Toyota prius (hibrid) minik” markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 12.11.2020-ci il tarixli ipoteka müqaviləsi qüvvəyə minmədiyinə görə həmin avtomobilə tutma yönəldilə bilməz. Həmçinin, iş materiallarında olan 12.11.2020-ci il tarixli, AD896895 nömrəli “X3 Şəhadətnaməsi”nə əsasən görünür ki, “TOYOTA PRİUS (HİBRİD)" minik markalı, **-OX- *** dövlət qeydiyyat nişanlı, JTDKB20U283312171 BAN nömrəli avtonəqliyyat vasitəsi X2 məxsusdur. Bundan başqa, məhkəmə iddia tələbinin İddiaçı BOKT MMC ilə cavabdeh X4 arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307 saylı kredit müqaviləsinin və İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında 20.05.2020-ci il tarixli, 01307/ZM saylı zaminlik müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi 137,55 (bir yüz otuz yeddi manat əlli beş qəpik) manat əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307 nömrəli kredit müqaviləsi və İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 20.05.20220-ci il tarixli 01307/ZM nömrəli zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12800,73 manat əsas borc və 73,96 manat faiz borcu olmaqla, cəmi 12874,69 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,55 (bir yüz otuz yeddi manat əlli beş qəpik) manat pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 20.05.2020-ci il tarixli, 01307 nömrəli kredit müqaviləsi və İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 20.05.20220-ci il tarixli 01307/ZM nömrəli zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12800,73 (on iki min səkkiz yüz manat yetmiş üç qəpik) manat əsas borc və 73,96 (yetmiş üç manat doxsan altı qəpik) manat faiz borcu olmaqla, cəmi 12874,69 (on iki min səkkiz yüz yetmiş dörd manat altmış doqquz qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,55 (bir yüz otuz yeddi manat əlli beş qəpik) manat pul tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1954/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1954/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver