Məhkəmə qərarları › İş №2(004)-1967/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1967/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1967/2022 27.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli qətnaməsi ilə hər ay bir uşağa görə 160 manat alimentin tutulmasının dəyişdirilərək Cavabdeh 18.08.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 1(bir) uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, hazırda qüvvədə olan məhkəmə qətnaməsinə əsasən ondan tutulan aliment məbləği 160 manat təşkil edir və o, həmin aliment məbləğini çətinliklə də olsa, hər ay vaxtlı-vaxtına ödəyir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, "xxxx" Siğorta Şirkəti ASC-də Qəza komissarları şöbəsinin mütəxəssisi vəzifəsində çalışır və aylıq əmək haqqım 655 (altı yüz əlli beş) manat təşkil edir (iş yerindən arayış hazırki etiraza əlavə edilir). Bundan əlavə, “X4” ASCdən 13.11.2021-ci il tarxli, ******* saylı kredit müqaivləsinə əsasən 2000 (iki min) manat məbləğində kredit götürmüşdür və hər ay 96,97 (doxsan altı manat doxsan yeddi qəpik) manat məbləğində kredit ödəyir. (kredit müqaviləsi və ödəniş cədvəli hazırki etiraza əlavə edilir). Qeyd olunanlara əsasən məhkəmədən mülki işi düzgün, tam, hərtərəfli və obyektiv araşdıraraq, İddiaçı iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müəyyən edilmiş aliment himayəsində olan X1 layiqli həyat səviyyəsinin təmin edilməsi üçün kifayət etmir və birgə nikahdan anadan olmuş uşağın bütün xərcləri iddiaçı tərəfindən ödənilir. Aliment məbləğinin 193 AZN məbləğındə təyin olunması barəsində qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan AZE № 12674565 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, 18.08.2018-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ № 398648 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh ilə, İddiaçı arasında bağlanmış nikaha 28.12.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-626/2019 saylı, 21.02.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, 21 yanvar 2019-cu ildən başlayaraq 18 avqust 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 160 manat sait pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Atəşgah Sığorta tərəfindən təqdim olunmuş arayışdan görünür ki, Cavabdeh 13 fevral 2020-ci il tarixindən Atəşgah Sığorta ASC-də Qəza komissarları şöbəsinin mütəxəssisi vəzifəsində işləyir və aylıq əmək haqqı 655 manat təşkil edir. İş materiallarında olan 13.11.2021-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, Cavabdeh Azər-Türk bankdan 24 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 13.11.2021-ci il tarixli Ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 13.12.2021-ci il tarixdən 13.11.2023-cü il tarixədək hər ay 96,97, sonuncu ay isə 97,07 manat, ümumilikdə 2327,38 manat məbləğində kredit ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-626/2019 saylı, 21.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, 18.08.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən alimentin artırılması üçün yeni əsaslar yarandığından məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-626/2019 saylı, 21.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin miqdarı artırılsın. 18.08.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin və alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar