Məhkəmə qərarları › İş №2(004)-1972/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1972/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1972/2022 04.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit, zaminlik müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit, zaminlik müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında 09.11.2019-cu il tarixli, L-BK-0049378-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay müddətinə, illik 1% olmaqla 5786 (beş min yeddi yüz səksən altı) manat məbləğində güzəştli kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh2 və Cavabdeh3 ilə müvafiq olaraq BK-00020066, BK- 00026450 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 285,61 (iki yüz səksən beş manat 61 qəpik) manat, faiz borcu üzrə 14,39 (on dörd manat 39 qəpik) manat olmaqla cəmi 300,00 (üç yüz manat 00 qəpik) manat məbləğində pul ödənilmişdir. Hal hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 5500,39 (beş min beş yüz manat 39 qəpik) manat, faiz borcu üzrə 101,30 (bir yüz bir manat 30 qəpik) manat olmaqla cəmi 5601,69 (beş min altı yüz bir manat 69 qəpik) manat məbləğində kredit borcu var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi qaydada icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehlə təşkilat arasında bağlanmış kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən kredit üzrə ödənişlər razılaşdırılmış cədvələ uyğun ödənilmədikdə kreditor müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququna malikdir. Təşkilatla borclunun zamini arasında bağlanmış BK-00020066, BK-00026450 Zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürüblər. Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, komisyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürüb. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə verib. Göstərilənlərə əsasən cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0049378-F saylı Kredit və BK-00020066, BK- 00026450 saylı Zaminlik müqavilələrinin ləğv olunması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas məbləğ üzrə 5500,39 (beş min beş yüz manat 39 qəpik) manat, faiz borcu üzrə 101,30 (bir yüz bir manat 30 qəpik) manat olmaqla cəmi 5601,69 (beş min altı yüz bir manat 69 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 77 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nə verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, düzdür o bankda kredit götürmüş və digər cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 onun krediti üzrə zamin durmuşlar. O, 2020-ci ilin mart ayından ödənişlər edə bilməmişdir. Banka hissə-hissə ödəniş barədə müraciət etsə də, onun bu təklifi müsbət qarşılanmamışdır. Hazırda tələb edilən məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. Odur ki, qeyd edilənləri nəzərə alaraq tutulacaq məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsilə məlumatlandırılmış) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduğu yer üzrə rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ilə bağlanmış 09.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən sonuncuya illik 1 faizlə, 60 ay müddətinə 5786 manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 09.11.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməmiş, nəticədə 01.03.2022-ci ilədək Cavabdeh1 banka kredit müqaviləsi üzrə 5500.39 manat əsas borc, 101.30 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 5601.69 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK-0049378-F saylı Kredit və BK-00020066, BK-00026450 saylı Zaminlik müqavilələrinin ləğv olunması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Beləliklə Azərbaycan Respublikasının MM-nin 385.1, 386, 442, 445.1, 462.1 və 739.2-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 09.11.2019-cu il tarixli, L- BK-0049378-F nömrəli kredit müqaviləsi; iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 09.11.2019-cu il tarixli, BK-00026450 nömrəli zaminlik müqaviləsi və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 09.11.2019-cu il tarixli, BK-00020066 nömrəli zaminlik müqaviləsi ləğv edilməli; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada əsas məbləğ üzrə 5500 (beş min beş yüz) manat 39 (otuz doqquz) qəpik, faiz borcu üzrə 101 (bir yüz bir) manat 30 (otuz) qəpik olmaqla, cəmi 5601 (beş min altı yüz bir) manat 69 (altmış doqquz) qəpik məbləğində pul vəsaiti iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 09.11.2019-cu il tarixli, L-BK-0049378-F nömrəli kredit müqaviləsi ləğv edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 09.11.2019-cu il tarixli, BK-00026450 nömrəli zaminlik müqaviləsi ləğv edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 09.11.2019-cu il tarixli, BK-00020066 nömrəli zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada əsas məbləğ üzrə 5500 (beş min beş yüz) manat 39 (otuz doqquz) qəpik, faiz borcu üzrə 101 (bir yüz bir) manat 30 (otuz) qəpik olmaqla, cəmi 5601 (beş min altı yüz bir) manat 69 (altmış doqquz) qəpik məbləğində pul vəsaiti iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dan müştərək qaydada iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar